TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə133/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   129   130   131   132   133   134   135   136   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
155 
O daha yaxşı nailiyyətlər əldə etmək imkanı əldə edir. Müəllim üçün imkan yaranır ki, tədris 
materialının qavranılmasında fraqmentarlığın qarşısını alsın. Eyni zamanda şagirdlərin 
nəticələrini təkmilləşdirmək həvəsi təlimin keyfiyyətini artırır.
Müəllimin formativ qiymətləndirmə aparma məqsədi təhsilalanların təlim prosesində 
məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş 
fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları 
aradan qaldırmaqdan ibarətdir. Müəllim yalnız belə monitorinq vasitəsilə tədris prosesini 
tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana 
bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə kömək göstərir. Müəllim formativ 
qiymətləndirmə meyarlara uyğun dörd səviyyəli rubriklər (I
-
IV səviyyə) hazırlayır, onlar 
əsasında şagirdlərin bilik və bacarıqlarını qiymətləndirir.
Rubriklərdən istifadə edilməsi müəllim üçün aşağıdakı üstünlükləri yaradır:

Qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl olmasına imkan 
yaradılır;

Rubrikləri hazırlamaq üçün müəllim müvafiq şərtlər üzrə öz meyarlarını 
müəyyənləşdirir və bununla təlim məqsədlərini daha yaxşı təsvir edir;

Rubriklər müəllimlərin şagirdin işini qiymətləndirməyə sərf etdiyi vaxtı azaldır;

Rubriklər tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir;

Rubriklər keyfiyyət səviyyələri intervalı vasitəsilə müxtəlif qabiliyyətə malik 
şagirdlərin olduğu siniflərdə qiymətləndirmə aparmağa kömək edir;

Şagird irəliləyişlərinin montorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin 
düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən 
istifadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi 
barədə ehtiyaclar müəyyənləşdirilir.
Qiymətləndirmədə test tapşırqlarından da istifadə edilir. Test tapşırıqları 
qiymətləndirmə vasitəsi kimi hal
-
hazırda populyarlıq qazansa da, fənni tədris edən müəllim 
diaqnostik, formativ, hətta summativ qiymətləndirmədə test tapşırıqlarına aludəçilik 
göstərməməlidir. Test tapşırıqlarından davamlı olmamaqla, yeri gəldikcə yalnız summativ 
qiymətləndirmədə istifadə etmək tövsiyə edilir.
Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi təfəkkürünü, müstəqil düşünmə 
qabiliyyətini inkişaf etdirən üsullardan 

layihə (qiymətləndirmə vasitəsi 

şagirdlərin 
təqdimatı və müəllimin tərtib etdiyi meyar cədvəli), şifahi sorğu (qiymətləndirmə vasitəsi 
– 
şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), yoxlama yazı işlərindən (imla, inşa, esse, 
məsələ və misal həlli) geniş istifadə ediləlidir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsinin bir çox üsulları mövcuddur. Ekspres 
sorğu formativ qiymətləndirməni aparmaq üçün ən əlverişli üsullardan biridir. Ekspres 
sorğunun funksiyaları aşağıdakılardan ibarətdir. Ekspres sorğu vasitəsilə:

Müəllim keçirilən mövzunun şagirdlər tərəfindən necə mənimsənilməsini tez bir 
zamanda müəyyənləşdirir;

Yeni mövzuya başlamaq üçün hazırlıq mərhələsini aparır;



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin