TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə126/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   122   123   124   125   126   127   128   129   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
145 
3.2. Şagirdlərin bilik və bacarıq səviyyəsinin diaqnostik qiymətləndirilməsini aparır
 
3.2.1. Diaqnostik qiymətləndirmə
 
Diaqnostik qiymətləndirmənin üsul və vasitələri 
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin əvvəlində şagird məktəbini, sinfini 
dəyişdirdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat 
toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək 
məqsədilə aparılır. Qiymətləndirmənin nəticələri sinif jurnalında deyil, müəllimin qeyd 
dəftərində öz əksini tapır.
Diaqnostik qiymətləndirmə şagirdlərin artıq nələri bildiyini müəyyən edir və təlim 
prosesinin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün 
istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin onun 
üçün başa düşülməyən və ya tanış olmayan material qalmır.
Əgər ilkin səviyyə qiymətləndirilməsindən şagirdlərin sinifdəki fəaliyyətini müqayisə 
etmək və ya sonrakı inkişafının qiymətləndirilməsi üçün məlumat bazasını yaratmaq 
məqsədilə istifadə olunursa, onda psixometrik tələblərə cavab verən qiymətləndirmə 
vasitələri hazırlanır.
Qiymətləndirmə Konsepsiyasında Diaqnostik qiymətləndirməyə xüsusi yer verilir. 
Göstərilir ki:
2.1.
Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində 
təhsilalanların bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək 
məqsədilə aparılır.
2.2.
Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən 
müəyyənləşdirilir.
2.3.
Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, 
təhsilalan haqqında müvafiq yazılı qeydlər təhsilalanın portfoliosunda saxlanılır.
Diaqnostik qiymətləndirmə, bir qayda olaraq aşağıdakı mərhələlər üzrə həyata 
keçirilir:
1.
Dərs ilinin əvvəlində məktəb psixoloqunun iştirakı ilə sinif rəhbəri və fənn 
müəllimləri tərəfindən aparılır. Onlar şagirdin həmin fənn üzrə bilik və 
bacarıqlarının səviyyəsini, maraq dairəsini, xüsusi istedadı ilə fərqlənməsini 
müəyyənləşdirir. Bunun üçün şagirdə həyatdan, onu əhatə edən mühit, yoldaşları, 
valideynləri, onların məşğuliyyəti, fənlər üzrə ümumiləşdirilmiş arzu və təkliflərini 
aşkara çıxaran suallar verilir.
2.
Tədris olunan mövzuların əvvəlində, yəni konkret mövzunun tədrisinə başlarkən
müəyyən edilmiş məqsədə uyğun surətdə şagirdin həmin mövzu üzrə malik olduğu 
bilik, bacarıq və təsəvvürlərinin diaqnostikası aparılır. Bu zaman diaqnostik 
qiymətləndirmə dərsin motivasiya mərhələsində müxtəlif üsullarla həyata keçirilir. 
Diaqnostik qiymətləndirmənin aşağıdakı üsullarla aparılırması məqsədəuyğundur: 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin