Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 141
işləri, portfoliolar, yaradıcı tapşırıqlar (inşa və layihələr) aiddir.
Qiymətləndirmədə meyarlar və normativlər qabaqcadan müəyyən edilir. Belə ki,
şagird fəaliyyətinə, gözlənilən təlim nəticələrinə, qiymətləndirmə standartlarına uyğun
meyarlardan istifadə olunur. Meyarların tələblərinə müvafiq, fənnin tələblərinə, nitqin
xüsusiyyətlərinə uyğun normativlər, qrup işinin meyarları (fəallıq, uyğunluq, əməkdaşlıq,
işin görülmə müddəti, yaradıcılıq və s.) hazırlanır.
Kəmiyyət qiymətləri ilə yanaşı formativ qiymətləndirmədə aşağıdakı “keyfiyyətcə
qiymətləndirmə” üsullarından da istifadə olunur:
1.
Yazılı testlərdə və yoxlamalarda konstruktiv qeydlər;
2.
İbtidai siniflərdə ən səmərəli qiymətləndirmə mexanizmi "portfolio" sistemidir.
"Portfolio" sistemi hər şagirdin xüsusi dosyesidir ki, burada şagirdə aid bütün
məlumat və sənədlər qeydə alınır.
Diaqnostik, formativ və summativ qiymətləndirmə ilə yanaşı, şagird nailiyyətlərinin
qiymətləndirilməsinin başqa formaları da vardır. Bu formalardan ən mühümü sözdür. Söz
müəllimin psixoloji dayağını, təqdirini və tənbehini ifadə edir. Bu üsuldan əsasən ibtidai
siniflərdə istifadə olunur və o, tədris prosesində müsbət nəticə verir.
Qiymətləndirmə sisteminin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Şagird
nailiyyətlərinin qiymətləndirilməsinin əsas göstəricisini onların bilik, bacarıq və dəyərlərin
mənimsənilməsi səviyyəsini göstərən
5 fəaliyyət növünə ayırırlar. Məlumdur ki, fəaliyyət
növlərinin hər birinin qiymətləndirilməsinin öz xüsusiyyəti var. Bu da onlara məxsus
meyarların müxtəlifliyindən asılıdır:
•
Yazılı testlərin qiymətləndirilməsi ümumi test tapşırıqlarının, həmçinin
mürəkkəblik dərəcəli test suallarının sayından asılıdır;
•
Şifahi cavabların qiymətləndirilməsi zamanı cavabların dolğunluğu, əhatəliliyi,
konkretliyi, düzgünlüyü, dəqiqliyi, nəticələrin, xüsusən nitqin ardıcıllığı və
məntiqindən asılıdır;
•
Sinif və müstəqil ev tapşırıqlarının qiymətləndirmə meyarları hər bir tapşırığın
əsasını təşkil edən konkret təlim məqsədindən asılıdır. Onların qiymətləndirilməsi
daha çox keyfiyyət xarakteri daşıyır;
•
Yaradıcı tapşırıqların qiymətləndirilməsi
ideyaların məhsuldarlığından,
çevikliyindən, orijinallığından, adekvatlığından və başqa yaradıcı tapşırıqların
yerinə yetirilməsi göstəricilərindən asılıdır.
Səviyyə üzrə qiymətləndirmə standartlarının da müəyyən edilməsi başlıca
məsələlərdəndir.
Şagirdlərin nailiyyətlərini stimullaşdırmaq məqsədilə qabiliyyət dərəcəsinə görə
differensiallaşdırmaq üçün 4 səviyyəli qiymətləndirmə standartları müəyyənləşdirilir.
Şagirdlərin bilik, bacarıq və dəyərlərinin müəyyənləşdirilmiş səviyyələri aşağıdakı cədvəl
3.2
-
də ifadə edilmşidir: