Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
136
3.1. Müasir məktəbdaxili qiymətləndirmənin forma və vasitələrini izah edir
3.1.1. Məktəbdaxili qiymətləndirmənin formaları
Qiymətləndirmə
-
öyrənənlərin təlim və idrak fəaliyyətinin müşahidəsidir.
Proses
çərçivəsində təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün şagird haqqında məlumatın təsviri,
toplanması, qeydiyyatı və şərh edilməsi həyata keçirilir.
Qiymətləndirmə müxtəlif məqsədlərlə aparılır. Onun məqsədlərini aşağıdakı kimi
ümumiləş
dir
mək olar:
•
Şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsi;
•
Biliklərin əldə edilməsində yeni məqsədlərin planlaşdırılması;
•
Şagirdlərin idrak motivasiyasının qiymətləndirilməsi;
•
Şagird fəaliyyətinin fasiləsiz stimullaşdırılması;
•
Biliklərin keyfiyyətinin artırılması;
•
Şagirdlərin irəliləyişlərinin izlənilməsi;
•
Qiymətləndirmə meyarların təkmilləşdirilməsi;
•
Tələbatların müəyyənləşdirilməsi;
•
Şagirdlərin inkişaf səviyyəsinin müəyyənləşdirilməsi;
•
Təlim prosesində müvafiq qərarların qəbul edilməsi;
•
Kurikulumun qiymətləndirilməsi;
•
Mənimsəmə istiqamətində hədəflərin təyin edilməsi və s.
Qiymət
–
rəmzdir, şagirdlərin təlim nəticələrinin müəyyən vasitə ilə (rəqəm, hərf və s.)
qiymətləndirilməsinin şərti, formal kəmiyyət ifadəsidir.
Qiymətvermə
-
şagirdin təlim fəaliyyətinin təlimin
məqsədlərinə müvafiqliyinin
kəmiyyət və keyfiyyət göstəricisinin formalaşdırılması prosesidir. Qiymətvermə
müvafiqliyin kəmiyyət və keyfiyyət göstəricisi əsasında
təlimdə əks
-
əlaqənin
mümkünlüyünü şərtləndirir.
Qiymətləndirmə forması onun keçirilmə mexanizmidir. Belə ki, fərdi qiymətləndirmə,
kiçik summativ qiymətləndirmə sinifdaxili, böyük summativ qiymətləndirmə məktəbdaxili
formada təşkil edilir. Məktəbdaxili qiymətləndirmə formasına
böyük summativ
qiymətləndirmə aiddir. Diaqnostik, formativ, kiçik summativ qiymətləndirmələr sinifdaxili
formada aparılır.
Qiymətləndirmənin üsul və vasitələrinin də aydınlaşdırılması lazım gəlir.
Qiymətləndirmə üsulu prosesin həyata keçirilməsi üsulunu əks etdirir. Qiymətləndirmə
üsuluna yazı, oxu, təcrübə, müsahibə, müşahidə, layihə, test, təqdimat, sorğu, yaradıcı işlər,
tapşırıqvermə və başqaları aiddir. Qiymətləndirmə vasitələrinə
onun üsulunu həyata
keçirməsində istifadə olunan alətlər: test, inşa, imla, hekayə, mətn, misal, məsələ, müxtəlif
növlü tapşırıqlar, suallar, anketlər və başqaları aid edilir.