Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 112
mənəvi prinsiplər sistemidir.
İnandırmanın ən təsirli vasitəsi nümunədir. Tərbiyə prosesində nümunə təlim
prosesindəki əyaniliyə tam uyğun gəlir. Nümunənin tərbiyə gücünün psixoloji əsasını
uşaqların böyüklərə oxşamaq, onlar kimi olmaq meyli və qabiliyyəti təşkil edir. Vətənimizin
görkəmli və qabaqcıl adamlarının, bədii əsər, kinofilm qəhrəmanlarının həyatından alınmış
təsirli, emosional
faktlar, nümunələr də böyük təsirə malikdir.
2. Alışdırma metodları. Şəxsiyyət hər şeydən əvvəl müxtəlif fəaliyyət prosesində
formalaşır. Fəaliyyət insanın ətraf aləmə fəal münasibətinin ən mühüm formalarından
biridir. İnsanın şüur və davranışına onun daxil olduğu fəaliyyət növü çox ciddi təsir göstərir.
Əmək fəaliyyətinin insana tərbiyəvi və sağlamlıq baxımından əhəmiyyəti böyükdür.
Alışdırma metodunda çalışmalar, təmrin və tapşırıqlar da mühüm rol oynayır.
Çalışmalar, təmrinlər və tapşırıqlar məqsədyönlü təşkil edilir və şəxsiyyətdə ən zəruri
keyfiyyətlərin formalaşmasına xidmət göstərir. Bu işdə insanın həyat tərzini nizama salan
və tənzimləyən rejim əsas vasitə kimi çıxış edir. Rejim sayəsində eyni növ hərəkət dönə
-
dönə təkrar edilir, biliklər bacarığa, müəyyən bacarıqlar isə avtomatlaşaraq vərdişlərə
çevrilir.
3. Rəğbətləndirmə və cəza metodları. Məktəblərdə zərurət yarandıqda
rəğbətləndirmə və cəza metodları tətbiq edilir. Şagirdin faydalı hərəkəti rəğbətləndirilir,
zərərli davranışı məzəmmətlə qarşılanır. Şagirdi rəğbətləndirmək və cəzalandırmaq onun
hisslərinə təsir etməkdir. Uşaqlarda həya, mərhəmət, sevgi, nifrət və s. kimi hisslərin tərbiyə
edilməsinin əhəmiyyəti böyükdür.
Şagirdi rəğbətləndirmək onun adamlara, cəmiyyətə xoş gələn hərəkətlərini,
fəzilətlərini təqdir etmək, həmin hərəkət və fəzilətləri onun davranış normasına çevirməklə
nəticələnir. Cəzalandırmaq isə onun yerində olmayan hərəkətlərinə, qaydaları pozmasına
mənfi münasibət bildirməklə düz yola istiqamətləndirməkdir. Faydalı hərəkətlərin,
davranışın ətrafdakılar tərəfindən qiymətləndirilməsi sevinc, qürur, sabahkı günə stimul
yaradır, onlarda yaşamaq həvəsini artırır. Cəmiyyətin qaydalarına uyğun gəlməyən
hərəkətlər, qəbahətlərə irad tutulması peşmançılıq hissi yaratmaqla şagirdi belə
hərəkətlərdən uzaqlaşdırır. Bir sözlə, rəğbətləndirmə şagirdin xarakter və davranışında,
onun
daxili aləmində müsbət keyfiyyətlərin, fəzilətlərin, xeyirxahlığın, rəhimliliyin
təşəkkülünə, tənbeh isə onun işlərində, davranışında özünü büruzə verən əlamət və
qəbahətlərin aradan qaldırılmasına xidmət edir. Rəğbətləndirmənin müxtəlif vasitələri
mövcuddur.
Onlara aiddir: