TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə97/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   93   94   95   96   97   98   99   100   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
108 
davranış adətləri yaratmaq mümkündür. Təmrin iki mənada başa düşülür. Geniş 
mənada o, uşaqların həyat və fəaliyyətini davranış normalarına uyğun təşkil etməyi 
nəzərdə tutur. Dar mənada isə hər hansı bir hərəkəti, fəaliyyəti təkrar etdirib 
vərdişə çevirmək kimi başa düşülür; 
6.
Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. Uşağın 
günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış 
adətləri daha tez və asanlıqla yaranır.
Tərbiyə fəaliyyət və davranışı stimullaşdırır, insanın hissi aləminə təsir göstərməklə 
onda yaxşı hərəkətləri möhkəmləndirir, pis hərəkəti aradan qaldırır. Belə ki, yaxşı 
hərəkətinə görə təriflənən uşaq bundan məmnunluq hissi keçirir və bir daha müsbət 
hərəkətlər etməyə çalışır. Eləcə də pis hərəkətinə görə cəza alan uşaq iztirab hissi keçirir və 
bir daha belə hərəkətlərə yol verməməyə çalışır.
Tərbiyə işi bir sıra prinsiplər əsasında həyata keçirilir. Onları aşağıdakı kimi izah 
etmək olar:

Tərbiyənin həyatla, əməklə əlaqələndirilməsi;

Hörmət və tələbkarlıq;

Tərbiyəvi təsirlərdə vahidlik;

Sistemlilik və ardıcıllıq;

Tərbiyədə fərdi yanaşmaq;

Mənəvi şüurla, mənəvi davranışın vəhdətinin təmin edilməsi.
Əqli tərbiyə müəllim və tərbiyəçinin rəhbərliyi altında şagirdlərin əqli qüvvələrinin və 
təfəkkürünün məqsədyönlü inkişaf etməsi, onlarda elmi dünyagörüşün formalaşması 
prosesidir. Əqli inkişaf əqli tərbiyədən fərqlənir. Əqli inkişaf yalnız müəllim və tərbiyəçinin 
məqsədyönlü rəhbərliyi altında deyil, insanı əhatə edən ətraf mühitin təsiri altında baş 
verir.
Təhsil və təlimdə həyata keçirilən əqli (intellektual) tərbiyənin məzmununa aiddir:

İntellektual insanın şüur funksiyalarının inkişafı, psixi proseslərin 
– 
qavrama, 
yaddaş, təfəkkür, təsəvvür, nitqin inkişafı;

Şagirdlərin elm, ünsiyyət və fəaliyyət sahəsində maarifləndirilməsi;

Əqli fəaliyyət, özünütəşkil mexanizminin formalaşması;

Şagirdlərin yaradıcı potensialının, şüurunun və özünüşüurunun inkişafı;

Peşə təfəkkürünün formalaşması.
Əxlaq tərbiyəsinin birinci vəzifəsi şagirdlərdə mənəvi şüuru formalaşdırmaqdır. 
Mənəvi şüur davranışla, adətlə vəhdətdə formalaşır. Əxlaq tərbiyəsinin digər bir vəzifəsi 
şagirdlərdə təbiətə qayğılı münasibəti tərbiyə etməkdir.
Təbiət insanı ruhlandırır, onun 
özünü dərk etməsinə kömək edir. Məktəbli sevincli və kədərli anlarında təbiətin xəlvət bir 
guşəsinə çəkilib özünün hərəkətlərini ölçüb
-
biçir, vicdanı ilə söhbət edir. Əxlaq tərbiyəsinin 
bu vəzifəsinin həyata keçirilməsində fənlərin məzmununda geniş imkanlar mövcuddur. 
Müəllim həmin imkanlardan hər bir mövzunun tədrisində istifadə etməlidir.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin