Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 111
keyfiyyətinin formalaşması;
•
Milli və multikultural tərbiyə
-
milli ləyaqət, digər millət və xalqlara hörmət hissinin
formalaşması;
•
Siyasi tərbiyə
-
siyasi şüurun formalaşması.
Öz növbəsində bu istiqamətlərdən hər biri bir neçə cəhəti özündə birləşdirir:
•
İnsanda mənəvi başlanğıcın formalaşması, özünü dərk etməyə can atması və öz
yerini tanıması;
•
Əxlaq, etika, siyasət məsələlərində mənəvi maarifləndirmə;
•
Mənəvi özünütərbiyənin, davranışın, özününizamlama mexanizminin inkişafı;
•
Öz davranış və fəaliyyətinə görə şəxsi məsuliyyət hissinin tərbiyəsı;
•
İnsanın nəinkı baxış və münasibətlərinin, həm də inamının formalaşması. İnam
-
insanın ideyaları, baxışları, münasibətlərın, davranış və hərəkətlərinin realizə
olunmasını dərindən dərk etmək deməkdir.
Tərbiyə metodları Təlimin metodları olduğu kimi, tərbiyənin də özünəməxsus metodları mövcuddur.
Mürəkkəb proses olan tərbiyənin metodlarına uyğun fəaliyyət göstərmək müəllimlərin
mühüm vəzifəsidir. Tərbiyə metodları müəyyən tərbiyə vəzifələrini yerinə yetirmək üçün
müəllimin, kollektivin qarşılıqlı fəaliyyəti prosesində istifadə etdiyi yollar toplusudur.
Həmin yolların, vasitələrin köməyi ilə müəllim şagirdlərin şüuruna, davranışına, emosional
-
psixoloji aləminə təsir edərək onlarda mənəvi şüurun, davranışın formalaşmasına nail olur.
Tərbiyə işi məktəblərdə bir sıra metodların tətbiqi ilə həyata keçirilir.
1. İnandırma metodları. Şəxsiyyətdə müsbət keyfiyyətləri formalaşdırmaq üçün
onun şüuruna, hiss və iradəsinə məqsədyönlü tərbiyəvi təsir vasitələrinə inandırma deyilir.
İnandırma vasitələrilə müəllimlər müəyyən əxlaqi
-
etik prinsipləri, anlayışları izah edir,
onların mahiyyətini məktəblilərə başa salırlar. İnandırma yalnız sözlə deyil, habelə təcrübə,
konkret fəaliyyət, nümunə vasitəsilə də həyata keçirilir. Bu məqsədlə kitablardan, televiziya
və radio verilişlərindən, görkəmli şəxslərin həyat və fəaliyyətinə dair konkret misallardan
istifadə edilir. İnandırma vasitələri ilə müəllim və tərbiyəçilər məktəblilərin əqlinə və
qəlbinə təsir edir, onlarda öz hərəkətlərinə məsuliyyətlə yanaşmaq, həyata düzgün baxış və
s. kimi keyfiyyətləri formalaşdırırlar.
İnam əsasında mənəvi əqidənin özülü qoyulur. Əqidənin ilk komponenti bilikdir (elmi,
əxlaqi
-
etik, mənəvi
-
estetik və s.). Məktəblilər yaxşı, pis, xeyirxah, bədxah, ədalətlilik,
ədalətsizlik kimi keyfiyyətləri inandırma prosesində fərqləndirirlər. Məktəblilərin davranış
səviyyəsi onların əxlaqi
-
etik, mənəvi estetik bilik səviyyəsindən aşağı olur. Onlar əxlaq
qaydaları, normaları haqqında, böyüyə hörmət haqqında biliklərə malik olurlar. Lakin
həmin biliklərdən əməli fəaliyyətində istifadə etməkdə çətinlik çəkirlər. Çünki mənəvi
şüurla mənəvi adətlər arasında tam vəhdət yaranmamış olur. Mənəvi şüurla mənəvi adətlər
arasında tam vəhdət o zaman təmin edilir ki, əqidə yaranır. Əqidə insanın şüuru ilə mənəvi
davranışını, adətlərini tam vəhdətdə birləşdirən, onları tənzimləyən, fəaliyyətə təhrik edən