TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə98/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   94   95   96   97   98   99   100   101   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
109 
Müasir dövrdə mənəvi və maddi mədəniyyət sərvətlərinə şagirdlərin daha dolğun və 
dərindən yiyələnməsinə, onların bədii yaradıcılığa fəal cəlb olunmasına böyük əhəmiyyət 
verilir. Təbiət və cəmiyyət gözəlliklərini müxtəlif təzahür formalarında duymaq, qavramaq, 
düzgün başa düşmək, sevmək, qiymətləndirmək, həyatı gözəllik qanunları əsasında qurmaq 
prosesi estetik tərbiyəyə aiddir.
Fiziki tərbiyə cəmiyyətin ən qiymətli sərvəti olan insanın sağlamlığıdır. Məlumdur ki, 
insan orqanizminin təkmilləşdirilməsi, bütün həyatının hər bir cə
h
əti, təlim, peşəkar 
fəaliyyəti onun fiziki vəziyyətindən çox asılıdır. Fiziki tərbiyənin məzmununa orqanizmin 
sağlamlığına diqqə

yetirmək, hərəkət və qan
-damar 
sisteminin, sinir sisteminin, ə
z
ə
l
ə
l
ərin 
qorunması və möhkə
ml
əndirilməsi daxildir. Fiziki tərbiyənin aşağıdakı vəzifələri vardır:

Şagirdlərin fiziki tərbiyə 
m
ə
s
ə
l
ə
l
ə
ri 
və şəxsi gigiyena ilə bağlı maarifləndirilməsi;

Fiziki özünütərbiyə 
iradəsinə, cəsurluğa, inadkarlığa, 
özünüintizama 
stimullaşdırma;

Konkret idman bacarığı 
v
ə
ustalığının inkişafı;

İş qabiliyyətinin yüksəldilməsini, sinir sisteminin sabitliyin yaxşı əhval
-
ruhiyyənin 
yaranmasını təmin edən fiziki keyfiyyətlərin peşəkar inkişafı;

Fiziki cəhətdən istedadlı uşaqların maraq və meyilləri nəzərə alınaraq onlarla fərdi 
işin aparılması.
Tibbi
-
gigiyenik tərbiyə şagirdlərin sağlamlığını təmin edir, onların düzgün fiziki 
inkişafına təsir göstərir, hərəki təmrinlərin, bacarıq və vərdişlərin formalaşmasına, 
təkmilləşməsinə kömək edir, fiziki keyfiyyətlərin inkişafına şərait yaradır, şagirdləri xüsusi 
bədən tərbiyəsi və idman məlumatları, gigiyenik bilik və bacarıqları ilə silahlandırır, onlarda 
cəsurluq, qətiyyətlilik, intizamlılıq, dostluq və
yoldaşlıq, mədəni davranış vərdişlərini 
formalaşdırır.
Sağlamlıq 

hər bir adamın uzun ömürlüyünü, yaradıcı əməkdə iştirakını 
təmin edən, ailə qurmağa, uşaqların tərbiyəsi qayğısına qalmağa kömək edən fiziki və ruhi 
keyfiyyətlərin məcmusudur.
Tibbi
- gigi
yenik tərbiyənin məzmununa daxildir:

Gigiyena və sağlamlığa dair məlumatlı olması;

Təmizliyə riayət etməsi;

Xəstəliklərin səbəblərini, əlamət və nəticələrini təssəvvür etməsi; 

Xəstəliklərdən qorunma qaydalarına əməl edilməsi;

Sağlam həyat tərzinə malik olması;

Xəstəliklərin profilaktikasına əməl etməsi;

Xəstələndikdə müalicə olunması.
Məktəbdə əmək tərbiyəsi və təliminin məqsədi əməyə məhəbbət və əmək adamlarına 
hörmət aşılamaq, şagirdləri müasir sənaye və kənd təsərrüfatı istehsalının, tikintinin, 
nəqliyyatın, xidmət sahəsinin əsasları ilə tanış etmək, onlarda əmək vərdişləri və bacarıqla
-
rını formalaşdırmaq, şüurlu surətdə peşə seçməyə sövq etmək və ibtidai peşə hazırlığı 
verməkdən ibarətdir.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin