Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi şagirdlərin fərdi
xüsusiyyətlərinin nəzərə alınmasıdır. Təhsilverənlər şagirdlərini yaxından tanımalı, onların
zəif və güclü tərəflərinə uyğun tərbiyə işlərini həyata keçirməyi bacarmalıdır. Şagirdlər
sinifdən sinfə
keçdikdə, bir yaş dövründən o biri yaş dövrünə daxil olduqda tərbiyə işlərinin
məzmunu, forma və metodları dəyişdirilir, onların yaş və fiziki inkişafı nəzərə alınır.
Şagirdlərin yaş və fiziki inkişaf səviyyəsindən, cinsindən asılı olaraq onlara pedaqoji
rəhbərliyin də xarakterinin dəyişilməsi lazım gəlir. İbtidai siniflərdə müəllim şagirdlərin
bütün həyatının, fəaliyyətinin təşkilatçısı kimi çıxış edirsə, yeniyetməlik və gənclik
dövründə şagirdlər müstəqil hərəkət edirlər, bu yaş dövrlərində müəllim, yaxın bir dosta,
məsləhətçiyə çevrilir, şagirdləri müstəqil işləməyə, yaradıcılığa, özünü dərk etməyə
yönəldir. Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipinin tətbiqinin bəzi
qaydalara əsaslanmaq lazımdır:
•
Tərbiyə işində, onun məzmun və metodlarının tətbiqində uşaqların fərdi və cinsi
xüsusiyyətlərindən çıxış etmək, optimal təsir vasitələri seçib tətbiq etmək lazımdır.
Bütün insanlar və belə hallar üçün yararlı universal metod yoxdur. Hər bir konkret
vəziyyətdə konkret təsir vasitələri tapılmalıdır;
•
Tərbiyə işlərini planlaşdırıb təşkil edərkən hər bir uşağın tərbiyə səviyyəsinə, şəxsi
təcrübəsinə, fərdi maraq və qabiliyyətlərinə əsaslanmaqla onun fərdi inkişafını
istiqamətləndirmək lazımdır;
•
Hər bir uşağın davranışına qiymət verərkən onun motivlərini öyrənmək və ondan
asılı olaraq təsir göstərmək vacibdir. Motivdən asılı olaraq, iki dalaşan uşağın birinə
sərt baxışla, digərinə isə ciddi tənbehlə təsir etmək lazım gəlir.
Tərbiyədə nikbinlik prinsipi. Bu prinsip insana nikbin nəzərlə yanaşmağı, onun
qüvvəsinə, gələcəyinə inam bəsləməyi nəzərdə tutur. Bu halda insanda təkmilləşməyə,
özünütərbiyəyə həvəs oyanır. Nikbinlik prinsipi insanın keçmişinə yox, bu gününə və