TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə108/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   104   105   106   107   108   109   110   111   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
120 
sabahına baxmağı nəzərdə tutur. İnsanın keçmiş qüsurunu üzünə vurmaq onu daha da 
korlayır, öz səhvlərini aradan qaldırmağa mane olur. Nikbinlik prinsipi
insanın müsbət 
cəhətlərinə istinad etməklə mənfi cəhətlərini aradan qaldırmağı nəzərdə tutur. Hər bir 
insanda müsbət cəhətlər vardır. Tərbiyəçinin vəzifəsi bu müsbət cəhətləri axtarıb tapmaq 
və onlara əsaslanmaqla insanın nöqsanlı cəhətlərini aradan qaldırmaqdan ibarətdir.
Şüurla davranışın vəhdəti prinsipi. 
Bu prinsip tərbiyə işində insanın həm şüuruna 
təsir etməsi, həm də onda düzgün davranış
təcrübəsi yaratmağı nəzərdə tutur.
İnsan şüurlu məxluqdur; onun davranış və münasibətləri şüurlu tənzim olunur. Ona 
görə də tərbiyə işində şüura təsir göstərmək, insanda düzgün əxlaqi təsəvvürlər, inam və 
əqidə yaratmaq, ona sözlə təsir etmək vacib şərtdir. Şəxsiyyətin formalaşması o zaman 
səmərəli olur ki, şüurla davranış arasında vəhdət yaranmış olsun. İnsan bildiklərini davranış 
və rəftarına tətbiq etsin. Düzgün davranış təcrübəsi və müsbət adətlərə yiyələnsin. İnsanın 
işi, mənəvi aləmi onun hərəkətləri, əməli fəaliyyəti ilə ölçülür.
İnsanın şüuru onun 
hərəkətlərini idarə edir, əxlaqi şüur hərəkətlərin təsiri altında formalaşır. Məktəblinin 
tərbiyəlilik səviyyəsi onun işi, əməli fəaliyyətidir. Əxlaqi şüurla əxlaqi davranışın vəhdətinin 
təmin edilməsi onun mənəvi aləminin bütövlüyü deməkdir. Məktəbli özünün kimliyi
ömrünü nəyə sərf etməsi, nəyi özünə ideal seçməsi, nəyin uğrunda mübarizə aparması 
haqqında düşünür, respublikanın həyatında fəal iştirak etməyi özünün müqəddəs borcu 
sayır.
Şəxsiyyətin kollektivdə tərbiyəsi
t
ə
lim-t
ərbiyə
d
ə
əsas problemlə
rd
əndir. İnsan 
ictimai varlıqdır, o istəsə də, istəməsə də müəyyən fəaliyyət zamanı başqa adamlarla 
ünsiyyətə girir, müxtəlif sosial vəzifələri yerinə yetirir. Şəxsiyyətin kollektivdə tutduğu 
mövqedən asılı olaraq onun mənəvi keyfiyyətləri formalaşır. İctimai həyatda baş vermiş 
ciddi dəyişikliklər, elmi
-
texniki inqilab, yeni kəşflərin məişətə əsaslı şəkildə daxil olması 
uşaqların xarakter və mənəvi aləminin zənginləşməsinə səbəb olur.
Uşaq kollektivi üzvlərinin bacarıq və qabiliyyəti inkişaf edir və onlardan kollektivin 
xeyrinə istifadə olunur.
Kollektiv fəaliyyət növlərində (təlim, əmək, oyun) iştirak edən 
uşaqlar keçirdikləri hissləri daha dərindən dərk edir, kimin necə yoldaş, dost olduğunu, 
əməyə, adamlara necə münasibət bəslədiklərini, ictimai həyat hadisələrini necə 
qiymətləndirdiklərini öyrənirlər. Kollektiv fəaliyyət prosesində uşaqlarda vətəndaşlıq 
şüuru, əqidə formalaşır. Uşaq kollektivi hər bir şagirdin yaradıcılıq, təşəbbüskarlıq qabi
-
liyyətlərini aşkara çıxarır və onların inkişafına şərait yaradır.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin