MULTİKULTURALİZMƏ GİRİŞ
180
ilə bir-birinə sıx bağlı olan şəxslər qrupudur. Kasta seçilmir və ya dəyişdirilmir.
Yəni valideyn hansı kastaya mənsubdursa, övlad da həmin kastaya məxsus olur.
Bu sistemə görə, yalnız eyni kastaya mənsub olanlar evlənə və bir süfrə arxasında
oturub yemək yeyə bilərlər. Hər kastanın özünəməxsus adət-ənənələri vardır.
Kasta sisteminin qaydalarını pozanlar öldürülmə təhlükəsi ilə qarşılaşırlar.
Kasta sistemi dörd əsas sosial qrupa bölünür:
1.
Brahmanlar (kahinlər);
2.
Kşatriyalar (hökmdarlar və döyüşçülər);
3.
Vayşiyalar (tacirlər, əkinçilər, sənətkarlar);
4.
Şudra (nökərlər).
Gördüyümüz kimi, brahmanlar ən ali kasta sayılırlar. Daha sonra nüfuza
görə, kşatriyalar, onlardan sonra isə vayşiyalar gəlir. Onu da qeyd edək ki,
bu dörd kastanın hər biri çoxsaylı altkastalara ayrılır.
Həmçinin Hindistan
cəmiyyətində, ümumiyyətlə, hər hansı kastaya
qəbul edilməyən insanlar da
mövcuddur. Onlar “toxunulmazlar” adlanır. Cəmiyyətdən tamamilə təcrid
olunan “toxunulmazlar” ən ağır, dözülməz həyat şərtlərinə məhkum edilirlər.
Hindistan dövləti uzun illər kasta sisteminin neqativ
təzahürləri ilə mübarizə
aparmağa çalışsa da, əsrlərdən bəri cəmiyyətin təhtəlşüurunda dərin kök salmış
bu qədim ənənə hələ də varlığını qoruyur.
Karma
Hinduizmdə karma inancı mərkəzi yer tutur. Bu inanca görə,
insan
keçmişdə necə həyat tərzi sürmüşsə, gələcəkdə də onun nəticəsini görəcəkdir.
Yəni insan nə əkərsə, onu da biçəcəkdir. Əgər saleh əməl işləmişsə xeyr görəcək,
əgər pislik etmişsə şərlə qarşılaşacaqdır. Karma bir səbəb-nəticə qanunu, bir
kainat nizamıdır.
Bu qanuna təkcə insanlar deyil, bütün varlıqlar tabedir.
Reinkarnasiya
Karma qanununa əsaslanan reinkarnasiya ruhun bir bədəndən başqa
bir bədənə köçməsi deməkdir.
Hinduizmdə bu ruh köçünə
“samsara”
yaxud
“sansara”
deyilir. Hinduistlər inanırlar ki, insan əvvəlki həyatında etdiyi
əməllərin nəticəsinə görə yenidən dünyaya gəlir. Əgər insan keçmişdə saleh həyat
tərzi sürübsə, növbəti dəfə dünyaya gələndə daha yaxşı məqama yüksələcək, hətta
181
MİLLİ DİNLƏR
daha yuxarı kasta sinfinə keçə biləcəkdir. Yox əgər günahkar həyat yaşayıbsa,
onda hər hansı bitki və ya heyvan şəklində yenidən dünyaya qayıdacaqdır.
Yoqa
“
Yoqa”
kəlməsi “vəhdət”, “əlaqə”, “harmoniya”, “təmrin”, “birləşmə”
mənasına gələn
“yodj”, “yudj”
sanskrit sözlərindən yaranmışdır. Hinduizmdə
yoqa - fərdin yüksək mənəvi və psixoloji məqama yüksəlməsi məqsədini güdən
müəyyən fiziki hərəkətlər və təmrinlərə verilən ümumi addır. Yoqa ilə məşğul
olan şəxsə “yoqi” deyilir. Yoqi fikrini bir nöqtədə cəmləşdirərək fövqaltəbii
qüvvələrlə rabitə qurmağa çalışır. Yoqa vasitəsilə hinduistlər insan orqanizminin
psixoloji və fizioloji funksiyalarını idarə etməyə səy göstərirlər.
Yəni yoqa
müxtəlif mənəvi, psixoloji və fiziki təcrübələr deməkdir. Bir növ iradə tərbiyəsi
və özünü kamilləşdirmə metodudur.
İbadət şəkilləri
Hindistanda hinduistlərə məxsus çoxsaylı məbədlər var. Buna baxmayaraq,
Hinduizmə görə, insan hər yerdə ibadət edə bilər.
Eyni zamanda, bu dində
ibadətin müəyyən forması və şəkli yoxdur. Hinduistlər birlikdə ibadət etmirlər,
dini ayinləri fərdi surətdə yerinə yetirirlər. Bu mənada
hinduistlər üçün ibadətin
yeri, zamanı və şəkli böyük əhəmiyyət daşımır.
Bu dinin mənsubları çoxsaylı bütlərə sitayiş еdir, dini ayinləri icra edərkən
ortaq ibadət rəmzi olan “Om” sözündən istifadə edirlər. Onlara görə, bu kəlmə
özündə böyük hikmətlər ehtiva edən müqəddəs sözdür.
Dostları ilə paylaş: