Mineral və üzvi gübrələr qarışığının pambıq bitkisinin boyu, inkişafı, lif çıxımı və məhsuldarlığına təsiri Variantlar
Əsas
gövdəni
n
hündürl
üy
ü
(sm
-lə
)
Bi
r
kolda
kı
qo
zal
arın
sa
yı
(əd
ədlə)
Bi
r
qozada
kı
xam pam
bı
ğın
kü
tləsi
(q
-la
)
Lif çıxımı
(%
-lə
)
M
əhs
ul
dar
lıq
(sen
/ha)
M
əhs
ul a
rtımı
(sen
/ha)
Nəzarət
62
7,6
4,6
34,0
24,8
-
N
100
P
100
(zəmin)
74
12,4
5,2
35,5
31,8
7,0
Zəmin + 10 t. peyin
79
12,6
5,3
36,9
34,6
9,8
Zəmin + 15 t. peyin
86
13,0
5,3
37,3
35,8
11,0
Zəmin + 20 t. peyin
91
14,1
5,3
36,5
36,5
11,7
Daha yaxşı nəticə hər hektara N
100
P
100
və 15-20 ton peyin verdikdə əldə edilir ki, bu halda
nəzarətə nisbətən hər hektardan 11-11,7 sentner əlavə məhsul alınır.
Peyinin hər il əsas şum altına verilməsinə nisbətən, yüksək norma ilə üç ildə bir dəfə verilməsi
daha səmərəlidir.
Azot gübrəsinin illik normasının 25%-i səpinqabağı, 75%-ni isə səpin zamanı və
yemləmələrdə verilir. Qönçələmə və çiçəkləmənin əvvəlində 3-4 yarpaq fazasında yemləmə
şəklində verilir. Birinci yemləməni cərgədən 15 sm aralı 12 sm dərinlikdə, qönçələmə fazasında 2
sm aralı tirədən 3-4 sm dərinə və üçüncü yemləməni cərgə aralarının ortasına vermək lazımdır.
Azot çatmadıqda bitkinin boyunun qısa, bar orqanlarının az əmələ gəlməsinə, qozanın
çəkisinin və ümumi məhsulun azalmasına səbəb olur. Eyni zamanda vilt xəstəliyinə tutulması
sürətlənir.
Fosforun 60-70 %-i əsas şum altına, hektara 20 kq-ı isə yemləmə şəklində qönçələmə
fazasında verilir.
Çiçəkləmə və qönçələrin əmələ gəlməsi eyni vaxtda olduğuna görə bitki tərəfindən
mənimsənilən fosforun çox hissəsi çiyidin əmələ gəlməsinə sərf olunur. Bu dövrdə kifayət qədər
fosforla qidalanma bitkilərdə qozaların əmələ gəlməsini və onların yetişməsini sürətləndirir.
Kalium elementi çatışmadıqda sulu karbonların mübadiləsi pozulur, qozaların formalaşması
güclü surətdə pisləşir, lifin texnoloji göstəriciləri nəzərə çarpacaq dərəcədə aşağı enir. Qönçələmə
və çiçəkləmə fazasında bitkinin kaliumla təmin edilməsi onun inkişafının normal getməsinə səbəb
olur, gövdəsini möhkəmlədir və bar orqanlarının tökülməsini azaldır.
Azot, fosfor və kaliumdan başqa pambıq bitkisinin inkişafında kükürd, kalsium və maqnezium
da əhəmiyyətli rol oynayır.
Kükürd çatışmadıqda bitkinin boyu gecikir, yarpaqlar sarı rəng alır.
Kalsium və maqneziumun miqdarı pambıqçılıq rayonlarının torpaqlarında kifayət qədərdir.
Pambıq əkən bölgələr üçün bor, manqan, mis, sink və molibdenli gübrələrdən istifadə edilməsi
səmərəlidir.