321
dərinliyini artırmaqla, bu prosesin qarşısını bir növ almaq olur.
Bundan əlavə, dərin şumlanmış
torpağa su çox sızıb toplanır və səmərəli istifadə olunur.
Şum qatı dərin olmayan, çınqıllı və qumsal torpaqlarda 25 sm-dən dərin şum aparılması
məsləhət görülmür.
Şirvan torpaqlarının şorlaşmış və şorakətvarı çəmən torpaqlarında şum qatının qalınlığı 20 sm-
dir. Sonra torpağın yapışqanlı qatı gəlir. Burada şum qatını 2 sm artırmaq üçün hər hektar sahəyə
30-40 ton peyin vermək lazımdır. Dərin şum apardıqda torpaqda üzvi maddələrin toplanması və
çürüməsi üçün əlverişli şərait yaranır. Əmələ gələn çürüntü maddə torpağın xırda və toz halında
olan hissəciklərini bir-birinə yapışdıraraq iri dənli torpaq hissəciklərinin əmələ gəlməsinə səbəb
olur.
Pambıq bitkisini özü ilə növbələndirən zaman sahəni pambıq çöplərindən azad edərək tirələri
düzləndirmək lazımdır. Pambıq gövdələrinin təmizlənməsini noyabrın
birinci ongünlüyündə başa
çatdırmaq lazımdır. Viltlə sirayətlənmiş bitki şaxlarını diqqətlə sahədən təmizləmək vacibdir.
Sağlam gövdələri xırdalayıb üzvi gübrə kimi torpağa qarışdırmaq olar.
Əgər pambıq yoncadan sonra növbələnirsə oktyabrın ikinci yarısında sahəni 28-30 sm
dərinlikdə ön kotancıqlı kotanla şumlamaq lazımdır. Yoncalıq şumlandıqdan sonra yazın əvvəlində
güclü cücərti verir, onunla mübarizə üçün dərin kultivasiya aparmaq belə kifayət etmir və bəzi
hallarda ikinci dəfə şum aparmaq lazım gəlir. Bu zaman yoncanın kök boğazı
kəsilir və şumun dərin
qatına basdırılır. Beləliklə, həm cücərmənin qarşısı alınır, həm də üzvi maddənin çürümə prosesi
uzanır ki, bu da məhsuldarlığın artmasına müsbət təsir göstərir.
Yoncalıqları şumlamazdan 7-10 gün əvvəl torpağın asan xırdalanması və iri kəltənlər
əmələ
gəlməməsi üçün sahə suvarılır. Bundan əlavə şumdan əvvəl yoncanın kök boğazlarını kəsmək üçün
5-6 sm dərinliyində üzləmə aparılır.
Pambıq əkilən sahələrdə yenidən pambıq əkini üçün dondurma şumunun aparılma müddəti
olduqca məhduddur, habelə payızın soyuq və yağmurlu günlərinin dəyişməsindən asılıdır.
Müəyyən
edilmişdir ki, oktyabr, noyabr aylarında şumlanmış sahələrdə əkilən pambığın
verdiyi məhsul 100% qəbul elilərsə, dekabr ayında şumlanan sahədə 88%, yanvar ayında şumlanan
sahədə 82%, mart ayında şumlanan sahə isə 64%-dək azalır.
Tarlanın vəziyyətindən asılı olaraq erkən yazda səpinqabağı şumun iki iz malalanması həyata
keçirilir.
Yazda tədricən yetişən çəmən və çəmən-bataqlı torpaqlarda mala işlətmək olmaz, çünki, o
torpağı çox bərkidir. Belə halda tapan çox əlverişlidir. Əgər sahə çox kəltənlidirsə mala işlədilməsi
məsləhətdir. Əgər səpinə qədər erkən yaz dırmıqlanması aparılıbsa səpinqabağı becərmə səpindən
10-15 gün əvvəl aparılmalıdır. Səpinqabağı, səpinə 5-10 gün qalmış malalama aparılır. Səpinqabağı
becərməni erkən keçirdikdə torpağın becərilməsinə yaxşı şərait yaradılmaqla, səpini vaxtında
aparmaq mümkün olur. Bu da ki, sahənin hər yerində bərabər çıxışların alınmasına gətirib çıxardır.
Qış və yaz aratından sonra mala çəkildikdə torpaq müəyyən qədər bərkiyir, odur ki, belə sahələrdə
səpindən əvvəl dayaz çizelləmə və ya diskləmə aparmaq, sonra isə dırmıq və mala çəkmək lazımdır.
Şoran torpaqlarda şumdan sonra duzları yumaq üçün su verildikdə və qrunt suyu səthə yaxın
olduqda torpaqda nəmlik çoxalır ki, bu da onun bərkiməsinə səbəb olur.
Belə sahələrdə dayaz
çizelləmə və diskli mala çəkmək yaxşı nəticə verir.
Torpaqda əsas şumqabağı yuyulma aparıldıqda onu səpindən əvvəl dırmıqlamaq və
malalamaq kifayətdir. Torpağın üst qatı səpinqabağı dayaz becərildikdə, səpin vaxtı çiyidlər
sıxlaşmış torpaq üzərinə düşür və torpağın şaquli kapillyarları ilə çiyid aşağı qatlardan yaxşı
rütubətlənir. Çiyidlərin üstünü örtən yumşalmış torpaq qatı isə tez isinir və havanı özündən yaxşı
keçirir. Nəticədə çiyidlərin eyni vaxtda cücərməsi üçün çox əlverişli şərait yaranır.
Qranulometrik tərkibi ağır olan torpaqların səpinqabağı becərilmə
keyfiyyətini daha da
yaxşılaşdırmaq, pambıq əkilən sahənin hər yerində bir bərabərdə cücərti almaq məqsədilə son illər
yerli ağır malanın çizellə, halqavarı, dişli və hamar vərdənələrlə aqreqatlaşdırılmasının bir neçə
variantı sınaqdan keçirilmişdir. Əkinə yaxşı hazırlanmış bu torpaqlarda çiyidlər bir bərabərdə
cücərir, normal bitki sıxlığı yaranır və yüksək pambıq məhsulu alınması təmin olunur.
322
Dondurma şumu aparılmayan sahələrdə torpağın düzgün becərilməsi üçün iki əsas tələbat:
torpaq yetişən kimi şumlanmalı, əmələ gəlmiş qaysağı dağıtmaq və torpağın üst qatını
müəyyən
dərəcədə bərkitmək üçün yerli mala ilə malalamaq həyata keçirilməlidir.
Yaz şumunu 25 sm dərinlikdə səpinə 1-2 ay qalmış aparmaq lazımdır. Yaz şumunu erkən
malaladıqda orada əmələ gələn kəltənləri dağıtmaq və torpaq səthini müəyyən dərəcədə
kipləşdirmək lazımdır ki (nəmlik itkisinin qarşısını almaq üçün), sahədə cücərtilər normal alınsın.
Dostları ilə paylaş: