Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə24/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   141
4.Tədris proqramı. Hər tədris fənni üzrə bir proqram tərtib edilir. Tədris proqramlarının bir sıra ümumi cəhələri olur. Tədris proqramı adətən, iki hissədən-izahat vərəqindənvə verilən biliklərin məzmunundan ibarət olur. İzahat vərəqində tədris fənninin vəzifələri, tərbiyə və psixoloji inkişafimkanları, müəllimə aid olan metodik göstərişlər qeyd edilir.

Tədris proqramı tədris planına uyğun tərtib edilir. Tədris planında fənn necə adlanırsa tədris proqramı da eləcə adlanır.Tədris planının məzmunu və həcmi tədris planında fənnə ayrılmış saatlara görə müəyyənləşdirilir.

Tədris planında nəzərdə tutulan təhsilin istiqaməti və xarakteri fənn üzrə tədris proqramında konkretləşdirilir. Tədris fənni bölmələrinin və hissələrinin adları tədris proqramında göstərilir və onların hərəsinə ayrılan saatlar orada yazılır.

Bölmələrin və ya hissələrin adları, onların ayrılıqda əhatə etdiyi mövzular, mövzuların məzmununa aid olan məsələlər tədis proqramında sadalanır.

Tədris proqramının tərtibində iki prinsip mövcuddur: konsentrik prinsipvə düzxətli prinsip. Birinciyə görə eyni adda olan tədris materialına sonrakı siniflərdə cvnhyenidən qayıdılır və daha dərindən öyrədilir. İkinciyə görə mənimsənilməni materiallar zəncirvari düzülür və ardıcıl öyrədilir; öyrədilmiş materiala zorakı siniflərdə yenidən qayıdılmır. İkinci prinsip hazırda tam üstünlük təşkil edir.

Deməli, tədris planına əsasən fənnin hissələrini və ya bölmələrini, mövzularını, mövulara aid məsələləri göstərən, fənn üçün ayrılmış saatları hissələr və mövzular arasında bölüşdürən və izahat vərəqinə malik olan sənədə tədris proqramı deyilir.



5. Dərslik. Təhsilin məzmunu, onun tərbiyələndirici və inkişaf etdirici üsusiyyətləri dərslikdə konkretləşdirilir. Dərsliklərin bir sıra xüsusiyyətləri vardır.

Dərslik müvafiq tədris proqramı əsasında tərtib edilir. Dərslikdə bölmələrin, mövzuların adları və ardıcıllığı tədris proqramına uyğun gəlir. Tədris proqramında nəzərdə tutulan mövzular ardıcıl şərh olunur.

Yeni məvhumlar, təriflər, teoremlər, qaydalar, qanunlar dərsliklərdə iri və ya qara hərflərlə verilir ki, şagirdlərin diqqətini cəlb etsin və yadlarında qalsın.

Dərslikdə verilən məlumatlar elmin müasir səviyyəsinə uyğun gəlir.

Fənnin və tədris müəssisəsinin xüsusiyyətləri dərslikdə qabarıq əks olunur.

Dərsliyi adi kitablaran fərqləndirən cəhətlərdən biri də onun əyani səciyyə daşımasıdır. Dərslikdə cədvəllərə, sxemlərə, şəkillərə, xəritələrə, və əyaniliyin digər vasitələrinə lazımınca yer verilir. Şagirdlərin estetik tərbiyəsində dərsliyin bədii tərtibatı ciddi məna kəsb edir.

Dərsliyin dili aydın, konkret, inandırıcı, obrazlı, emosional olur. Şagirdlərin nitqini inkişaf etdirməkdə bunun əhəmiyyəti böyükdür.

Dərslik şagirdlərin müstəqil düşünməsi, mühakimə yürütməsi, işləməsi üçün istiqamət verir. Mövzüların sonunda verilən sual və tapşırıqlar həmin məqsədə xidmət edir.

Dərsliyin nəinki məlumatları və faktları, həm də onların şərhi xarakteri şagirdlərin ideya-siyasi, əxlaq tərbiyəsinə güclü təsir göstərir. Məsələn hadisələrin, faktların dərslikdə təhlili, təhlildən nəticələr çıxarılması şagirdlər üçün nümunə olur.

Dərslikdə bölmələr, bölmələrdə mövzular, mövzularda paraqraflar, paraqraflarda məsəkələrin şəhri məntiqi cəhətdən bir-biri ilə üzvi şəkildə əlaqəli olmalı və bir-birini tamamlamalıdır.

Pedaqogikaya görə, tədris proqramının bölmə və mövzularını aydın, dəqiq şərh edən, əyanilikdə müşayiət olunan, şagirdləri düşündürərək işlədən, onların inkişafına və tərbiyəsinə güclü təsir göstərən kitaba dərslik deyilir.

Dərslikdən başqa, müxtəlif dərs vəsaitləri də olur: məsələlər və misallar məcmuəsi; lüğət; dildən calışmalar toplusu; xəritələr; müəllim üçün metodiki göstəriş və s.


Mövzu 3


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin