4. Müəllimin dərsə hazırlaşması Dərsə hazırlıq – müəllimin peşə fəaliyyətinin daimi və zəruri elementidir. Müəllimin dərsə hazırlığı 3 hazırlıq istiqamətindən ibarətdir:-ümumi hazırlıq, - mövzular üzrə hazırlıq, -növbəti dərsə hazırlıq
Müəllimin ümumi hazırlığı – onun müntəzəm olaraq nəzəri, metodik biliyini artırmaq, mədəni səviyyəsini və dünyagörüşünü inkişaf etdirməyə əsaslanır. Mövzular üzrə hazırlıq – mövzuların qısa məzmunu tədris proqramında verilir. Müəllim müəyyən mövzuya dair materialı dərslərin sayına görə bölür, keçilmə ardıcıllığını müəyyən edir. Mövzuların planlaşdırılması zaman, adətən, aşağıdakı bəndlərə fikir verilməlidir: - hər bir dərsin mövzusunun adı; - təhsilverici məqsəd və vəzifələr; - dərsin tərbiyəedici təsiri; - materialın əsas məzmunu; - müstəqil işlər, müşahidələr, əyani vəsaitdən və texniki təlim va-sitələrindən istifadə; - nəzarət və yoxlama formaları; - dərslərin təqvim vaxtları.
Dostları ilə paylaş: |