Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə12/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

261




Güman



1194. Güman və əql.

3907. İmam Əli (ə): «İnsanın gümanı onun əqli qədərdir.»1

3908. İmam Əli (ə): «Ağıllı insanın gümanı nadanın əminliyindən daha doğrudur.»2

3909. İmam Əli (ə): «Möminlərin ehtimalından və gümanlarından qorxun. Çünki, Allah-taala həqiqəti onların dillərində qərar vermişdir.»3


1195. Qardaşının rəftarını ən yaxşı tərzdə qəbul et.

3910. Allahın Peyğəmbəri (s): «Qardaşının söz və əməllərində bir üzr axtar və əgər tapmasan özün bir üzr düzəlt.»4

3911. İmam Əli(ə): «Sənə aydın olmayan bir əməlini görməyincə, qardaşının rəftarını ən gözəl tərzdə qəbul et. Onun ağzından çıxan sözə yaxşı yozum tapıncaya qədər ona bədgüman olma.»5
1196. Xoşgümanlığın dəyəri.

3912. İmam Əli (ə): «Xoşgümanlıq qəlbin və dinin sağlamlıq mənşəyidir.»6

3913. İmam Əli (ə): «Xoşgüman qəm-qüssəni azaldar və günahın tələsinə düşməkdən xilas edər.»1

3914. İmam Əli (ə): «Kim xalqa qarşı xoşgüman olsa, onların məhəbbətini qazanar.»2

3915. İmam Əli (ə): «Ən üstün təqva xoşgümanlıqdır.»3
1197. Bədgümanlıqdan çəkinmək.

Quran:

«Ey iman gətirənlər, çox gümanlardan uzaqlaşın. Çünki gümanların bəziləri günahdır." 4



Hədis:

3916. Allahın Peyğəmbəri (s): «(Bəd) Gümandan çəkinin. Çünki, (bəd) güman yalanların yalanıdır.»5

3917. Allahın Peyğəmbəri (s): «Gümana düşdükdə, onun ətrafında axtarış və təhqiqat aparmayın. Paxıllığınız tutduqda, paxıllığın ardınca getməyin və fal bəd gəldikdə (ona əhəmiyyət vermədən) öz işinizi görün.»6

3918. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında): «Həqiqətən, xəsislik, qorxaqlıq və hərislik kökündə Allaha bədgümanlıq dayanan ayrı-ayrı xasiyyətlərdir.»7

3919. İmam Əli (ə): «İman bədgümanlıqla uyğun gəlməz.»8

3920. İmam Əli (ə): «Bədgümanlıq işləri korlayar və cürbəcür pis işlərə üz tutmağa səbəb olar.»9

3921. İmam Əli (ə): «Bədgümanlıqdan çəkin. Çünki, bədgümanlıq ibadəti korlayar.»10

3922. İmam Əli (ə): «Şər-xəta adam, heç kəsin barəsində yaxşı gümanda olmaz. Çünki, hamını özü xasiyyətdə və xislətdə görər.»1


1197. Başqalarına bədgüman olmağa sövq edənlərdən çəkinmək.

3923. İmam Əli (ə): «Özünü töhmət və bədgümanlıq hədəfinə çevirən şəxs, ona bədgüman olanları məzəmmət etməməlidir.»2

3924. İmam Əli(ə) «Pis yerlərə gedib-gəldiyinə görə ittiham olunan və özünü töhmət hədəfinə çevirən şəxs onun barəsində bədgüman olanları məzəmmət etməməlidir.»3

3925. İmam Əli(ə): «Pis adamlarla yoldaşlıq, yaxşı insanlara bədgünmanlıqla nəticələnər.»4

3926. İmam Əli (ə): «Vəziyyəti və günü hamıdan pis olan şəxs, qəlbi qaralığına görə heç kəsə etimad etməyən və pis rəftarına görə də heç kəsin etimad etmədiyidir.»5

3927. İmam Əli (ə): «Nikbin olmayan şəxs hamıdan qaçar və tənha qalar.»6


1199. Bədgüman olmağa icazə verilən hallar.

3928. Allahın Peyğəmbəri (s): «Bədgümanlıqla özünüzü xalqın zərərindən qoruyun.» 7

3929. İmam Əli (ə): «Zəmanəyə və xalqa doğruluq, paklıq hakim olanda kimsə başqasından bir günah əməl görmədiyi surətdə onun barəsində bədgüman olarsa, ona zülm etmişdir. Ancaq, fəsad və ədalətsizlik zəmanəyə, xalqa hakim kəsiləndə bir şəxs digərini yaxşı qəbul edib nikbin olarsa, aldanmışdır.»8

3930. İmam Kazim (ə): «Zülm və ədalətsizliyin haqq və doğruluqdan çox olduğu zəmanədə yaxşılığını bildiyi haldan başqa heç kəsin digəri barədə xoşgüman olması rəva deyil.»9



262




İbadət



1200. İbadət.

Quran:

«Cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.»1



Hədis:

3931. Allahın Peyğəmbəri (s): «Ən yaxşı insan ibadətə aşiq olandır. Əllərini onun (ibadətin) boynundan sallayar, səmimi qəlbdən onu sevər, öz bədəni ilə ibadətini yerinə yetirər və özünü ona həsr edər. Həmin şəxsin dünya həyatının çətinliyindən, ya asanlığından heç bir qorxusu olmaz.»2

3932. Allahın Peyğəmbəri (s): «İnsanın məşğuliyyəti üçün ibadət kifayət edər.»3

3933. Allahın Peyğəmbəri (s): «Rəbbiniz buyurur: Ey Adəm övladı! Özünü mənim ibadətimə həsr et ki, sənin qəlbini ehtiyacsızlıq, əllərini də ruzi ilə doldurum. Ey Adəm övladı! Məndən uzaqlaşma ki, qəlbini yoxsulluq və əllərini çətinliklə dolduraram.»4

3934. İmam Əli (ə): «Allah bəndəni sevəndə ibadətin gözəlliyini onun qəlbinə salar.»5

3935. İmam Əli (ə): «Bəndəlik beş şeydədir: qarnını yeməkdən boş saxlamaqda, Quran oxumaqda, gecəni ibadətlə keçirməkdə, səhər çağı Allahın dərgahına ahu-zar etməkdə və Allah qorxusundan ağlamaqda.»6


1201. İbadətdə Allahı tanımağın və yəqinliyn rolu.

3936. Allahın Peyğəmbəri (s): «Yəqinlə olmayan heç bir ibadətin dəyəri yoxdur.»1

3937. Allahın Peyğəmbəri (s): «Allaha sanki onu görürsənmiş kimi ibadət et. Çünki, sən Onu görməsən də, O səni görür.»2

3938. İmam Əli (ə): «İdrak və Allahı tanıma olmayan ibadətdə heç bir xeyir yoxdur.»3

3939. İmam Səccad (ə): «İdrak və Allahı tanımaqla olan ibadətdən başqa ibadət yoxdur.»4
1202. İbadətin növləri.

3940. «Tənbihul-Xəvatir»: Məsih (ə) bir kişiyə buyurdu: «Nə iş görürsən?» Ərz etdi: «İbadət edirəm.» Buyurdu: «Bəs sənin dolanışığını kim təmin edəcək?» Ərz etdi: «Qardaşım.» Buyurdu: «Qardaşın səndən daha abiddir.»5

3941. Allahın Peyğəmbəri (s): «İbadət on hissədir, onun doqquzu halal ruzi dalınca getməkdir.»6

3942. Allahın Peyğəmbəri (s): «Övladın ata və anaya mehriban baxışı ibadətdir.»7

3943. Allahın Peyğəmbəri (s): «Alimə baxmaq ibadətdir, ədalətli rəhbərə baxmaq ibadətdir, ata-anaya mehriban və qayğıkeş baxış ibadətdir. Allaha xatir sevdiyin qardaşa baxmaq ibadətdir.»8

3944. Allahın Peyğəmbəri (s): «Allah barədə xoşgüman olmaq Allaha ibadətdir.»9

3945. İmam Əli (ə): «Səmaların və yerin mələkkutu barədə düşünmək ixlaslı bəndələrin ibadətidir.»10

3946. İmam Əli (ə): «Mülayim tərzdə danışmaq və insanlara salam vermək ibadətdir.»2

3947. İmam Sadiq (ə): «Hər ibadətdən üstün ibadət var və biz Əhli-Beyti sevmək ən üstün ibadətdir.»3
1203. Abidlərin növləri.

3948. İmam Sadiq (ə): «İbadət edənlər üç dəstədir. Bir dəstə Allaha qor­xu­dan ibadət edər, bu qulların ibadətidir. Bir dəstə Allah-taalaya savab üçün ibadət edər, bu muzd alanların ibadətidir. Bir dəstə də eşq və mə­həb­bə­tə görə Allaha ibadət edər ki, bu azad insanların ibadəti və ən üstün iba­dətdir.»4

3949. İmam Sadiq (ə): «Kim Allaha qarşı günah işlətməklə bir şəxsə itaət edərsə, hər an ona bəndəlik etmişdir.»5

3950. İmam Cavad (ə): «Kim bir söz danışana qulaq asarsa, ona bən­də­lik etmişdir. Əgər danışan Allah kəlamını söyləyərsə, eşidən də Allaha iba­dət etmişdir. Əgər şeytanın tərəfindən danışsa, şeytana ibadət etmişdir.»6



1204. Ən üstün ibadət.

3951. Allahın Peyğəmbəri (s): «Ən üstün ibadət fiqhdir (dini dərk etməkdir).»7

3952. Allahın Peyğəmbəri (s): «Ən çox savabı olan ibadət gizli ibadətdir.»8

3953. Allahın Peyğəmbəri (s): «Haram yeməklə qarışıq olan ibadət qum üstündə (başqa sözlə desək, su üzərində) tikilən bina kimidir.»9

3954. İmam Əli (ə): «Ən üstün ibadət günahlardan çəkinməkdir.»1

3955. İmam Əli (ə): «Ən üstün ibadət adətə qalib gəlməkdir.»2

3956. İmam Əli(ə): «Ən üstün ibadət dünyaya meyl etməməkdir.»3

3957. İmam Sadiq (ə): «Ən üstün ibadət Allahı tanımaq və Ona müti olmaqdır.»4

3958. İmam Sadiq (ə): «Ən üstün ibadət daim Allah və Onun qüdrəti barədə düşünməkdir.»5

3959. İmam Sadiq (ə): «Allaha and olsun, möminin haqqını yerinə yetirməkdən üstün heç bir şeylə Allah-taalaya ibadət olunmayıb.»6

3960. İmam Sadiq (ə): «Ən abid insan vacib əməlləri yerinə yetirəndir.»7

3961. İmam Rza (ə): «İbadət çoxlu namaz qılmaq və oruc tutmaq deyil. İbadət, əslində Allahın işi barədə çox düşünməkdir.»8

3962. İmam Cavad (ə): «Ən üstün ibadət ixlasdır.»9
1205. İbadətdə xoş əhval.

3963. Məsih (ə): «Həqiqətən, sizə deyirəm: Xəstə şəxs yaxşı və ləziz xörəyə baxıb kəskin ağrıya görə ondan bir ləzzət almadığı kimi, dünyapərəst də dünya malına məhəbbətə görə ibadətdən ləzzət almır və onun şirinliyini dadmır.»10

3964. Allahın Peyğəmbəri (s): «İbadətin bəlası süstlükdür.»11

3965. İmam Sadiq (ə): «İbadəti öz canlarınıza yükləməyin.»2




Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin