Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə11/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   7   8   9   10   11   12   13   14   ...   95
Özünüqiymətləndirmə şəxsiyyətin özünü, öz imkanlarını, keyfiyyətlərini, qabiliyyətlərini, özünün başqa insanlarla münasibətlər sistemindəki yerini qiymətləndirməsindən ibarətdir. Özünüqiymətləndirmə insanın özünüdərketməsi ilə sıx bağlıdır. Bu baxımdan insanın mənlik şüurunun formalaşmasında özünüqiymətləndirmə önəmli yer tutur. Özünüqiymətləndirmə zamanı adətən qiymətin əxlaqi, estetik, intellektual, emosional növlərindən istifadə olunur. Lakin bütün hallarda onların içərisində emosional qiymətlər əsas yer tutur. Özünüqiymətləndirmə səviyyəsində qiymətverən və qiymətləndirilən eyni insan olduğuna, mən-mənə qiymət verdiyinə görə burada özünüsevmə, özünəhörmət, ləyaqət hissi özünə geniş yer edir. Ona görə də burada subyektiv amillərin təsiri qaçınılmaz olur.

Özünüqiymətləndirmənin üç səviyyəsi var: 1. Adekvat özünüqiymətləndirmə zamanı insan özünün bütün keyfiyyətlərini olduğu kimi, imkanlarına uyğun qeyd etməklə özünü düzgün qiymətləndirir. 2.Özünü olduğundan yüksək qiymətləndirmə zamanı insan özünü onda olan keyfiyyətlərdən, imkanlardan yüksək qiymətləndirir. Bu cür özünüqiymətləndirmə şişirdilmiş xarakter daşıyır, insanın özünə güvənməməsi nəticəsində yaranır. 3. Özünü olduğundan aşağı qiymətləndirmə zamanı insan özünün keyfiyyətlərini, imkanlarını olduğundan aşağı qiymətləndirir.

Özünü olduğundan yuxarı qiymətləndirmə və özünü olduğundan aşağı qiymətləndirmə çox ziyanlıdır. Belə ki, birinci halda insanda səbəbsiz olaraq özünə həddən artıq inam, arxayınçılıq yaranır. İkinci halda isə insanda fəaliyyətlərində uğur əldə edəcəklərinə inam olmur. Onlar hər zaman uğursuzluq gözləyir və öz imkanlarından şübhə edirlər.

Özünüqiymətləndirmə insanın iddia səviyyəsi ilə sıx bağlıdır. İddia səviyyəsi dedikdə insanın bu və ya digər fəaliyyət zamanı seçdiyi, qarşısına qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə müəyyən olunan xarakteristikası nəzərdə tutulur. İnsan sonradan yerinə yetirəcəyi işin çətinlik dərəcəsini sərbəst şəkildə seçərkən özünüqiymətləndirməyə cəhd göstərməsi iki cür konfliktin yaranmasına səbəb olur: bir tərəfdən daha çox uğur əldə etmək üçün iddianı artırmaq cəhdi, digər tərəfdən uğursuzluqdan yaxa qurtarmaq üçün iddia səviyyəsini aşağı salmaq. Uğur əldə edildikdə adətən iddia səviyyəsi artır, insan daha çətin problemi həll etməyə hazır olduğunu göstərir, uğursuzluq zamanı isə iddia səviyyəsini uyğun bir şəkildə aşağı salır.



6. Psixoloji müdafiə mexanizmləri. Müdafiə mexanizmaları şüuraltı səviyyədə qarşıya çıxan problemin insana yaşada biləcəyi həddən artıq stress halından özünü qorumasıdır. Avstriya psixoloqu Z.Freyd bir insanı reallığın yaratdığı frustrasiya halından özünü qorumaq üçün istifadə etdiyi şüuraltı proseslərə müdafiə mexanizmaları adı vermişdir. Bütün psixoloji müdafiə mexanizmalarının mahiyyətini insanın reallığı görmənin ona verdiyi rahatsızılqdan qaçaraq özünü aldatması təşkil edir və bu da insanda stressi azaldır. Müdafiə mexanizmalarından hər kəs istifadə edir və bu davranşlar normal bir davranış olaraq qəbul edilir. Əsas psixoloji müdafiə mexanizmaları bunlardır:


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin