İxtisas: RİM
Kurs: 3
Fənn: Psixalogiya
Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com
MÖVZU 9: QAVRAYIŞ
PLAN
Qavrayış haqqında ümumi məlumat.
Qavrayışın əsas xüsusiyyətləri.
Qavrayışın növləri.
Appersepsiya və illüziya.
ƏDƏBİYYAT
1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982
2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4.Əliyev R. Psixologiya ,B.2006
Analizatorumuza təsir edən cism və hadisələrin ayrı-ayrı əlamətləri deyil, bütövlükdə xassənin beyində əks olunmasına qavrayış deyilir. Məsələn, stolun üstündəki kitabı qavramaq o deməkdir ki, onun rəngini, formasını, ölçüsünü, məkanda tutduğu yeri tamlıqda əks etdiririk. Qavrayış da indiki anda birbaşa olaraq hiss üzvlərinə təsir edən cism və hadisələrin əyani surətləridir. Duyğu və qavrayışda cism və hadisə birbaşa hiss üzvlərinə təsir edir, hər ikisi real gerçəkliyin subyektiv surətidir. Bunlar mexanizm etibarilə də bir-birinə tamamilə yaxındır. Belə ki, istər duyğu, istərsə də qavrayış prosesində analizatorun fəaliyyət halına gəlməsi gərəklidir. Analizator üç hissədən ibarətdir: 1. xarici qıcığı qəbul edən səth-reseptor; göz, qulaq və s. 2. mərkəzəqaçan-afferent sinir, 3. analizatorun beyin nahiyəsi. Onun normal fəaliyyəti duyğu və qavrayışın əmələ gəlməsi üçün əsas şərtdir. Duyğuda bir analizator sistemi sadəcə bir hərəkət forması barədə məlumat verir. Qavrayış isə bir neşə analizatorun birgə fəaliyyəti sayəsində baş verir. Deməli, duyğu surətləri tək modalı, qavrayış surətləri isə çox modalı olur.
Qavrayış daha mürəkkəb idrak prosesidir. Qavrayışın tərkibinə duyğularla yanaşı insanın keçmiş təcrübəsi də daxildir. Məsələn bir anda zəlzələ olduğunu düşünək. İlk öncə hər şeyin (əgər bir otaqdaysaq) otaqdakı əşyaların; şkafın, masanın və s. silkələndiyini görərik. Bu silkələnməylə birlikdə və ətrafdakı təlaş nəticəsində çıxan səsi eşidərik. Eyni zamanda silkələnmə nəticəsində müvazinəti-mizi saxlamaqda çətinlik çəkərik və keçmiş təcrübələrimizdən də yola çıxaraq qarşılaşdığımız hadisənin zəlzələ olduğunu qavrayarıq. Qavrayış digər idrak prosesləri ilə sıx əlaqədədir.
İnsan qavrayışı ilə heyvan qavrayışı bir-birindən fərqlənir. İnsan qavrayışı dərin, məzmunlu və hərtərəfli olur. Heyvan qavrayışı isə səthi və dayaz olur. İnsan qavrayışının dərin və məzmunlu olması onun əmək fəaliyyətində təbiətə təsir edib onun qanunlarını aşkara çıxarıb və bu qanunları dərk etməsi ilə bağlıdır.
Duyğular təsir edən qıcıqlayıcıların keyfiyyəti ilə yanaşı kəmiyyət tərəfini, yəni qıcıqlayıcının intensivliyini, ifadə dərəcəsini və s.ni də əks etdirir. Qavrayış surətləri isə intensivlik xassəsinə malik olmur.
Duyğular müəyyən sahədə cəmlənmiş olur. Məsələn, rəng, səs, işıq və s. müəyyən predmetə aid edilir, müəyyən mənbə ilə bağlanılır. Qavrayışda isə belə məhdud lokalizasiya (cəmləşmə) yoxdur.
Duyğu surətlərində emosional ton olur, qavrayış surətlərində isə əşya hissi deyil, cismin surəti yaranır. Deməli, qavrayış ətraf aləm haqqında duyğulara nisbətən daha dolğun, daha bitkin məlumat verir.
2.Qavrayışın əsas xüsusiyyətləri. Qavrayışla qavrama şəraiti arasında olan önəmli əlamətlərə qavrayışın xüsusiyyətləri deyilir. Qavrayışın 5 əsas xüsusiyyəti var: əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyi.
Dostları ilə paylaş: |