Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Torpağın səpinqabağı becərilməsi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə149/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   145   146   147   148   149   150   151   152   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Torpağın səpinqabağı becərilməsi. 
Erkən yazdan başlayaraq şum 2-3 dəfə malalanır. Yazda 
12-13 sm dərinliyində kultivasiya çəkilir. Əgər sahədə alaq cücərtiləri əmələ gələrsə kultivasiya 
təkrar edilir. Səpindən qabaq sahə 6-7 sm dərinliyində kultivasiya edilərək malalanır. Səpinqabağı 
becərmədə torpaq səthi şuma
45
0
-lik bucaq altında BP-8 markalı hamarlayıcı ilə hamarlanır. Torpaq 
hissəciklərinin diametri 5-10 sm-dən artıq olmamalıdır. Səpinqabağı becərməyə torpaq fiziki 
yetişkənliyə çatdıqda başlanmalıdır. Əvvəlcə torpağa herbisid çilənir onun ardınca torpaq (bir 
aqreqatla) kultivator, şleyf mala və diskli mala ilə becərilməlidir. Becərilmə dərinliyi toxum 
basdırılan dərinlikdən çox olmamalıdır. Yüksək rütubət tutumlu, ağır torpaqlarda sahə arat edilir. 
Yüngül, şum qatı çaydaşı təbəqəsi üzərində yerləşən, zəif rütubət tutumlu torpaqlarda səpsuvar 
keçirilməsi məsləhət görülür. 
Gübrələmə. 
Qarğıdalı bitkisi qida maddələrinə tələbkardır. Torpaqda azot elementinin 
çatışmaması kök sisteminin inkişafına mənfi təsir göstərir. Nəticədə başqa elementlərin bitkiyə 
daxil olması zəifləyir və assimliasiya aparatının işi pisləşir. Azot aclığından bitkinin yarpağı saralır 
və vaxtından əvvəl tökülür ki, bu da bitkinin məhsuldarlığına və toxumun keyfiyyətinə mənfi təsir 
göstərir. Vegetasiyanın əvvəlində bitki azot elementindən kalium qədər istifadə edir. Quru maddəyə 
görə bitkidə azot elementi vegetasiyanın sonuna nisbətən vegetasiyanın əvvəlində 2-3 dəfə çox 
olur. Azot gübrəsi səpinqabağı kultivasiya altına və cərgəaraları becərilən zamanı yemləmə şəklində 
verilir. Yarpaqlarda azotun optimal miqdarı N : P = 10 : 1 nisbəti quru maddəyə görə 3-4% -dir. 
Yemləmə 5-8 yarpaq fazasında və süpürgələr əmələ gəldikdə aparılır, gübrə cərgələrin ortasına 
kultivatorla verilir. Kökdən kənar yemləmə aparmaqla zülalın miqdarını 20%-ə qədər artırmaq 
mümkündür. Onu da qeyd etmək lazımdır ki, hədsiz azotla qidalanma qıcaların əmələ gəlməsini 
gecikdirir və gövdə və yarpaqlarda yüksək miqdarda nitratların toplanmasına səbəb olur.
Vegetasiya müddətində dənin tam yetişməsi dövrünə qədər fosfor bitkiyə daxil olan zəruri 
elementdir. Bu elementə tələbat bitkinin həyatının ilk günlərindən başlayır. Onun təsirindən 
yarpağın inkişaf müddəti qısalır, kökün torpağın dərin qatlarına işləməsi sürətlənir ki, bu da əsasən 
nəmliyi kifayət qədər olmayan zonalar üçün vacibdir. Torpaqda fosforun çatışmaması çiçəkləməni 
və qıcada dənin inkişafını gecikdirir. Fosfor çatışmadıqda yarpaqlar tünd yaşıl və ya bənövşəyi - 
yaşıl rəng alaraq məhv olurlar. Vegetasiyanın əvvəlindəki fosfor çatışmamazlığını bu elementi daha 
gec dövrdə verməklə kompensasiya etmək qeyri-mümkündür. Əgər torpaqda mütəhərrik fosforun 
miqdarı orta təminatdan aşağıdırsa və əsas şum altına fosfor gübrəsi verilməyibsə, onda onu 
səpinqabağı kultivasiya altına və 5-8 yarpaq fazasında yemləmə şəklində vermək mümkündür.
Kalium hüceyrələrdəki kolloidlərin susaxlama qabiliyyətini təmin edir, maddələr 
mübadiləsini yaxşılaşdırır, bitkinin həyat qabiliyyətini yüksəldir. O, fotosintez prosesini 
tənzimləyir, hüceyrələrə suyun daxil olmasını sürətləndirir, osmotik təzyiqi və turqoru
transpirasiyanı azaldır, sudan istifadə əmsalını aşağı salır. Vegetasiyanın əvvəlində qarğıdalı bitkisi 
kalium elementini intensiv mənimsəyir, cücərtidə onun miqdarı çoxalaraq toxuma nisbətən 8-10 
dəfə artır. Kaliumun şiddətli udulması süpürgələməyə 10-12 gün qalmış maksimuma çatır və sonra 
çox tez azalır. Çiçəkləmədən sonra kaliumun bitkiyə daxil olması dayanır. Kalium çatışmadıqda 
cavan bitkilərin boy atması zəifləyir, gövdəsi qısalır, yarpaqların qıraqları əvvəlcə sarıtəhər-yaşıl 
orta hissə yaşıl, lakin sonra sarı rəng alır, yanıq kimi yarpaqların kənarı və təpə hissəsi quruyur. 
Bitki yatmaya qarşı davamsız, qıcalar zəif, dənin tam dolması pis olur. 
Qarğıdalı yüksək məhsul verən bitkidir. Ona görə də qida maddələrinə böyük təlabat göstərir. 
Gübrə normaları planlaşdırılmış məhsula görə balans üsulu ilə hesablanmalıdır. Balans üsulunda 
fiziki çəkidə gübrə norması aşağıdakı formulla hesablanır: 
Maqnezium çatışmazlığı 4-6 yarpaq fazasında meydana çıxa bilər. Bu zaman köhnə 
yarpaqlarda damarlara yaxın uzununa açıq-sarı rəngli zolaq yaranır və sonra ağararaq daha aydın 
görünən zolaqlı yarpaq alınır. Maqneziumun çatışmaması əsasən turş torpaqlarda qeydə alınır.


152 
Karbonatlı torpaqlarda marqansın çatışmaması köhnə yarpaqlarda sarı və boz ləkəli şırım 
əmələ gətirməklə bitki boz ləkəlik xəstəliyinə tutulur. Bitkinin marqansa olan tələbatını toxumu 
marqans sulfatla işləmək yaxud kökdən kənar yemləmə (hektara 150-200 qram) aparmaqla ödəmək 
mümkündür. Turş torpaqlarda bitkinin molibdenə, mis və bor elementlərinə tələbatı ola bilər.
Qarğıdalı bitkisi intensiv böyümə dövründə qida maddələrinə daha çox tələbkardır. 
Çiçəkləmə və süd-yetişmə dövründə qida elementlərinə daha çox tələbat göstərir. Hektardan 60-70 
sentner dən yaxud 500-600 sentner yaşıl kütlə məhsulu götürdükdə 150-180 kq azot, 50-60 kq 
fosfor və 150-200 kq kalium mənimsəyir.
Respublikamızın ağır qranulometrik tərkibli suvarılan torpaqlarında qarğıdalı bitkisindən 
yüksək məhsul götürmək üçün şum altına hektara 15-20 ton peyin və 2-3 sentner superfosfat 
verilməlidir. Qida maddələri ilə zəif təmin olunmuş qumlu və gillicəli torpaqlarda yaşıl gübrə 
məqsədi üçün lüpin, paxla, noxud kimi bitkilər becərilərək torpağa basdırıldıqda yaxşı nəticə verir. 
Əgər şum altına lazımi normada gübrə verilməyibsə yazda pərşum və ya səpinqabağı kultivasiya 
altına verilir.
Qərb bölgəsinin suvarılan torpaqlarında qarğıdalı bitkisinin hər hektarına 60-90 kq azot, 60-
90 kq fosfor, 40-50 kq kalium gübrələri verilir. 
Fosfor gübrəsinin illik normasının 60-70 %-i əsas şum altına verilir. Səpinlə birgə gübrələmə 
apardıqda yuvalardan 4-5 sm aralı, toxumlardan 2-3 sm dərinə vermək məsləhətdir. Birinci 
yemləmədə yəni 3-4 yarpaq fazasında 100-150 kq ammonium şorası və 200-250 kq superfosfat 
verilir. İkinci yemləmə gövdələmə dövründə aparılır. Bu zaman birinci yemləmədəki gübrələrdən 
əlavə 50 kq kalium işlədilir. Gübrələr KOH-28 və KPH-4, 2 markalı kultivatorla verilir. 
g
g
t
Q
T
A
M






=
100
M - lazım olan gübrənin fiziki çəki ilə miqdarı, (kq/ha) 
A - planlaşdırılmış məhsulla aparılan qida maddələrinin miqdarı, (kq/ha) 
T - torpaqda olan mənimsənilən NPK-ın miqdarı, (kq/ha) 

t
- torpaqda olan NPK-nın mənimsənilmə əmsalı, %-lə 

g
– gübrədən NPK-nın mənimsənilmə əmsalı, %-lə 
Q
g
– gübrədə olan təsiredici qida maddəsinin miqdarı %-lə. 
Mineral gübrələrdən əlavə torpağa peyinin də verilməsi nəzərdə tutulursa, onda hesablama zamanı aşağıdakı 
formuldan istifadə olunur: 
g
g
t
Q
Q
M
T
A
D





+




=
)
(
100
0
0
0
M
0
– bir hektar sahəyə veriləcək peyin, t/ha 
Q
0
– peyində olan NPK, kq/t 

0
– peyində olan NPK-nın istifadə olunma əmsalı, %-lə 
Azərbaycanın müxtəlif bölgələrində qarğıdalıdan proqramlaşdırılmış dən məhsulu almaq üçün tələb olunana göbrə 
normaları, təsiredici maddə hesabı ilə. (C. Ə. Əliyev və baş. görə) 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin