189
keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə
yüksək keyfiyyətli kazein kleyi alınır. Faner, parça və plastmas alınmasında istifadə olunur.
Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində
6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr vardır.
100 kq yaşıl kütləsində 17, otunda 49,5, silosunda 17,8 və quru vegetativ kütləsində 28,7 yem
vahidi vardır.
Lərgə digər dənli-paxlalı bitkilərdən fərqli olaraq quraqlığa, duza, zərərverici və xəstəliklərə
davamlıdır.
Lərgənin vətəni xırda toxumlular üçün cənub-qərbi Asiya, iri toxumlular üçün isə Aralıq
dənizi ölkələri hesab olunur. Lərgə Hindistan, İran, Əfqanıstan və Türkiyədə də becərilir. Rusiyada
Tatarıstan və Başqırdıstan ərazilərində eyni zamanda Ukraynada becərilir.
Azərbaycanda lərgə əsasən Astara, Lənkəran, Masallı və Cəlilabad rayonlarında becərilir. Hər
hektardan orta hesabla 15-20-30 və 45 sentner dən, 250-300 sentner yaşıl kütlə məhsulu verə bilir.
Dostları ilə paylaş: