Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Torpaqda zərərli kimyəvi maddələrin miqdarının səviyyəsi, mq/kq



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə60/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   56   57   58   59   60   61   62   63   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Torpaqda zərərli kimyəvi maddələrin miqdarının səviyyəsi, mq/kq 
 
Maddələri çirkləndirən qrup
Maddənin qatılıq
Fon (A) 
Yüksəldilmiş (B) 
Hədd (C) 
Xlorlu sulu karbonlar: 
polikarbifenillər 
alifatik sulu karbonlar 
0,05 
0,1 


10 
50 
Fenol birləşmələri: 
fenollar 
xlorofenollar 
0,02 
0,01 


Digər çirkləndirici maddələr: 
mineral yağlar 
tsikloheksan 
pirpidin 
sirol 
tetrahidrofuran
100 
0,1 
0,1 
0,1 
0,1 
1000 




5000 
60 
20 
50 
40 
Pestisidlərlə artıq dərəcədə çirklənmiş torpaqlarda lif, texniki yağ və digər texniki məhsulların 
emalı üçün xammal rolunu oynayan texniki və efiryağlı bitkilərin becərilməsi faydalı olar. 
Pestisidlərin istifadəsi nəticəsində, xüsusilə də insektisidlərin, ətraf mühitə vurulan ziyanın 
azaldılması üçün hər konkret tarla üçün əsaslandırılmış surətdə pestisid seçilməlidir. Bir çox 
pestisidlər geniş spektrdə təsirə malikdirlər. Onlar həm zərərli orqanizmlər üçün, həm də bir çox 
faydalı həşəratlar üçün zəhərlidirlər. 
Ümumilikdə insektisidlərin istifadəsi kəskin surətdə məhdudlaşdırılmalıdır. Kimyəvi mübarizə 
üsulları mümkün qədər aqrotexniki və bioloji üsullarla əvəz edilməlidir. 
Alaqlarla yüksək dərəcədə zibillənmiş sahələrdə herik tətbiq edilir. Alaqlara qarşı torpağın əsas 
və səpinqabağı becərilməsi və əkinlərə qulluq kimi mexaniki üsullarla mübarizə aparmaq daha 
məqsədəuyğundur. Zərərvericilərin və patogen yükün azaldılması üçün növbəli əkinə riayət 
edilməlidir. 
Cədvəl 20 
Ərzaq məhsullarında pestisidlsrin maksimum yol verilən səviyyəsi, mq/kq 
 
Pestisid 
Ərzaq
Maksimum yol verilən 
səviyyə 
Atrazin
Qarğıdalı (dən) 
Ət, yumurta 
0,03 
0,02 
Bayleton 
Xiyar, pomidor (örtülü qrunt), dən, çuğundur 
0,5 
Bordo qarışığı
Meyvə, tərəvəz 
5 (misə görə) 
Karbofos 
Dən, şəkər çuğunduru, günəbaxan 
Göy noxud 

0,5 
Prometrin 
Qarğıdalı, soya, noxud, kartof, günəbaxan (yağ) 
0,1 
Reqlon 
Günəbaxan (toxum) 
Noxud 
0,5 
0,05 
Treflan
Yerkökü 
0,01 
Bioloji mübarizə üsulları geniş tətbiq olunmalıdır: zərərli həşəratların tüfeylilərindən istifadə; o 
cümlədən feromonlu tutucular quraşdırmaq. Növbəli əkinə aralıq bitki qismindən Kələmkimilər 
fəsiləsinə aid bitkilərin daxil edilməsi torpaqda patogen biotanın dəf edilməsinə yardım edir. Əgər 
pestisidin istifadəsi mütləq tələbdirsə, onda onun xüsusiyyətlərindən, istifadə normaları və 
müddətləri nəzərə alınaraq ehtimal olunan çirklənmə proqnozlaşdırılır. 
Ərzaq məhsullarında bəzi pestisidlərin təxmini maksimum yol verilən səviyyəsi 20 saylı 
cədvəldə öz əksini tapmışdır. 


66 
Beləliklə pestisidlərdən azad bitkiçilik məhsullarını istehsal etmək üçün zərərli orqanizmlərə 
qarşı (zərərverici, xəstəlik, alaq otları) maksimal dərəcədə aqrotexniki və bioloji mübarizə 
üsullarından istifadə etmək lazımdır, torpağın davamlı pestisidlərlə çirklənməsini bilmək məqsədilə 
tarlaların müayinəsi aparılmalı; çirklənmiş sahələrdə bitkilər yalnız toxum və texniki məqsədlər 
üçün becərilməlidir. Pestisidlərin istifadəsinə zərurət yarandıqda parçalanma dövrü qısa və bitkidə 
toplanmaq xüsusiyyətinə malik olmayan preparatlar istifadə edilməlidir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin