67
Şərq və qərb yamacları günəş enerjisinin daxil olması və rütubətlənməyə görə aralıq mövqe
tutur, lakin qərb yamacı daha yaxşı işıqlanır, şərq yamacı bir qədər güclü isinir və ona görə də
eroziyaya daha çox meyillidir. Bu yamaclarda həm birinci, həm də ikinci qrup bitkiləri becərmək
mümkündür.
Hər hansı ekspozisiyanın dik yamaclarında son dərəcə torpağın
eroziya prosesini dəfələrlə
artıran, cərgəarası şumlanan bitkilər və xüsusən heriyə saxlamaq arzuedilməzdir.
Hər hansı bitkinin yaxşı inkişaf etməsi, kök kütləsinin çoxlu toplanması
və eroziya itkisinin
aşağı endirilməsi üçün birinci növbədə turş torpaqları əhəngləmək lazımdır. Torpağın turşuluğu
aşağı enən zaman onun mikrobioloji fəallığı
yüksəlir, makro və mikroelementlərin mütəhərrikliyi
artır, azot, fosfor, kalium, molibden və bir çox digər qida elementlərinin
torpaqdan və mineral
gübrələrdən istifadə əmsalı yüksəlir, UTK kalsium və maqneziumla tamamlanır, aqrofiziki xassəsi
yaxşılaşır.
Dostları ilə paylaş: