Pestisidlərdən azad bitkiçilik məhsullarının istehsalı.
Zərərverici, xəstəlik və alaq otlarının
vurduqları ziyan səbəbindən tarla bitkilərinin məhsuldarlığı əhəmiyyətli dərəcədə azalır. Becərilən
bitkiləri mühafizə etmədən yüksək məhsul əldə etmək mümkün olmur, digər tərəfdən də genotipin
potensial məhsuldarlığı özünü doğrulda bilmir. Bitkiçiliyin inkişafı prosesində insanlar zərərli
orqanizmlərə qarşı müxtəlif mübarizə üsulları hazırlayıb tətbiq etmişdir.
İlk növbədə bunlar aqrotexniki üsullardır: zərərli həşəratların və xəstəlik törədicilərinin
inkişafını və yayılmasını məhdudlaşdıran növbəli əkin; vaxtında və keyfiyyətli aparılmış payız və
səpinqabağı şum; alaqvurmalar; tarlaları alaqlarla şiddətli çirklənmiş növbəli əkinlərdə heriyin
tətbiqi; torpaqda patogen biotanı sıxışdırmaq üçün kələmkimilər fəsiləsinə aid bitkilərin aralıq
64
siderat bitkilər qismində daxil edilməsi; aldadıcı yemlər vasitəsilə zərərvericilərin tutucularla
sayının azaldılması.
Gübrə istehsalı sənayesinin inkişafı, bütün tarla bitkilərinin kompleks mexanikləşdirilməsi ilə
paralel olaraq məhsulun zərərli orqanizmlərdən mühafizəsi problemi də zaman keçdikcə kəskin
surətdə özünü büruzə verirdi, pestisidlər istehsalı üzrə sənaye inkişaf etdirilirdi. Alimlər tərəfindən
ayrı-ayrı zərərli orqanizmlər qruplarına qarşı minlərlə kimyəvi maddələr seçilərək sintez edilmişdir:
alaq otlarına qarşı - herbisidlər, həşəratlara qarşı - insektisidlər, göbələk xəstəliklərinə qarşı -
funqisidlər, bakterial infeksiyaya qarşı -bakterisidlər, gənələrə qarşı – akarasidlər, gəmiricilərə qarşı
– zoosidlər.
Pestisidlərin bir çox təsnifatları mövcuddur: istifadə obyektləri üzrə, preparatın kimyəvi
quruluşuna görə, istifadə üsulları və müddətlərinə görə, istiqanlılara qarşı zəhərliliyinə görə,
xüsusilə də insan üçün, parçalanma müddətlərinə görə, parçalanma radikallarının zəhərliliyinə görə,
pestisidlər və onların radikallarının toplanmasına görə.
Bütün pestisidlər insan və heyvanlar üçün təhlükəli deyil. Uzunmüddətli parçalanma dövrünə
malik davamlı pestisidlər daha təhlükəlidir, onlar bitkiyə daxil olub orada toplanmaq qabiliyyətinə
malikdirlər.
Pestisidlər təyinatlı seçim qabiliyyətinə və qısa parçalanma dövrünə (2-8 həftə, növündən və
təyinatından asılı olaraq) malik olmalıdırlar; onların birləşmələri istiqanlı heyvanlar üçün qeyri-
təhlükəli olmalıdırlar; pestisidlər bitkidə toplanmamalıdırlar.
Təəssüflər olsun ki, mövcud olan preparatların əksəriyyəti bu tələblərə cavab vermirlər ona
görə ki, onların parçalanma dövrü - 5-6 aydır, lakin bəzilərininki hətta 2-3 ilə bərabərdir; bitkilərdə
toplanmaq qabiliyyətləri var və bitkiçilik məhsulları ilə insan və heyvan orqanizminə düşərək
fizioloji funksiyaların pozulmasına səbəb olurlar. Məhz buna görə də qida məhsullarında, yemdə,
torpaqda, suda və havada zərərli kimyəvi maddələrin qalıq miqdarının səviyyəsi üzərində nəzarət
aparılmalıdır və onların təyin olması üzrə üsullar işlənib hazırlanmalıdır.
Əgər təsərrüfatda davamlı pestisidlər istifadə edilmişdirsə bu zaman bioloji təmiz məhsul əldə
olunmasına zəmanət vermək üçün torpaqda pestisidlərin qalıq miqdarlarının analizləri aparılmalı və
çirklənmə dərəcəsi üzrə tarlaların kartoqramları tərtib olunmalıdır. Kartoqrama uyğun olaraq əkin
sahələrinin strukturunu dəqiqləşdirmək, çirklənmiş tarlalarda texniki məqsədlər və toxum materialı
üçün becərmələr nəzərdə tutulmalıdır.
Sonrakı dövrlərdə pestisidlərin tam parçalanmasına qədər çirklənmiş sahələr üzərində
toksikoloji nəzarət həyata keçirilməlidir. Yem bitkilərinin becərilməsinə icazə verilən orta və zəif
çirklənmiş tarlalarda torpaqda pestisidin tam parçalanmasına qədər məhsulun toksikoloji nəzarəti
aparılmalıdır.
Pestisidin növü və kimyəvi tərkibindən asılı olaraq torpağın mikrobioloji aktivliyini
gücləndirməklə – torpağa yüksək normalarda üzvi gübrələrin verilməsi, paxlalı siderat bitkilərin
torpağa qarışdırılması vasitəsilə onun parçalanma müddətini qısaltmaq olar.
Hollandiyada torpağın zərərli kimyəvi maddələrlə çirklənməsinin normativ bazası
yaradılmışdır. Torpaqda kimyəvi maddələrin miqdarının üç səviyyəsi müəyyən edilmişdir:
A -
qatılıq fonu; B - əlavə tədqiqatların aparılmasının zəruriliyini göstərən və qayğıya səbəb olan
qatılıq; C - torpağın təmizlənməsi üçün təcili ölçü göturülməsinin zəruriliyinə əsaslanan qatılıq
həddi (cədvəl 19).
Torpaqda pestisid gərginliyini azaltmaq üçün zərərli orqanizmlərlə mübarizə məqsədilə bioloji
üsullar tətbiq edilir. Zərərli həşəratların tüfeylilərindən kifayət qədər geniş, onların miqdarının aşağı
həddi səviyyəsinə qədər istifadə olunur. Zərərli həşəratların tüfeyliləri ixtisaslaşmış bioloji
stansiyalarda yetişdirilir. Feremonlardan istifadə etməklə zərərli həşəratların toplanması üsulları
işlənib hazırlanmışdır. Pestisidlərdən azad bitkiçilik məhsulları istehsalı kompleks tədbirlərin yerinə
yetirilməsi zamanı mümkündür, onlardan ən mühümü torpaqda və bitkidə pestisid gərginliyini
azaltmaqdır. Bitkidə toplanmayan, habelə həmin preparatların radikalları istiqanlı heyvanlar üçün
zəhərli olmayan, birtərəfli qısa detoksikasiya dövrü olan və seçicilik qabiliyyətli pestisidləri tətbiq
etmək lazımdır. Pestisidlərin verilmə üsulları, müddəti və normasının tətbiqinə ciddi riayət etmək
zəruridir.
65
Cədvəl 19
Dostları ilə paylaş: |