Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Torpağın əsas becərilməsi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə148/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   144   145   146   147   148   149   150   151   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Torpağın əsas becərilməsi. 
Yüksək məhsul almaq üçün torpağın səpin üçün hazırlanmasına 
xüsusi diqqət yetirmək lazımdır. Becərmə torpağın tipindən, sələflərdən, sahənin alaqlarla 
zibillənmə səviyyəsindən, torpağın xarakterindən və relyefindən asılıdır. Qarğıdalı güclü kök 
sistemi əmələ gətirdiyindən torpağın dərin becərilməsinə tələbkardır. Torpaq əsasən yarımherik 
üsulda hazırlanır. Tez yığılan sələflərdən sonra diskli malalarla 6-8, 8-10 sm, əgər çoxillik alaqlarla 
zibillənibsə 8-12, 12-14 sm dərinliyində üzlənir. Üzləmələr LDQ-10, LDQ-15, LDQ-20 markalı 
aqreqatlarla aparılır. Üzləmədən sonra ehtiyac olan yerlərdə sahələr hektara 400-600 m
3
norma ilə 
suvarılır ki, alaq otlarının və sələf bitkisinin tökülmüş toxumları cücərdilsin. Axırıncı üzləmədən 3-
4 həftə sonra sahəyə üzvi və mineral gübrə verərək 25-27 sm dərinliyində şumlamaq lazımdır.
Dəmyə yerlərdə nəmlik itkisinin qarşısını almaq üçün şumdan sonra malalama aparılır. 
Alaqlardan təmiz olan sahələrdə torpağı T. S. Maltsev üsulu ilə yəni laydırsız kotanla da aparmaq 
olar. Əgər qarğıdalı gec yetişən sələflərdən sonra becərilərsə (sorqo, tütün və günəbaxan) sahə 
diskli mala ilə iki istiqamətdə disklənir. Yəni kök və gövdə qalıqları xırdalanmış sahəyə peyin və 
superfosfat verildikdən sonra ön kotancıqlı kotanla şumlanmalıdır. Bitki və kök qalıqlarının yaxşı 
xırdalanması və şumun keyfiyyətli aparılması üçün ПЯ-3-35 və ПЯ-4-35
kotanlarından istifadə 
olunur. Qışda şum arat edilir. Qarğıdalını payızlıq buğda, payızlıq arpa, çöl noxudu, soya və başqa 


151 
dənli paxlalılardan sonra əkdikdə sahə 8-10 sm dərinlikdə diskli alətlə üzlənir. Sahə alaq toxumları 
ilə çox zibillənmiş olarsa üzləmədən sonra az norma ilə suvarılır. Alaqlar kütləvi göründükdə əkin 
qatı imkan verən dərinlikdə dərin şum qaldırılmalıdır. Dondurma şumu oktyabr-noyabr aylarından 
gec olmayaraq aparılmalıdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin