147
süpürgədə isə 15-20 mln. ədədə qədərdir. Tozcuqlar küləklə bir kilometr məsafəyə yayıla bilir. İsti
havada tozcuq öz həyat qabiliyyətini tez itirir, sərində isə bir sutka saxlayır. Dişi çiçəyin hər biri
yumurtalıqdan, uc hissəsində iki dilimli ağızcığı olan ipəkvari sap şəkilli sütuncuqdan ibarətdir.
Qıcanın dibindəki sütuncuqlar uzun, uc hissəsindəkilər isə qısadır. Sapları və dişicik ağızcıqları
yapışqanlı olub, tüklə örtülüdür və iki həftə mayalanma qabiliyyətlərini saxlayırlar.
Tozlanma zamanı dişicik çiçəyinin sütuncuğunun ağzına düşən erkək çiçəyinin tozcuğu
cücərir, tozcuq borusu əmələ gəlir, bu borucuq sütunun daxilinə keçir. Tozcuq borucuğunda iki
spermatozoid əmələ gəlir və dişi çiçəyin yumurtalığına daxil olur. Spermaların biri yumurta
hüceyrəsinin nüvəsi ilə birləşərək ilkin rüşeym nüvəsini əmələ gətirir. İkinci sperma rüşeym
kisəciyinin nüvəsi ilə birləşərək endospermi əmələ gətirir. Mayalanma bir sutkada başa çatır və belə
mayalanmaya ikiqat mayalanma deyilir.
Qıcalar yarpaq qoltuqlarında yan zoğların (biclər) yuxarısında örtük əmələ gətirən
buğumarası qısalmış, şəklini dəyişmiş yarpaqlardır. Qıcalara şəklini dəyişmiş yan budaqlar da
deyilir. Bitkidə qıcaların miqdarı müxtəlif ola bilər. Şəkərli, nişastalı və gec yetişən partlayan
qarğıdalıda qıcalar daha çox, dişvarı və bərk dənlidə əsasən bir, seyrək hallarda iki ədəd tam
qiymətli qıcalar olur. Qıcalar müxtəlif irilikdə, silindr, yaxud zəif konus formalı, üzəri bir neçə
təbəqə qabıqla örtülüdür. Bu qabıqlar yalnız qını inkişaf etmiş yarpaqlardan ibarətdir. Qıcanın oxu
üzərindəki sünbülcüklər cüt-cüt düzüldüyü üçün cərgələri həmişə cüt olur. Dişiciyin də
sünbülcüyündə iki çiçək əmələ gəlir. Onlardan yalnız biri – yuxarı çiçək inkişaf edir, aşağı çiçək
(
atrofir
) isə fəaliyyətdən qalmış olur. Qıcada cərgələr cüt olur və sayı 12-20 ədəd arasında dəyişir.
Hər bir qıcada dənin sayı isə 600-1200 ədəd olur. Qıcanın dən çıxımı 70-83%-dir. Meyvəsi dəndir.
Dəni iri olmaqla mütləq kütləsi 100-150, 300-400 qram arasında dəyişir.
Dən qabıqdan (qılaf), aleyron təbəqəsindən, endospermdən və rüşeymdən ibarətdir. Zülalın
75%-i endospermdə, 22%-i rüşeymdə, 2%-i qlafda, 1%-i isə örtükdə olur. Yağın 40%-i nüvədə 4-
8%-i endospermdə olur.
Şəkərin 72%-i rüşeymdə, 25%-i endospermdə, 5-6%-i isə örtükdə olur. 100 kq qarğıdalı
dənindən 62 kq nişasta və ya 45 kq şəkər, 71 kq sirop, 2,8 kq yağ, 25 kq öz maddəsi və 3-4 kq jmıx
almaq olur.
Dənlərinin pərdəliliyinə, xarici quruluşuna və endospermdə olan nişasta və buynuzşəkilli
maddənin (zülal çox bərk və sərt olduğuna görə buynuzşəkilli maddə adlanır) miqdarına görə
qarğıdalı 8 yarımnövə ayrılır.
Dişvari -
Dostları ilə paylaş: