283
Xərçəng -
üçyarpağı məhv edir. Məhv olmuş bitkinin yerüstü hissəsi kök boğazcığından asan
ayrılır. Mübarizə tədbiri – bitkilərin düzgün növbələndirilməsidir. Xərçənglə sirayətlinmiş üçyarpaq
tarlasına bu bitkini 7 ildən sonra qaytarmaq olar.
Pas -
yarpaqları və budaqları zədələyir. Güclü dərəcədə zədələnmə zamanı quru maddə
məhsulu 80% aşağı enir. Mübarizə tədbiri – davamlı sortların səpilməsi, erkən biçin aparılması,
toxumluq sahələrin xüsusən kükürdlə tozlandırılmasından ibarətdir.
Zərərvericilərdən üçyarpağa daha çox ziyan vuran
üçyarpaq
və
fır bakteriyaları
uzunburunudur.
Üçyarpaq uzunburunu
yarpaqları, qönçələri və çiçəkləri zədələyir. Bir sürfə 11-ə qədər
yumurtalığı məhv edir. Üçyarpaq uzunburunu toxum məhsulunu 20-30%-dən çox aşağı salır.
Mübarizə tədbiri – üçyarpağın qönçələmə fazasında biçilməsi, toxumluq üçyarpağın çalınmasından
ibarətdir.
Fır bakteriyası uzunburunu
erkən yazda yarpaqların kənarını yeyir, bəzən boy nöqtəsini məhv
edir. Süfrələr fırları məhv edir və kökü dərinliklərinə qədər yeyir. Mübarizə tədbiri – paxlalı
bitkilərlə sadə növbəli əkinin təmin edilməsi və kimyəvi maddələrdən istifadə edilməsi.
Dostları ilə paylaş: