Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə219/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   215   216   217   218   219   220   221   222   ...   228
BAZAR SЦZLДRİ103
Dağların dağ çiçəyi,

Kartofun ağ çiçəyi.


Şor döyül, yağdı,

Yarı sarı, yarı ağdı.


Balan yeyər,yekələr,

Arvat yeyər, kökələr.


Çil lovya, çilli lovya,

Çillicə, gülü lovya.


Şitilə gəl, şitilə

Pomidor, ajı, şirin bibar,

Şüşə kimi badımcan,

İnciyərəm almasan,

Bibar, nə bibar,

Belə bibar var?


Qatığın üzünü pıçax kəsməz,

Ağzının tamın bilən burdan yan keşməz.


Əmlih quzu otu yeyən heyvanın südü

Hardadı belə ağartı dadı?


Beşdi, ondu, mindi,

Alma vitamindi.

Üzümü üzüp gəldim,

İsdola düzüp gəldim.

Şirindi, mətdi,

Bir giləsi,

Bir isdəkan şərbətdi.
Kənt məhsulu, şah malı,

Alma, armut, şafdalı.


Üzüm döyül, kəhrabadı,

Noğuldu, qəntdi dadı.


Kim aldı, kim almadı,

Qızıləhmədidən qalmadı.

Kim aldı, kim almadı,

Meyvəsiz bazarrıx? Olmadı!


Bazarın gözüdü göyəm,

Vitaminin özüdü göyəm.


Bazarın, püsdəsi, badamı

Çəkir, ovsunnuyur adamı.


XЦRДK SЦZLДRİ
Dadanmısan dolmuya,

O da bir gün olmuya.


Dadammısan xəngələ,

Məni salmısan əngələ.


Dadammısan kifdiyə,

Elə bilirsən gəlir müfdəyə?


Hər yeməyin təzəsi,

Aşın köhnəsi.


Düşbərə, ay düşbərə,

Ye, qalmasın səhərə.


Qovut,

Ver uşağa, ovut.


Miyo, miyo, miyəbbəni,

Pişiy apardı kifdəni.


Şor, pendir, lavaş

Gəvələ yavaş-yavaş.


OYUNLAR

CƏHRİBƏYİM
I mətn

Cəhribəyimdə oxuyurdux:

O tay, bu tay, yasdana,

Kəklih qonar bosdana.

Qorxuram, yağış yağa,

Yarım gələ isdana.



Söyləyici bu oyunun qızlar tərəfindən oynanıldığını dedi. “Neçə qız oynayardı” sualına isə məhlənin “bütün qızları”, – deyə cavab verdi – top.

II mətn

Cəhriböyüm, Cəhriböyüm (oturduğu yerdə atdanıb düşə-düşə əl çalır – top.). Bizim kəntdə deyirdilər onu. İki arvat var idi, biri Südabənin nənəsi Mirvarı, biri də Qara Balaxanım – mənim bal­dı­zım, Allah aparmış. Ölüflər indi ikisi də. Yekeydilər e, ikisi də mən­nən. Biri Cəhriböhüm, Cəhriböhüm (əl çala-çala deyir – top.) deyə belə hərrənirdi, biri də Cəhriböhüm, Cəhriböhüm (yenə əl çala-çala oxuyur – top.) belə hərrənirdi. Sözdəşirdilər, dalaşırdılar, tutaşırdılar, dihləşirdilər, bilmirəm. Onu eləyə bilmərəm. Yalannan deyə bilmərəm. Düzdə, mərəhdə deyirdi e. Dədəm əvinin çoxlu dövləti oluf. Getmişih yatağa, yaz ağzıdı. Elə köçüf gəlif düşmüşüh Qarabağın düzünə. Ordan deyiflər, Siriyə artes gəlif. Gəlif gör­mü­şüh, üzümüzdən qırax, kalxoz mərəyində deyillər, bax o Cəhribö­hümü. Cəhirböhüm, Cəhriböhüm, burdan biri gəlir, ordan da biri. Gə­lif ortada birrəşirdilər. Biri-birin qırırdı, nəysə deyirdi, o, onun başınnan tuturdu, o, onun başınnan tuturdu.




III mətn

Cəhribəyimi yallı kimi oynuyullar. Deyillər e, mən gör­mə­mişəm. Yaşdı adamlar deyir. Hopbana-hopbana nəysə deyiv oynu­yurmuşdar uşaxlar da. Onun adıymış Cəhribəyim.


IV mətn

Cəhribəyimi, nə bilim, Qara Balaxanımnan bir də bir arvad var­dı, adı yadımnan çıxıfdı, olar oynuyurdu. Hopbula-hopbula oynu­yurmuşdar. Tullana-tullana oynuyurdu. Sözdəri huşumnan çıxıfdı.
V mətn

Təknə-tabax Cəhribəyim,

Palazqulax Cəhribəyim ...

Halay qurax, Cəhribəyim,

Güzgü-darax Cəhribəyim,

Gəlin quraq Cəhribəyim,

Hu, Cəhribəyim, hu, Cəhribəyim.

Qarı küsər, payın kəsər, Cəhribəyim...



Söyləyici mətni Nüzgarlı Novruz müəllimdən eşitdiyini dedi – top.
VI mətn

Nooruz bayramında qız-gəlin, hamı suyun üsdə gedirdi. Bir bədzat qızıdım. Mən də olara qoşuluf gedirdim. Suyun üsdə yekə-yekə belə qədim­nən qal­mış çinarrar vardı. Üş yerdən yüyürüh ası­lır­dı. Ha­mı­sı aralı-aralı. Minir­dih orda. Cəhribəyimi çağırırdı. Cəh­ri­bəyim, Məhribəyim. Ar­vat­­dar çağırırdı. İndi bu toylarda oynu­yursan, belə halay bağlıyıllar gəlinin başına.

Usdubudu, ha usdubudu.

O kişi mənim dosdumudu.

Getdi bazara, gəlmədi,

Yaylıx aldı, vermədi.

Yaylığın ücü qara,

Yolladım bekar yara.

Bekar yarı öldürdülər.

Ağ balığa saldılar,

Ağ balığın üzü qara,

Mana da bir yaylığ aldılar.

Yaylığımın ücü qara,

Yolladım bekar yara.

Bekar yarı nə bilim neynədilər, yadımnan çıxıfdı qalan. Cəhribəyim, Məhribəyim, hamı heylə çağırırdılar. On qız, on gəlin beləsinə hərrənirdi. Bir-bir ortada. İndi qocalmışam mən. Birin de­yirəm oynuya-oynuya. Onda zurna nəəzirdi, qaval nəəzirdi. Nağara nəəzirdi.

Yüyürühdə (yelləncəkdə – top.):

Bayram olcax cəmi doslar geyinir,

Mən də yarı qoşdum oların cərginə.

Gümüş piyalasına, əməl meyinə,

Məzə dodağına qurban olduğum.

Aaz, gəlin e, böyün bayramdı, Navrız bayramı. Gəlin e.

Bağların xəzəlisən,

Gözəllər gözəlisən.

Əlimi sənnən mən üzmərəm,

Sovdamın əzəlisən.
VII mətn

Rəhmətdih nənəm deyirdi ki, uşağıdıx. O Səmədov İdirisin babası, ana babası – Şahmar, o da imkannı, varrı adamıdı. O Maşan­nı­dan gələn kanal var e, o Teymur Quliyev kanalı, onu düz o Maşan­nıdan, Mahmıtdıdan o kişi çəhdirif gətirmişdi. Nənəm deyirdi ki, Şahmar kişi suyu gətirəndə hammızı yığırdı, biz də balaca uşax­la­rıdıx. Hammızda lapatqa, vedrə. Şeyir deyə-deyə gedirdih. Dalınca da deyirdi “Cəhribəyim”. Biz də xornan qışqırırdıx “Cəhribəyim”. “Cəhribəyimi”, – deyir, “oxuya-oxuya gedirdih”.

VIII mətn

Cəbrayıl rayonnun Nüzgar kəndində bir Cabbarov Nooruz məl­lim var. O Nooruz məllimin dediyinə görə, Cəhribəyim oyu­nunda iştirak eliyib o. Amma ya­­xınnan yox. Deyir ki, kişi xay­lax­ları o oyunda iştirak eləməyə qoy­mur­du­lar. Ancax kadınnar­dan ibarət olurdu. Həm də azyaşdı uşaxları orda qoy­mur­du­lar işti­rak eləməyə. Aralaşdırırdılar. Deyir ki, məsələn, belə sözdər vardı ki, orda, palaz­qulax Cəhrəbəyim, cəhrə-darax Cəhrəbə­yim, tiyan-sənəh Cəhrə­bə­yim, tə­sə­ləpapax Cəhrəbəyim. Belə sözdər vardı. Amma dediyinə görə, bu sözdər o bənd­­dərin axırıncı misralarında olurdu. Həm də bir az hərbə-zorba kimi olur­du. Və özünün dediyinə görə, o sözdər bir az da za­ra­fat­ya­na deyilən söz­də­­­riydi ki, orda balaca uşax­ların ona görə iştirak eləməsi məs­ləhət görülmür. Ki­şi xaylaxlarının iştirak eləməsi ona görə məsləhət gö­rül­mür. Deyir ki, belə şey­lər vardı. Belə hərbə-zorba şəkli. İndi görürsən bizim meyxa­naları, o meyxa­na­­ların sonunda deyir, səni neyniyərəm, neyniyərəm. Hardasa bu Cəhribə­yi­min də sözdərində o formada şeylər olurdu.


ƏNZƏLİ
Ənzəli, ikiləri xan rəhbəri.

Üşdə bir yan vurallar.

Dörtdə təpik atallar.

Beşdə qulunc qırallar.

Altıda təkər keçəllər.

Yetdidə əl dəysin, ətək-pətək dəyməsin.

Səkgizdə palan qoyallar.

Dokquzda palan götürəllər.

Onda a hosana, hosana,

Keçi girdi bosdana.

Vurdum qılçası sındı,

Apardılar həkimə.

Həkim verdi vəkilə.

Vəkil dedi neyniyim ...



Söyləyici qalan mətni unutduğunu dedi – top.

Yeddidə əl dəyir, amma ətəh, qılçalar da dəyirsə, onda tulla­nan yanır. Yerdə dombalan qalxır, indi ətəyi dəyən dombalır.

Səkgizdə kurtqa kimi bir şey götürürsən atırsan belinə, keçir­sən. Elə atırsan düşməsin. Qoyuf keçirsən üsdünnən, deyirsən sək­gizdə palan qoyursan.

“Dokquzda palan götürəllər”, – deyif, kurt­ka­nı da götürürsən.


RƏNG-RƏNG
Bir dəsdə uşax yığılır. Bir nəfər bunnarın başçısı olur. Bir nəfər də alıcı olur. Bir nəfər başçı uşaxların qabağında dayanır. Hər uşağa bir rəngin adını verir. Birinə sarı, birinə göy, qırmızı. Nə qədər uşax var, o qədər də onnara ad qoyur.

Oyun başdıyır.

Alıcı gəlip guya qapını döyür. Əliynən qapı döyən kimi eliyir, diliynən də deyir:

– Tuk, tuk!

Başçı deyir:

– Kimdi?


Alıcı:

– Mən.


Başçı:

– Nəyə gəlmisən?

– Rəngə.

– Hansı rəngə?

Rəng alıcısı ağlına gələn, ürəyi isdiyən bir rəngin adını çəkir.

Əyər dediyi o rəngin adı başçının dəsdəsində yoxdusa, başçı deyir:

– O rəng yoxdu.

Bu dəfə alıcı ayrı rəngin adı çəkir. Məsələn, deyir:

– Qırmızı.

Bu dəfə qırmızı rəng “qaçır”. Alıcı onu tutmağa çalışır. Qırmızı rəngi alıcı tuta bilsə, aparıf özü isdiyən bir yerdə saxlıyır. Tuta bilməsə də, tuta bilsə də, təzdən yenə alıcının yanına gəlir. Bu dəfə də bayaxkı sözdər təkrar olur. Alıcı növbəynən başqa rəngin dalınca gəldiyini deyir. Belə-belə oyun başçının dəsdəsindəki uşax­lar qutarana kimi davam eliyir.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin