Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə95/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   91   92   93   94   95   96   97   98   ...   228
XALIN KÜSMƏSİ
I mətn

Birinin xalınnan kiminsə xoşu gələndə onu götürüb üzünə, əlinə, qoluna – hara isdiyir, ora qoyup, deyir: “Bu xal mənə yaraşır. Xalın mənim olsun”. Bunnan sora o xal yiyəsinnən ya təmiz küsüp buna gəlir, ya da elə həmən xala oxşuyan xal əmələ gəlir xal is­di­yənin bədənində.


II mətn

Xala dəyməy olmaz. Xala toxunub onu qopartmağ, ona xətər yetirməy olmaz. Xala xətər yetirəndə, ya xal küsür gedir, ya da sahabına pis şey olur.


MÜXTƏLİF MÖVZULU İNAMLAR
1. Səhər bir iş dalınca gedirsənsə, yaxut bir adamnan qohum olmağ isdiyirsənsə, ya da bir işi bilmir­sənsə yaxşı olacax, ya pis olacax, onda niyyət tutursan ürəyində. Çıxırsan deyirsən ki, ay ağac, sənnən qohum olmağ isdiyirəm. O ağaca tərəf on addım atır­san. Əgər o on addımda ayağın nəyəsə ilişməsə, büdrəməsə, onda, deməli, onnan qohumluğun uğurrudu.
2. Keçəllərin dilin, sirrin bilməy olmaz.
3. Dırnağı bir-birinə sürtməzdər. Onda dava düşər.
4. Deyillər, süpürgə dəydi, şər atallar. Gərəh dəyən kimi süpürgənin üsdünə “tfu-tfu” eliyəsən ki, şərə düşmüyəsən.
5.İki qadın duranda arasınnan keşməzdər. Onda şərə düşəllər.
6. Evi aşağıdan yuxarı süpürməzdər, onda ölü düşər. Gərəh yuxarıdan aşağı süpürəsən.
7. Adamın üsdünnən hörümçəh sallamması yaxşıdı.
8. Üsdümə iynə-sancax sancıram ki, məni qara basmasın. Axşam təh yatıram. Həm bədnazar dəymir onda.
9. Göy qurşağı çıxanda deyirdih: “Ağı mənim, qırmızısı mənim.” Mən heylə bilirəm. Göy qurşağına Ələm dolağı deyirih biz.
10. Bu Fatma nənə, həmənki bax su var e. O, suyu kəlmeyi-şəhadətnən götürüf, deer. Onçun bütün suvaf Fatma ananındı. Hamamnan çıxırsan, deyirsən, Allah saa doyunca rəhmət eləsin, Fatma ana! Cənnətdə ol həmişə. Hə...
11. Hüzür düşdü, ölü basırıldı. Ölünü yağış, qar yağa-yağa basırırsansa, səkgiz-dokquz ölü öləjəh, dalbadal.

Gejə qabrın açıx da qalması pisdi. Bəzən adam axşama düşür, qəbir qazılır, basırılmır. O gejə qabrı açıx qalmax, deyir, pisdi də.


12. Kişniş satılır e, bazarda. Biz yanınnan eləcə keçirıx. On­nar (Şamaxılıları nəzərdə tutur – top.) beləcə qırıv ağzına qoymasa, keşmir, bax, bı yekəlıxda (barmağını göstərir – top.). Deyirəm, onu niyə qırırsız? Deer, qırmasax, kişniş qarğış eliyir ki, qardaşın ölsün. Alsan da, bir yarpax qırmalısan, almasan da.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin