«biz imtahanıq, sən gəl kafir olma» deməmiş, kimsəni
öyrətmirdi
»
1
.
«Məcməül-bəyan»da bu ayənin təfsirində oxuyuruq:
«Babil ölkəsində sehr və cadu öz zirvəsinə çatmışdı. Bu,
xalqı çox narahat edirdi. Allah-təala
insan surətində iki
mələk
göndərdi
ki,
xalqa
sehr
və
cadunun
təsirsizləşdirilməsi yollarını öyrətsinlər.
Mələklər məcbur oldular ki, sehr-caduya qarşı
mübarizə aparacaq insanlara onun yollarını da öyrətsinlər.
Həmin adamlardan bir dəstəsi öyrəndiklərindən sui-istifadə
edərək, sehrbazlara qoşuldular. Hansı ki, mələklər onlara
xəbərdarlıq
etmişdilər ki, bu biliklərdən pis məqsədlə
istifadə etmək küfrdür».
Sual 23:
Nübüvvət, risalət və imamət bir-birindən nə
ilə fərqlənir?
Cavab:
Allah tərəfindən əmr almış
üç təbəqə
mövcuddur: nəbilər, rəsullar və imamlar.
Nübüvvət məqamına çatmış şəxs (nəbi), Allahdan vəhy
qəbul edir və vəhy göstərişlərinə ehtiyacı olanları
məlumatlandırır.
Risalət məqamındakı şəxs isə təbliğ edir, ilahi hökmləri
cəmiyyətdə yayır və düşüncələrdə inqilab etmək üçün
çalışır.
İmamət məqamına seçilən şəxs isə ilahi hökmlər
əsasında hökumət təşkil edərək, xalqa rəhbərlik edir. Əgər
hökumət
təşkil etməyə qüvvəsi çatmasa, imkan daxilində
ilahi buyruqların yerinə yetirilməsinə səy göstərir.
İslam Peyğəmbəri (s) də daxil olmaqla,
əksər
peyğəmbərlər hər üç məqama malik olmuşlar: həm vəhy
almış, həm bu vəhyi təbliğ etmiş,
həm də ilahi hökmlərin
1
«Bəqərə» surəsi, ayə 102.
20
icrası üçün çalışmışlar. İmam həm mənəvi rəhbər, həm
təlimçi, həm də hakimdir.
Bütün imtahanlardan çıxmış İbrahim peyğəmbər (ə)
imamlıq məqamı ilə mükafatlandırılır. İmam, öz şəfəqləri
ilə təbiət aləmini canlandıran günəşə bənzəyir.
Qeyd edək ki, nübüvvət və risalət məqamlı bəzi
peyğəmbərlərin imamət məqamı olmamışdır.
Dostları ilə paylaş: