1. İnsanların böyük bir
hissəsi ölümü yoxluq və son
kimi anlayır. Bu anlaşılmaz yoxluq hissi, insan düşüncəsini
təlatümə gətirir. Bir gün yaşadığı həyata son qoyulacağını
düşünən insan, ölüm adı gələndə müdhiş bir qorxuya qərq
olur.
2. İkinci qrup insanlar, ölümdən sonrakı həyatın
varlığına inansalar da, yol verdikləri
cinayət və günahlar
ucbatından ölümdən, əməllərin hesab anından qorxuya
düşürlər. Bu qəbil insanlar,
məhz cəza gününün
sıxıntısından xoflanaraq, ölümdən qaçmağa çalışırlar.
«Bəqərə» surəsinin 95-ci ayəsində oxuyuruq: «
Onlar öz
əməllərini bildiklərinə görə, ölümü əsla istəməzlər
».
Amma peyğəmbərlərə və ilahi kitablara iman gətirib,
ölümdən sonrakı həyata inananlar, ibadət edib xeyir işlərə
çalışanlar, ölümü dünya çətinliklərindən
qurtuluş kimi
qəbul edərlər.
Din və vətən uğrunda canından keçən insanlar, əbədi
həyatın varlığına inanmış, böyük amallar yolunda canlarını
əsirgəməmişlər.
Sual 22:
Harut və Marut kimdir?
Cavab:
Babil məmləkətində
olmuş bu iki mələk
haqqında saysız-hesabsız əfsanələr uydurulmuşdur. Hətta
təfsirçilərdən də bəziləri,
uyğun gəlməyən fikirlər
söyləmişlər. Onlar Harut və Marutun yerə enməsi səbəbi
barədə belə deyirlər: «Allah onları yerə endirdi bilsinlər ki,
onlar da insanların yerinə olsaydılar, günaha yol verərdilər.
Onlar da yerə endikdən sonra böyük günahlara başladılar».
Qurani-kərimdə buyurulur: «
Dostları ilə paylaş: