Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Sizə qorxu və ümid məqsədi ilə şimşək



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə53/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   49   50   51   52   53   54   55   56   ...   116
170 suala cavab

Sizə qorxu və ümid məqsədi ilə şimşək 
göstərən, ağır buludları yaradan da Odur
»
3

Ayədən göründüyü kimi, şimşəyin ilkin faydası, 
insanları Allah-təalanın əzəmətindən xəbərdar etməkdir. 
Buludla yer arasında yaranan belə şimşəkləri «saiqə» 
adlandırmışlar. Müsbət yüklü bulud həmişə mənfi yüklü 
yerə yaxınlaşdıqda, saiqə yaranır. «
Allah onların vasitəsi 
ilə istədiyini vurar
» ayəsində saiqə nəzərdə tutulur.
«Təbiətin zarafatı» adlandırılan şimşəyin, bir sıra təbii 
faydaları da vardır. On beş min dərəcə santiqrad istilik 
1
«Yunis» surəsi, ayə 91.
2
«Yusif» surəsi, ayə 73.
3
«Rəd» surəsi, ayə 12.
72


yaradan şimşəklər, havanı yandırır və bunun ardınca 
havanın təzyiqinin dərhal enməsi nəticəsində buludlardan 
yağış yağır. Həmin yüksək temperaturda yağış damlaları 
artıq oksigendən yaranır və belə su, «ağır su» adlanır. Bu 
suyun formulu N₂O₂ -dir. Ağır su isə, güclü 
mikroböldürücü xüsusiyyətə malikdir. 
Yüksək temperaturda yaranmış yağış damlalarının 
tərkibində karbon turşusu olduğundan, bu yağış həm də 
torpaq üçün gübrə funksiyasını daşıyır.
Sual 81:
Quran «hamı səcdədədir» buyurarkən, nəyi 
nəzərdə tutur?
Cavab:
Bütün hadisələr iki mümkün mahiyyətdən 
birini daşıyır. Onlar ya təkvinidir (fitri, təbii), ya da təşri
´idir (iradi). Səcdə təvazö, təslim əlamətidir. Əql mülkü ilə 
mükafatlandırılmış bəşəriyyət Allahın səcdəsinə dəvət 
edilir və bu əmrə itaət edənlərin səcdəsi iradidir. Amma 
təbiətdə baş verən hadisələr təşri´idir. Yəni onun 
iradəsindən asılı deyil. «Rəd» surəsinin 15-ci ayəsində belə 
buyurulur: «
Göylərdə və yerdə kim varsa, özləri də, 
kölgələri də səhər-axşam, istər-istəməz Allaha səcdə 
edər
». Ayədəki «istər-istəməz» kəlmələri aşkar göstərir ki, 
nəzərdə tutulan səcdə təşri´i yox, təkvinidir. Bəs bu hansı 
səcdədir?
Bu barədə təfsirçilər müxtəlif fikirdədirlər. Bir qrup 
təfsirçinin fikirincə, ayə bütün kainatda ilahi qanunların 
hökm sürdüyünə bir işarədir.
Digər bir qrup təfsirçi isə, ayədə bütün mövcudların 
kölgələrinin səcdəsindən danışıldığını bildirirlər. İstər 
insan, istər təbiətin hər hansı bir elementi kölgəyə malikdir. 
Səhərlər bir istiqamətdə kölgə günorta düzəlir, axşam isə 
73


əks istiqamətə yönəlir. Kölgənin bu hərəkəti səcdəni 
xatırladır.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin