müqabilində dəhşətli sarsıntıya bürünərək diz üstə düşüb
qaldıqları, qadınları qoyub, kişilərə
şəhvətlə yanaşan Lut
tayfasının əzab yağışına düçar olduğu və başqa ibrətamiz
əhvalatlar rəvayət olunur. Hər bir millət Allaha etiqadı
müqabilində üç böyük nemətlə mükafatlandırılır: əmin-
amanlıq, gələcəyə inam, gen-bol ruzi.
İmam Sadiq (ə) buyurur: «
Bəni-İsraildən bir tayfa o
qədər gen-bolluq, rifah içində yaşayırdı ki, hətta
uşaqlarının oyuncaqları da qida maddələrindən
hazırlanmışdı. Amma bu tayfa axırda bir günə düşdü
ki, həmin oyuncaqları yeməyə məcbur oldu
»
1
.
Demək, bütün bəlaların,
eləcə də, təbii fəlakətlərin
səbəbi, «
İnsanların
dünyanı
axirətdən
üstün
tutmasıdır
»
2
.
Sual 102:
Müxaliflərlə necə rəftar etməli?
Cavab:
İnsanları doğru yola dəvət edib günahdan
çəkindirmək, hər bir müsəlman
üçün vacib olan dini
vəzifələrdəndir. Cəmiyyətdə müəyyən mövqe seçmiş
insanlar, təbii olaraq müxaliflərlə üzləşir. Bu müxaliflər
sülhsevər
və təcavüzkar olmaqla, iki qrupa bölünürlər.
Birinci qrup müxalifətlə məntiq və əxlaqla rəftar etmək
olduqca t
əsirlidir.
«
Nəhl
»
surəsinin 125-ci ayəsi uyğun
mövzudan bəhs edir. Qurani-kərimin bir sıra
başqa
ayələrinə də istinad edərək, müxaliflərlə rəftar üsullarını
aşağıdakı ardıcıllıqla proqramlaşdırmaq olar:
1. Allahın yoluna hikmətlə dəvət et;
Hikmət dedikdə elm, məntiq, dəlillər nəzərdə tutulur.
Bu üsulla yatmış düşüncələri oyatmaq mümkündür.
2. Gözəl öyüd-nəsihətlə dəvət et;
1
«Təfsire Nurus-səqəleyn» 3-cü cild, səh. 91.
2
«Nəhl» surəsi, ayə 107.
93
İnsanlar xaraktercə gözəlliyə meyilli olduqlarından,
kobud şəkildə ifadə olunmuş həqiqətə maraq göstərmirlər.
3. Ən gözəl şəkildə, şirin dil və mehribanlıqla dəvət et;
4. Təcavüzkar müxaliflərlə rəftarda ədalətli ol. Artıq
cəza, zülm və günahdır;
5. Sizə cəza vermiş müxalifəti səbir edib bağışlasanız,
daha yaxşıdır;
Ühüd döyüşündə kafirlər Peyğəmbərin (s) əmisi
Həmzəni
öldürməklə kifayətlənməyib, ciyərini və ürəyini
çıxarmış, burnunu və qulağını kəsmişdilər. Həzrət
Peyğəmbər (s) düşməndən intiqam almaq haqqında
düşünərkən, ayə nazil oldu: «
Dostları ilə paylaş: