Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə66/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   62   63   64   65   66   67   68   69   ...   116
170 suala cavab

Suyu və qidanı tam əvəz 
edə biləcək yeganə şey, süddür
».
Sual 97:
Allah-təala hansı həşərata vəhy nazil etdi?
Cavab:
«Nəhl» surəsinin 68-ci ayəsində buyurulur: 
«
Rəbbin bal arısına belə vəhy etdi: «Dağlarda, 
ağaclarda və alaçıqlarda (damlarda, pətəklərdə) özünə 
yuva sal
». Növbəti ayədə isə bu vəhyin mahiyyəti açıqlanır: 
1
«Nəhl» surəsi, ayə 66.
88


«
O arıların qarınlarından insanlar üçün şəfa olan 
müxtəlif rəngli bal çıxar
»
1
.
Maraqlıdır ki, istəklər təkcə bal arısı yox, bütün 
heyvanlara ilha olunduğu halda, nə üçün ayədə yalnız bal 
arısının adı çəkilir? Hal-hazırda bal arısının həyatının 
alimlər tərəfindən ətraflı şəkildə öyrənilməsi belə bir 
nəticəyə gəlməyə əsas verir: bal arısının ailəsindəki 
mədəniyyət və ictimai nizam, bəşəriyyət üçün bir 
nümunədir.
Bal arısının altı guşəli xanalardan ibarət qurduğu ev, 
hələ də mühəndisləri heyran edir. Uyğun mənzili təşkil 
edən xanaların altı guşəli olması ona xüsusi möhkəmlik 
verir. Bal arısı ailəsində çox ciddi əmək intizamı hökm 
sürür. Öhdəsində olan işi yerinə yetirə bilməyən üzv 
yuvanın qapısındakı nəzarətçilər tərəfindən geri qaytarılır. 
Bəs bu ciddi intizamın nəticəsi nədir? Həzrət Peyğəmbər (s) 
buyurur: «
Hər kəs ayda bir dəfə bal yeyib, Allahdan 
Quranın vəd etdiyi şəfanı istəsə, Allah-təala onu 77 növ 
xəstəlikdən qoruyar
»
2

Ciddi nizamın və ağır zəhmətin nəticəsi olan bal, heç 
vaxt keyfiyyətini itirib zay olmur. Alimlərin fikirincə bunun 
səbəbi, balın tərkibində güclü mikroböldürücü kalsiumun 
çoxluğudur. Bal ürək ağrısından tutmuş mədə yarasınadək, 
əksər xəstəliklərin dərmanıdır. 
Bal arısı və onun istehsal etdiyi bal o qədər 
əsrarəngizdir ki, bu mövzunun dərinliyinə getmək kitabın 
imkanlarından xaricdir.
Sual 98:
İnsana həqiqəti anlamaqda mane olan nədir?
1
«Nəhl» surəsi, ayə 69.
2
«Səfinətül-bihar», 2-ci cild, səh. 190.
89


Cavab:
Həqiqət nə qədər aşkar görünsə də, onu kor 
gözlə görmək mümkün deyil. Həqiqəti tanımaq üçün onun 
aşkar görünməsi nə qədər zəruridirsə, görən gözə də bir o 
qədər ehtiyac vardır. Axı kor, günəşin işığını necə görə 
bilər?!
İnsanın həqiqəti tanımasına mane olan yanlış 
mühakimələr, nəfs istəklərinə tabeçilik, kor-koranə 
tərəfbazlıq, təkəbbür və bu kimi başqa mənfi təzahürlərdir. 
Ruh çirkləndikcə, həqiqəti dərk etmək də çətinləşir. 
Bir hədisdə buyurulduğuna görə, əgər şeytanlar Adəm 
övladının qəlbini dövrəyə almasaydılar, insanlar fəzanın 
dərinliklərini seyr edə bilərdilər. Bəs şeytanlardan necə 
qurtulmalı? Qurani-kərimdə buyurulur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin