R. R. Denktaşa bağışlayıram


DAĞ yaxınlığında Otello qalası



Yüklə 7,95 Mb.
səhifə18/29
tarix11.02.2020
ölçüsü7,95 Mb.
#102087
1   ...   14   15   16   17   18   19   20   21   ...   29
DAĞ yaxınlığında Otello qalası.


Doğu Akdeniz Üniversitesi’nde öğrenim gö­ren gencler ve bu üniversiteden mezun olan değerli mezunlar, bu üniversiteye mensup ol­maktan gurur duymalı. Burada gerçekten Doğu Akdeniz’in en güzel, en böyük ve en itibarlı Eğitim kültür merkezlerin­den birisi olan ilim ve irfan yuvası meydana gel­mişdir. Daha şimdi­den, dünyada itibar sa­hibi olan DAÜ’nün önü­müzdeki yıllarda çok daha gelişeceğine ve itibarını sür­düreceğine inanıyorum.”

Universitet radiosunun yayınlarını yalnız universitet şəhərciyində olanlar deyil, ətraf bölgələrin sakinləri də maraqla dinləyirlər.

Universitetdə təhsil pulludur. Hər tələbə ildə 3350 ABŞ dolları ödəməlidir. Bundan əlavə, Bəzi fondlar və s. üçün də az miqdarda pul alınır. Bütün xərclər üst-üstə 3500 dolları keçmir. Tələbələri yaxşı oxumağa həvəsləndirmək üçün təqaüdlər (burslar) ayrılıb. Məsələn, “DAÜ-1. Teşvik Bürosu” adlandırılan təqaüdə sahib olan tələbə təhsil xərcindən tam azad olmaqla yanaşı, iki nəfərlik yataqxanadan da pulsuz istifadə edir. Bundan əlavə ona ilin on ayında ayda 200 dollar xərclik verilir. Dərs kitablarını pulsuz alır. İldə iki dəfə Kıbrıs-Türkiyə təyyarə reyslərinə gediş-gəliş bileti alır.

DAÜ-2. Teşvik Bursu”nu alan tələbə isə kitab və təyyarə biletindən başqa birinci teşvik bursunun hüquqlarından tam istifadə edir.

Bundan əlavə, universitetin “Başarı Bursu”, “Yüksek Şeref Bursu”, “Başarılı Sporcu Bursu” adlı təqaüdləri də vardır. Tələbələr üçün 3-ü şəhərdə, 9-u isə universitet şəhərciyində olan 12 yataqxana tikilib. İsti-soyuq suyu, hər cür şəraiti olan bu yataqxanalarda aylıq kirayə 40 dollardan 180 dollaradəkdir. Bu yataqxanalarda 2000 tələbənin yaşaması üçün gözəl şərait var. Bundan əlavə, universitet tələbələrə şəhərdə mənzil tutmağa da yardım edir. Belə mənzillərin kirayə haqqı adətən 200-250 dollar olur.

Yataqxanalarda tələbələrin öz otaqlarında xörək bişirmələ­rinə, çay qaynatmalarına və s. icazə verilmir. Hər korpusda yeməkxana-çayxana və s. var. Buradakı qiymətlər şəhərdəki eyni tipli müəssisələrdən çox ucuzdur.

Universitet şəhərciyindən Gazimağusanın müxtəlif guşələrinə gedənlər universitetin avtobuslarının xidmətindən pulsuz istifadə edirlər. Bələdiyyənin və özəlsektorun avtobuslarından istifadə isə pulludur.

Hava mülayim olduğundan tələbələrin yoxsul-varlılığı o qədər hiss edilmir. Yəni qalın və isti geyimlərə, xəz paltarlara, isti çəkmələrə ehtiyac duyulmur. Bu yerlərdə təbiət tələbələri belə qiymətli paltarlara pul xərcləməkdən azad edib.

Burada olarkən eşitdiyimiz bir fakt da bizi sevindirdi. Universitetin himnini Azərbaycanlı bəstəçi Faiq Söcəddinov yazıb. O, üç ilə yaxındır Universitetedə bölüm başkanıdır.

Dostlarla görüş və yenİ tanışlıqlar
Qurultaylar, simpoziumlar, konqreslər yalnız elmi dəyərinə görə deyil, həm də ürəyin istədiyi insanlarla görüşüb, dərdləşmək imkanı verdiyinə görə həmişə məni özünə çəkir. Yenə də çoxdan görüşmədiyim Ahmet Gazioğlu ilə, Sivas Üniversitesinin hocaları Nazım Hikmet Pulat və Doğan Kaya ilə, İstanbuldan şair-araşdırıcı Tahir Kutsi Makalla, Ankaradan araşdırıcı Yaşar Kalafatla, Üsküpdən Hamdi Hasan bəylə və başqaları ilə görüşmək fürsəti buldum.

Qiyabi Tanıdığım Makedoniyalı şair Nusret Dişo Ülkü, Kosovalı şair Altay Suroy, Kayseridəki “Erciyez” dərgisinin baş yazarı Nevzat Türkten, Özbəkistanlı şair-araşdırıcı Tahir Kahhar və başqaları ilə də görüşüb dərdləşdik.



Konfrans günlərində təsadüfən bir süfrə arxasında əyləş­diyimiz Mehmet Tütüncü Azərbaycanla bağlı xeyli sual verdi. Azərbaycan, onun durumu ilə yaxından tanış olduğuna görə diqqətimizi çəkən bu gənc araşdırıcı, sən demə Hollandiyadakı



Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin