DAĞ-də İİ Uluslararası Kıbrıs Araşdırmaları Konqresində — soldan: Ə.Şamil, C.Nağıyev, H.Fedai
ısınmaz oldu gülüşler dudağımda
kahkahamdan eser kalmadı
her sevdaya yaklaşırken bedenim
aramızda korkunç gök gürültüsü
sabaha varmak telaşı yüreğimde
onlarda da...
gözlerimi sana taktım
geçit vermez yollarına
yağmur sonrası
küçük hesaplara
yenik düşen insanına
fidanlarına
umutla diktiğim Beşparmak’larımın
seni ve yarınımızı düşünürüm
uykusuz akşamlarda
alevler gelir üstüme
ben hep koşarım
koşarım bir yerlere
artar kalp atışlarım
dudağımdaki uçuk büyür
yine de
azaltmam merhabayı
güzelden yana
yöreğimden sevgini azaltmam
kucağında göz kırptım güneşe
ilk önce
ciğerlerim doldu kokunla
savaşlar yaptım senin uğruna
unutamam
kim ne derse desin
ne gelecekse gelsin varsın
aşk bu KIBRISIM.
25 oktyabr 1999.
Üçüncü Konqredə
2000-ci ilin noyabrın 13-18-də keçiriləcək III Uluslararası Kıbrıs Araştırmaları Konqresinə qatılmaq təklifini 1999-cu ilin sonlarında almışdım. Neçə illərdi Kıbrısdan yazdığıma, radioda veriliş hazırladığıma, dost-tanışla bu mövzuda çoxlu söhbətimiz olduğuna görə xanımımda o yerləri görmək, yaxından tanımaq istəyi yaranmışdı. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında mütəxəssis işləyən xanımım Əzizə Ağaəli qızı da “Azərbaycan və QKTC sindikaları arasında əlaqələr” mövzusunda məruzə hazırlamışdı. Tezisləri və məruzələri göstərilən müddətdə göndərmişdik. Aldığımız ilkin cavaba görə hər ikimizin məruzəsi bəyənilmişdi.
Öncələr konqreyə azı bir ay qalmış dəvətlər gələrdi. Bu il isə vaxt ötür, dəvət məktubundan bir səs-soraq çıxmırdı. Tanışların verdiyi bilgidə isə təşkilat komitəsinin maliyyə sıxıntısında olduğu deyilirdi. Konqrenin baş tutacağına ümidimi tamam üzmüşdüm. Noyabrın 8-də Bakı Dövlət Universitetinin professoru Vaqif Soltanlı zəng vurub Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Elçiliyinə — II katib Hasibə xanım Şahoğlunun yanına dəvət olunduğumuzu söylədi.
Hasibə xanımla 1998-ci ilin martında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinə gələndən sonra tanış olmuşdum. Gülərüz, xoşxasiyyət, diqqətcil və qayğıkeş insanın şer yazdığından da xəbərdar idim. Onun “Kıbrısı sevmək “ şeri ilk oxunuşda diqqətimi çəkmişdi:
Seviyorum ağacların altında oynayan kuşları...
ötüşlerini daldan dala konuşlarını,
seviyorum ben Adamı
seviyorum denizleri, balıkları,
birde ağlayan martıları, o mavi dalğaları,
dalğaların hırçınlaştığı anları....
Seviyorum sabahı, sabah uyandığımda
birde günesi seviyorum...
günes battığında
akşamları seviyorum..
akşamın güzelliği içime vurduğunda
dağların ihtişamıyla..
günes artık parlak gelmiyor bana,
akşamlar eskisi gibi olmuyor
yaşamak sıradan oldu,
nefes almak bile zor bu dünya üzerinde...
eskiden sen hayatımdın, yaşadığımdın yaşantımda
ama yoksun...olsun yine de canımsın cananımsın
benim gönlümde yüreğimdesin. Ve asla
vazgeçemem ki seni sevmekten!!!
Hasibə Şahoğlu 1953-cü ildə Kıbrısın Limasol qəsəbəsində doğulub. 1969-70-ci illərdə Amerikan Fielo Servizenin təqaüdi ilə ABŞ-da təhsil alıb. 1970-ci ildə Ankara Siyasal Bilgiler fakultesini bitirib. 1975-80-ci illərldə Benqazi, Khoms və Libyada çalışıb. Sonra yenə də Kıbrısa dönüb. 1992-ci ildə özünün dediyi kimi “Uluslararası ilişgiler masteri””. 1994-cü ildən xarici işlər nazirliyində işləməyə başlayıb. Bir oğlu, bir qızı var. Əri bankda çalışır.
Bakıya gələndə təhsil və mədəniyyətlə bağlı keçirilən toplantılarda fəal iştirak edir. Bir çox tədbirlərin isə onun təşəbbüsü ilə keçirildiyinin şahidi olmuşam. Diplomatik işdə çalışmaq onu heç də bədii yaradıcılıqdan ayırmır. Gah Xəzərin mavisini Ağ dənizə bənzədən, gah da Kıbrısdan bəhs edən həsrət dolu şerlərini oxumuşam. O vətəninə həsr etdiyi son şerlərin birində yazır:
Sen öyle bir yer bilirmisin arkadaş
gözünün alabildiğine mavi denizi,
altını çağrıştıran kumsalları,
ve heryerden daha parlak yıldızları.
Sen öyle bir yer bilirmisin arkadaş
kuraklığı sarılığı yeşilli hep yaşayan
rüzgarın tatlı tatlı estiği
yağmurun hep bereket yağdırdığı.
Sen öyle bir yer bilirmisin arkadaş
aşk tanrılarının, Afroditin ülkesi
sakin,sessiz ve huzurlu,
güneşin bahşettiği ten rengi
Sen öyle bir yer bilirmisin arkadaş
uğruna kanların döküldüğü
özgürlük ve egemenliğin
nice zorluklarla edinildiği.
Sen öyle bir yer bilirmisin arkadaş
beni mutluluklara boğan,
bizi kendine bağımlı kılan ve
Akdenizin incisi sayılan.
Sen öyle bir yer bilirmisin arkadaş
benim özlemle yandığım
suyuna toprağına taşına, aşına
hasret kaldığım...
Sen öyle bir yer bilirmisin arkadaş
yeryüzünde küzücük bir mekan
türkün türk kalabildiği vatan!
Kıbrısım benim, Yeşiladam...
Şərtləşdiyimiz vaxt görüş yerində olduq. Bir neçə konfransda bərabər iştirak etdiyim, türkoloq-araşdırıcı Güllü Yoloğlu, Bakı Dövlət Universitetinin müəllimləri professor Yaqub Mahmudov, filologiya elmləri namizədi Cəmilə Əmirova da oradaydı. Hasibə xanım Kıbrıs Araştırmaları Mərkəzindən dəvət gəldiyini bildirdi. Maliyyə çətinliyi ucbatından Konqreyə məruzə göndərənlərin hamısını dəvət etmək mümkün olmadığını söylədi. Hətta professor Kamil Vəli Nərimanoğlunun xanımı, filologiya elmləri namizədi Fatma xanım Vəliyevaya ailə üzvlərindən yalnız bir nəfərin yol xərcini ödəyəcəklərini bildirdilər. Vəziyyətin belə alındığını görən Fatma xanım Kıbrısa getməkdən imtina etdi. Prof. Kamil Vəli Nərimanoğlu isə Ankaradaydı, oradan Kıbrısa uçacaqdı. BDU-nun professoru Musa Qasımov Amerikaya gedəckdi. Ona görə də Kıbrısdakı Konqreyə qatıla bilməyəcəkdi. Beləliklə, biz beş nəfərə noyabrın 13-də Azərbaycan Hava Yollarının təyyarəsi ilə Bakıdan İstanbula uçmaq məsləhət görüldü. Kıbrıs Hava Yollarının təyyarəsinə həmin günə biletimiz hazır olduğu söyləndi. Tələsik səfər çantamı hazırladım. Noyabrın 13-də Vaqif Sutanlı və Cəmilə Əmirova ilə birlikdə İstanbula, oradan da Kıbrısa uçduq. İstər Bakı, istər İstanbulaeroportunda Yaqub Mahmudovu (o bizimlə birlikdə Bakı-İstanbulreysinə bilet də almışdı) və Güllü Yoloğlunu nə qədər gözləsək də gəlib çıxmadılar. Geri döndükdə, Güllü Yoloğlu başqa bir proqramla Ərbilə (İraq) getdiyindən, Yaqub Mahmudov isə millət vəkili seçildiyindən Konqreyə qatılmadıqlarını öyrəndik. Kamil müəllimlə isə Gazimağusada görüşdük.
Keçmiş sosialist düşərgəsi ölkələrindən gələnlərə və Avropa ölkələrindən gələnlərin də bəzilərinə Park hoteldə yer ayırmışdılar. Maliyyə çətinliyi özünü aydın büruzə versə də konqrenin elmi və təşkilati məsələləri həmişəki kimi yüksək səviyyədə təşkil edilmişdi. Bu dəfə dinlənilməsi nəzərdə tutulan məruzələr öncədən çap olunaraq iştirakçılara paylanmışdı; bu hər biri 600 səhifəyə yaxın dörd cildlik kitab idi.Öncədən məruzələrlə tanışlıq seçim imkanı yaradırdı. İstədiyin bölmənin iclasında iştirak edə və maraqlı olan mövzu ətrafında diskussiyaya girə bilərdin.
Toplantıların keçirilmə vaxtına, fasilələrə də əvvəlki illərdəki kimi ciddi əməl edilirdi. III Uluslararası Kıbrıs Araştırmaları Konqresinə Azərbaycandan məruzə göndərənlərin hamısı qatıla bilməsə də, Azərbaycanlılar sayca Türkiyədən və Kıbrısdan sonra gəlirdilər. Doğu Akdeniz Üniversitesində çalışan həmyerlilərimiz Günəş Bəşirova və Elnarə Bəşirova də məruzə ilə konfransa qatılmışdılar. Doğu Akdeniz Üniversitesində bölüm başkanı işləyən bəstəçi Faiq Sücəddinovun söylədiyinə görə hazırda Quzey Kıbrısda 30-a yaxın Azərbaycanlı ailəsi var. Hamısı da ziyalı ailəsidir. Son illərdə güzəran dalınca oraya gediblər. Bizim üçün səfər nə qədər maraqlı və diqqətiçəkən olsa da həmyerlilərimin darıxdıqlarını açıq-aşkar hiss edirdim. Xüsusilə Faiq Sücəddinovun təkcə söhbətlərində deyil, yerişində, duruşunda da qəriblik aydınca hiss edilirdi.
Dostları ilə paylaş: |