Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Maqmatik fəaliyyətin təzahürü



Yüklə 0,75 Mb.
səhifə69/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Maqmatik fəaliyyətin təzahürü bütün epi­plat-forma orogenlərinə xas deyil, ancaq çox geniş yayı-lıb. Onlar əsasən traxibazalt tərkibli lavanın püskür-

məsində özünü gös­tərib. Digər tərkibdə püskürmə ola bilər.



Epiplatforma orogenlərinin tipləri və on­la­rın əmələgəlmə şəraiti müxtəlifdir. Müasir epiplatfor-ma orogenləri arasında üç asas tip ayrılır. Onlardan əsas olanı birinci tip törəmə perigeosinklinal oroge-nidir ki, bu da epigeosinklinal orogenlərin arxa hissəsində yerləşib və onlara paralel uzanır. Bu tip üçün Mərkəzi Asiya törəmə orogen qurşağını misal gös­tərirlər. Bu qurşağa Hindiquşun dağlıq sistemi, Tyan- Şan, Pamir, Altay, Pribaykal və s. aid edilir. İkinci tip epiplatforma orogenlərinə pe­ri­­okean törəmə orogenləri aid edilir. Buraya Bra­zi­li­yanın Atlantik qurşağı, Şərqi Afrikanın Mo­zam­bik dağları, Avropanın Skandinaviya dağları, Şimali Amerikanın Appalaç dağları, Av­­straliyada alp dağları və s. aid edilir. Bunların ha­mısı qitə kənarlarının passiv hüdudlarında yerləşib. Üçüncü tip epiplatforma orogenləri plitədaxili törəmə orogenləridir. Buraya plat­for­ma daxilində bütöv yerləşmiş xətti və ya izo­metrik kateqoriyalar aid edilir. Üçüncü ti­pin xətti qalxıntıları qrupuna Ural və Timan kryaj­ları aid edilir. Bu kryajlar həm epi­geo­sinklinal orogenlərdən,

həm də okeanlar­dan uzaq məsafədə durur. Bu tipin izometrik qalxıntılarına trapp sineklizləri yerində peyda olmuş yayla və dağüstü düzənliklər aid edilir. Buna misal olaraq Sibir platforması üzərində Puto­rana, Afrikada Karru yaylasını göstərmək olar. Bu qalxın­tı­ların əmə­lə gəlməsi trapp maqmati-zmi döv­ründə baş verən prosseslərlə əlaqədardır.

İzometrik plitədaxili qalxıntıların böyük his­sə-­sinin əmələ gəlməsi maqmatizmlə, üst man­tiyadakı astonosferin qabarması və kon­vek­siya axımları ilə əlaqələndirilir. Bunlar öz mənşəinə görə okeanların morfo­lo­giyaca yaxın olan plitədaxili qalxıntılarına ya­xındır.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin