Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə81/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

TEKTONİK XƏRİTƏLƏRİN

İNKİŞAF MƏRHƏLƏLƏRİ
İlkin tektonik sxemlərin yaradılması XİX əs­rin sonu XX əsrin əvvəllərinə təsadüf edir. Bu ilk tektonik xəttlər xəritəsi idi. Onun üzərində bu və ya

digər qırışıqlıq sistemləri və platfor­malar üçün səciy-yəvi olan qırışıqların uzanma istiqaməti və çatlar göstərilmişdi. Hesab edi­lir­di ki, bir qitə hüdudunda, məlum yaşa malik qırışıqlıq sistemi müəyyən uzan-ma ilə səciy­yələnir. Geoloji tədqiqatlar aparılmış sahələ­rdə qırışıqlıq sistemləri dağ silsilələri boyu gö­türülür. Müxtəlif yaşlı tektonik xəttlər xəritəsi keçən əsrin 50 ci illərində tərtib olundu. Bu Ru­si­yanın Avropa hissəsinin xəritəsi idi. Tek­tonik xəritəalmanın inkişafında ikinci mərhələ xüsusi sahələrin ayrılması oldu. Bura bir qırı­şıqlıq mərhə-ləsində formalaşmasını başa çat­dı­rmış qırışıqlıq sistemləri aid edilirdi. Avro­panın tektonik rayon-laşdırılması 1907- ci ildə ilk dəfə bu prinsiplə Emil Hauq tərəfindən aparılmışdır. 1924- cü ildə Q.Ştille tərəfindən tərtib edilən xəritə daha geniş tanındı. Sonralar 1933- cü ildə SSRİ- nin üç tektonik rayonlaşdırma sxemi eyni zamanda çap edildi. Bu zaman A.D.Arxan­gelski və N.S.Şatskinin çap etdirdiyi xəritə daha səmərəli oldu. Bu xəritələrin tərtibi za­ma­nı müəlliflər əsas kriteriya kimi geosin­klinal inkişafın başa çatması və geosinklinal rejimin platforma rejimi ilə əvəz olunması zamanına


cavab verən qırışıqlığın yaşı əsas götürülmüşdü.

Bunun ardınca SSRİ- nin (1944), Kanada­nın (1950), Avstraliyanın (1961) tektonik xə­ri­təsi və s. çox sayda digər xəritələr tərtib edildi.

Keçən əsrin 60- cı illərindən başlayaraq “Re-­­gional tektonik xəritələr” tərtib edilməyə başlandı.

Xəritəalmanın yeni mərhələsi 1970- ci illə­rdən sonra başladı. Bu dövrdə xəritəalma za­manı geotek-tonik prosseslərin bütün məqam­ları nəzərə alınmağa başlandı.

Bütün qitələr və okeanlar üçün geotektonik xəritələr tərtib edildlkdən sonra “Dünya tek­to­nik xəritəsi”nin tərtib edilməsi imkanı yaran­dı. Belə bir xəritə ilk dəfə 1977- ci ildə keçmiş SSRİ- də çap olundu. Beləliklə tektonik xəritəalma uzun bir yol keçmiş oldu. Son illər ümumi tek­to­nik xəritələrlə yanaşı çox sayda xüsusi xəri­tələr də işlənmişdir.

Azərbaycanda 1970- 1980- ci illərdən başlaya-­raq tektonik və neotektonik xəritələr bir neçə dəfə çap edilmişdir. Bu sahədə akademik Ə.Ş.Şıxəlibəy-linin xidmətləri xüsusən böyük olmuşdur.

Tektonik xəritələr ümumi və xüsusi xəri­tələrə bölünür. Bunların hər ikisi də qlobal, ic­mali və re-





Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin