Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə177/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   173   174   175   176   177   178   179   180   ...   532
«bir imam idi» (ən-Nəhl: 120) – ayəsindəki imam (ərəb. ümmət) sözü, örnək, rəhbər, göstəriş verən, xeyirə çağıran və bu işdə itaət olunan idi. «Allaha müti» (ən-Nəhl: 120), yəni hər halında Allah qorxusunu göz önünə qoyan idi. «hənif» (ən-Nəhl: 120), yəni tam səmimiyyəti (ixlas) ilə haqq yolda idi. «...O heç vaxt müşriklərdən olmamışdı. 121. O, (Allahın) nemətlərinə şükür edən idi...» (ən-Nəhl: 120-121). Yəni o bütün varlığı: qəlbi, dili və əməli ilə Rəbbinə şükür edən idi. «(Allah da) onu (sədaqətinə, səmimiliyinə görə peyğəmbərlik üçün) seçmiş» (ən-Nəhl: 121). Yəni Allah onu Özünə seçmiş, peyğəmbərlik üçün layiq bilmişdir. Onu Özünə xəlil etmiş, ona dünya və axirət xeyirini vermişdir.

Uca Allah buyurur: «Yaxşı əməl sahibi olub ozünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!» (ən-Nisa: 125). Uca Allah İbrahimə itaət etməyə təşviq edir. Çünki İbrahim doğru dinin və haqq yolun yolçusu idi. Rəbbinin əmr etdiklərinin hamısını yerinə yetirmişdi. Rəbbi də buna görə onu tərifləmiş və demişdir: «Və (əhdə) çox vəfalı olan İbrahimin?!)» (ən-Nəcm: 37). Bu səbəbdən Uca Allah İbrahimi Özünə xəlil (dost) tutmuşdur. Bu dostluq (Xəlillik) sevginin ən ali məqamı deməkdir. Bir şeirdə belə deyilir:182



Sən mənim ruhum kimi oldun

Xəlil də buna görə xəlil oldu
Peyğəmbərlərin sonuncusu, elçilərin ağası Muhəmməd  də bu məqama belə nail olmuşdur. Buxari və Muslimin "Səhih" kitabında183 və digər hədis kitablarında Cundub əl-Bəcəlinin , Abdullah ibn Amrın  və İbn Məsudun  rəvayəti ilə Peyğəmbərin  belə dediyi rəvayət olunur: "Ey insanlar! Allah İbrahimi Özünə xəlil götürdüyü kimi, məni də Özünə xəlil götürmüşdür".

Həmçinin bir xütbəsinin sonunda belə demişdir: "Ey insanlar! Əgər mən yer əhalisindən özümə xəlil götürsəydim Əbu Bəkri özümə xəlil götürərdim. Amma sizin dostunuz Allahın xəlilidir"184.

Onların bu rəvayəti Əbu Səiddən  rəvayət olunur.

Həmçinin Abdullah ibn əz-Zubeyrin185 , İbn Abbasın186  və İbn Məsudun187  rəvayət etdikləri hədisdə də eyni məzmun isbat olunur.

Buxari "əs-Səhih" kitabında188 Amr ibn Məymundan  rəvayət edir ki, Muaz  Yəmənə gələndə onlara sübh namazını qıldırdı və «Həqiqətən, Allah İbrahimi Özünə dost tutmuşdur!» (ən-Nisa: 125) – ayəsini oxudu. Camaat arasından bir nəfər dedi: İbrahimin anası artıq sevincinə qovuşmuşdur!

Uca Allah onu Qurani Kərimin bir çox ayələrində mədh və təriflə xatırlamışdır. Deyilənə görə onun adı 35 yerdə189 keçmişdir. On beşi yalnız "əl-Bəqərə" surəsindədir.

Digər peyğəmbərlərdən fərqli olaraq Qurani-Kərimdə adları məxsusi şəkildə qeyd olunan beş əzm sahibindən biri İbrahimdir. Bu "əl-Əhzab" və "əş-Şura" surələrində qeyd olunur. Uca Allah buyurur:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin