Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə178/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   174   175   176   177   178   179   180   181   ...   532
7. (Ey Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq. (əl-Əhzab: 7).
Digər ayədə deyilir:

13. (Ey Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşmə­­yin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini, dində sizin üçün də qanun etdi. (əş-Şura: 13).

Muhəmməddən  sonra əzm sahibi peyğəmbərlərin ən əfzəli İbrahimdir.

Peyğəmbərimiz Muhəmməd  səmanın yeddinci qatında olarkən, kürəyini "Beytul Məmura" söykəmiş halda qarşılaşdığı peyğəmbər İbrahim peyğəmbər idi. "Beytul Məmur" elə bir yerdir ki, oraya gündə yetmiş min mələk girib-çıxar, sonra bir daha oraya dönməzlər.190

Şərik ibn Əbu Nəmrin İsra hadisəsi barədə Ənəsə  istinadən nəql etdiyi rəvayətdə İbrahimin göyün altıncı, Musanın isə yeddin­ci qatında olmasını demişdir. Bu hədisə görə Şərikə irad tutulmuş­dur191. İbrahimin yeddinci qatda olması daha doğrudur192.

İbrahimin Musadan daha əfzəl olmasını isbat edən digər əsas bu hədisdir: "(Məqbul duamın) üçüncüsünü Qiyamət günü bütün məxluqatın, hətta İbrahimin də mənə ümid bəsləyəcəyi vaxta saxlayıram". Muslim193 Ubeyy ibn Kəəbə  istinadən rəvayət etmişdir.

Peyğəmbərin  aşağıdakı sözləri ilə ifadə etdiyi "Məqamul Məhmud" budur. "Mən Qiyamət günü adəm övladının seyyidi olacağam. Bunu fəxr etmək üçün demirəm." Sonra insanların Adəmdən, ardınca Nuhdan, İbrahimdən, Musadan və İsadan kömək istəyəcəklərini xəbər verir. Onlar köməklik göstərməkdən imtina edəcəklər. Nəhayət insanlar Muhəmmədin  yanına gələcək və o, deyəcək: "Bu iş mənlikdir!", "Bu iş mənlikdir!" Ardı var...194

Əbu Hureyrə  deyir ki, kimsə: "Ey Allahın Rəsulu! Allah yanında ən hörmətli insan kimdir?" – sual verdi. Peyğəmbər  dedi: "İnsanların ən hörmətlisi daha çox təqva sahibi olanıdır". Onlar dedilər: "Biz bunu soruşmuruq". Peyğəmbər  dedi: "İnsanların ən çox təqvalı olanı Allah Xəlilinin, sonra Allah Peyğəmbərinin Peyğəmbər oğlunun Peyğəmbər oğlu Yusufdur". Onlar dedilər: "Biz bunu soruşmuruq". Peyğəmbər  dedi: "Siz ərəb dədə-babanız haqqında soruşursunuz?" Onlar: bəli – deyərək cavab verdilər. Peyğəmbər  dedi: "Əgər İslamı dərk etsələr cahiliyyət dönəmində ən xeyirli olanları, İslamda da xeyirli olarlar".

Buxari195 İbn Ömərdən  rəvayət edir ki, Peyğəmbər  belə demişdir: "Xeyirxah, xeyirxahın oğlu xeyirxahın oğlu xeyirxah – İbrahimin oğlu İshaqın oğlu Yaqubun oğlu Yusufdur".

İmam Əhmədin196 İbn Abbasa  istinadən Peyğəmbərdən  rəvayət etdiyi hədisdə deyilir: "İnsanlar lüt-üryan, ayaqyalın həşr olunacaqlar. İlk geyindirilən şəxs İbrahim olacaqdır. Sonra Peyğəmbər bu ayəni oxudu: «ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq...»" (əl-Ənbiya: 104) Buxari və Muslim.

İbrahimin bu üstünlüyü, bütün məxluqatın qibtə edəcəyi "Məqamul Məhmud" sahibi barəsində deyilənlərlə müqayisədə İbrahimin ondan tam üstün olmasını ifadə etmir.

İmam Əhmədin197 Ənəs ibn Malikdən  rəvayət etdiyi hədisdə deyilir ki, bir kişi Peyğəmbərə : "Ey məxluqatın ən xeyirlisi!" – deyə müraciət etdi. Peyğəmbər  isə dedi: "Dediyin o adam İbrahimdir". Muslim198.

Peyğəmbərin  bu sözü babası İbrahimə qarşı təvazökarlıq göstərməsindən irəli gəlir. Bəzi hədislərdə rəvayət olunur ki, o belə deyərdi: "Məni Peyğəmbərlərdən üstün tutmayın". Digər hədisdə isə deyilir: "Məni Musadan üstün tutmayın. Qiyamət qopanda insanlar huşunu itirəcək. Onların arasında ilk oyanan mən olacağam. Oyananda Musanın Ərşin ətəyindən bərk yapışdığını görürəm. Bilmirəm o məndən öncə oyanıb, yoxsa Tur dağının önündə huşunu itirməsi ilə kifayətlənib (bu gün huşunu itirməyib)"199.

Bu məzmunda deyilən rəvayətlərin heç biri, Qiyamət günü Peyğəmbərin  insanların ağası olmasını deyən mütəvatir* hədislərə zidd deyildir. Belə mütəvatir hədislərdən biri Muslimin "əs-Səhih" əsərində Ubeyy ibn Kəəbə  istinadən rəvayət etdiyi hədisdir: "(Məqbul duamın) üçüncüsünü Qiyamət günü bütün məxluqatın, hətta İbrahimin də mənə ümid bəsləyəcəyi vaxta saxlayıram"200.

İbrahim peyğəmbərlərin ən fəzilətlisi, Muhəmməddən  sonra ilk əzm və səbat sahibi olduğu üçün namaz qılan adamın namazda təşəhhüd zamanı bunları deməsi əmr olunmuşdur. Bu haqda " Səhih əl-Buxari" və "Səhih əl-Muslim"də201 Kəəb ibn Ucrə və digər səhabələrə istinadən bir çox mötəbər hədislər rəvayət olunmuşdur. Rəvayətdə deyilir ki, biz dedik: "Ey Allahın elçisi, sənə salam vermək qaydasını bildik. Bəs sənə necə salavat deyək?" Peyğəmbər  dedi ki, mənə belə salavat deyin: "Allahummə salli alə Muhammədin və alə ali Muhəmməd, kəmə salləytə alə ali İbrahimə innəkə həmidun məcid. Va barik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə barəktə alə ali İbrahimə innəkə həmidun məcid". (Allahım Məhəmmədə, onun ailəsinə salavat et, necə ki, İbrahimə və onun ailəsinə salavat etmisən. Allahım Məhəmmədə, onun ailəsinə bərəkət ver, necə ki, İbrahimə və onun ailəsinə bərəkət vermisən. Həqiqətən sən həmd və tərif sahibisən).

Uca Allah buyurur: «Və (əhdə) çox vəfalı olan İbrahimin?!)» (ən-Nəcm: 37). Deyilir ki, ona əmr olunanların hamısına vəfalı çıxıb. İmanın bütün mərtəbələri və şöbələrinə əməl edib. Ali işləri nəzərə aldıqda, kiçik işlərin əhəmiyyətindən də məhrum olmazdı. Böyük işlərin çətinliyi, ona kiçik işlərin önəmliliyini unutdurmazdı.202

İbn Abbas  Uca Allahın bu ayəsi haqqında deyir: «Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi...» (əl-Bəqərə: 124). İbn Abbas  deyir ki, Uca Allah onu təmizliklə imtahana çəkdi. Təmizliyin beşi başa, digər beşi isə bədənə aid idi. Başa aid təmizlik əmri bığları qısaltmaq, ağızı yaxalamaq, misvakdan istifadə etmək, burunu təmizləmək və saç tellərini ayırmaq idi.

Bədənə aid təmizlik əmri isə dırnaqları tutmaq, tənasül orqanı ətrafındakı tükləri qırxmaq, sünnət olunmaq, qoltuqaltı tükləri yolmaq, kiçik və böyük subaşına çıxdıqdan sonra su ilə yuyunmaq idi.203

Buxari və Muslimin "əs-Səhih" əsərində204 Əbu Hureyrəyə  istinadən Peyğəmbərin  belə dediyi rəvayət olunur: "Beş şey fitrətdəndir: Sünnət olunmaq, tənasül orqanının ətrafını qırxmaq, bığları qısaltmaq, dırnaqları tutmaq və qoltuqaltı tükləri yolmaq".

Məsələnin məğzi budur ki, İbrahimin Allah üçün ixlas və ibadət kimi böyük işlərlə məşğul olması, onu öz bədəninin ehtiyaclarını ödəməkdən, hər əzaya özünə lazım olan gözəlliyi verməkdən, çoxalmış saçı qırxmaq, uzanmış dırnaqları tutmaq, üzərindəki natəmizlikləri təmizləmək kimi işlərdən yayındırmırdı.

Bütün bunlar Uca Allahın İbrahimə söylədiyi tərifdən irəli gəlirdi. Uca Allah buyurur: «Və (əhdə) çox vəfalı olan İbrahimin?!)» (ən-Nəcm: 37).




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin