Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə459/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   455   456   457   458   459   460   461   462   ...   532
40. Həqiqətən, o, (Qiyamət günü) dərgahı­mı­za yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır. (Sad: 30-40)

Uca Allah Süleymanı Davuda bəxş etdiyini bildirir. Sonra onu tərifləyib deyir: «Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi.» Daim Allahı xatırlayar, ona bağlanardı.

Sonra Uca Allah onun cins çapar atlarla bağlı hekayəsini bizə xatırladır. Bu atlar bir ayağının dırnağını yerə toxundurub, üç ayağı üstündə durmuşdular. Onlar çapar atları idilər.

«32. O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm. Nəhayət qeyb olub gizləndi.» Gizlənən ya atlardır, ya da günəş. «33. (Süleyman dedi:) “Onları (atları) mənə qaytarın!” (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı.» Onların qıçlarını və boyunlarını qılıncı ilə sığalladı. Digər mənaya görə, onları yarışdırdığı üçün atlar tərləmişdi. O da onların tərini silirdi. Əksər sələflər birinci fikri dəstəkləyirlər.

Onun başı atlara qarışdığından əsr namazını günəş batana qədər gecikdirmişdi. Bu cür izah Əli ibn Əbu Talibdən  və digər elm adamlarından rəvayət olunur.

Qətiyyətlə demək olar ki, o, namazı üzürsüz gecikdirməmişdi. Ola bilsin bu onların şəriətində icazəli ola bilərdi. Cihad etməyin səbəbi hesab olunan atlara başı qarışdığı üçün namazı gecikdirmişdi.

Bir qism alim iddia edir ki, Peyğəmbərin  Xəndək döyüşü baş verən gündə əsr namazını gecikdirməsi icazəli idi. Qorxu halında qılınan namaz əhkamları nazil olandan sonra bu hökm ləğv edildi. Bu fikri Şafii və başqaları söyləyiblər.

Məkhul və Ovzai adlı alimlər deyirlər: "Bu heç də deyilən kimi deyil. Bu hökm bu günə qədər olduğu kimi qalmaqdadır. Yəni şiddətli döyüş səbəbi ilə namazı gecikdirmək olar". Ən-Nisa surəsinin təfsirində qorxu namazı haqqında danışarkən bu fikrin əsaslandığı məsələləri qeyd etmişdik.

Başqa alimlər isə deyirlər ki, Xəndək döyüşü günü Peyğəmbər  namazı unudaraq gecikdirmişdi.443 Süleyman Peyğəmbərin etdiyini də bu mənaya yozmaq lazımdır. Daha doğrusunu bilən Allahdır.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   455   456   457   458   459   460   461   462   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin