Rəhman və Rəhim olan Allahın adı ilə


Məndən əvvəl göndərilmiş Tövratı təs­diq edərək



Yüklə 3,81 Mb.
səhifə488/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   484   485   486   487   488   489   490   491   ...   532
50. Məndən əvvəl göndərilmiş Tövratı təs­diq edərək (eyni zamanda orada) sizə ha­ram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəb­bi­niz tərəfindən (peyğəmbərliyimin doğru oldu­ğunu sübut edən) bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!

51. Şübhə yoxdur ki, Allah mənim də Rəb­bim, sizin də Rəbbinizdir. Elə isə Ona iba­dət edin! Budur doğru yol! (Ali İmran: 42-51).

Uca Allah mələklərin Məryəmə müjdə verməsi haqqında xəbər verir. Belə ki, Uca Allah onu öz vaxtının qadınlarından üstün edib, atasız övlad dünyaya gətirməsi üçün seçdi. Dünyaya gətirəcəyi övladının şərəfli peyğəmbər olacağına dair müjdə də verdi. «46. O, beşikdə ikən insanlarla danışacaq...» Körpə vaxtlarında danışacaq və insanları tək Allaha ibadət edib Ona şərik qoşmamağa çağıracaqdır. Yaşa dolanda da eyni dəvəti edəcəkdir. Bu, onun yaşa dolub Allahın yoluna dəvət etdiyini bildirir. Məryəmə çoxlu ibadət, dua, səcdə və rüku etmək əmri verilmişdi ki, bu kəramətə layiq görülsün və bu nemətin şükrünü əda etsin. Deyilənə görə o ayaqları şişənə qədər namaz qılardı. Allah ondan, ata və anasından razı qalmış və onlara rəhmət etmişdir.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   484   485   486   487   488   489   490   491   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin