56. Kitabda İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi.
57. Biz onu yüksək bir məqama qaldırdıq. (Məryəm: 56,57).
Uca Allah İdrisi tərifləyib, onun doğru danışan və peyğəmbər olduğunu bildirmişdir.
Bəziləri deyirlər ki, Müaviyə ibn əl-Həkəm əs-Suləminin hədisində İdris peyğəmbərə işarə edilir. Belə ki, Peyğəmbər qum ilə fala baxmaq haqqında soruşulduqda demişdir: "Bir peyğəmbər (özünün möcüzəsi olaraq) qum üzərində xətt çəkərdi. Əgər sizə də ona verilən möcüzə verilsəydi icazəli olardı."71
Əksər təfsir və fiqh* alimləri iddia edirlər ki, ilk dəfə bunu edən o olmuşdur. Onlar bunu "Hurmus əl-Həramisə" adlandırırlar. Digər peyğəmbərlərin, alimlərin, hikmətli insanların və övliyaların adından yalan uydurduqları kimi bu işdə də onun adından çoxlu yalanlar uydururlar.
Uca Allahın "Biz onu yüksək bir məqama qaldırdıq." – ayəsində deyilən yüksək məqam, Buxari və Muslimin "Səhih" əsərində72 İsra hadisəsi ilə bağlı deyilən hədisdəki kimidir. Belə ki, Peyğəmbər onunla dördüncü səmada qarşılaşmışdır.
Mücahid "Biz onu yüksək bir məqama qaldırdıq." – ayəsi haqqında demişdir: "İdris də İsa kimi ölməmişdir, səmaya qaldırılmışdır".73
Əgər Mücahid bu sözü ilə onun bu vaxta qədər ölmədiyini demək istəyirsə bu müəmmalıdır. İttifaq olunmuş hədisə əsasən onun (öldükdən sonra) dördüncü səmada olması daha doğrudur. Bu rəy, Mücahidin ikinci74 və digər alimlərin rəyidir.
Buxari75 deyir: "İbn Abbas və İbn Məsuddan rəvayət olunur ki, İlyas elə İdrisdir". Onlar bunu Zuhrinin İsra hadisəsi haqqında Ənəsdən rəvayət etdiyi hədislə əsaslandırırlar. "Peyğəmbər İdrislə qarşılaşdıqda o dedi: "Əməlisaleh qardaşı və əməlisaleh peyğəmbəri xoş gördük." Burada o Adəm və İbrahim peyğəmbər kimi "Əməlisaleh peyğəmbəri və əməlisaleh övladı xoş gördük" – demədi."
Onlar deyirlər ki, əgər o da Peyğəmbərin nəsil şəcərəsindən olsaydı digər iki peyğəmbər kimi deyərdi.
Amma bu, deyilənləri heç də tam əsaslandırmır. Çünki ola bilər ki, rəvayətçi hədisi yaxşı əzbərləməyib, yaxud bu ifadə təvazökarlıq prinsipi ilə belə deyilib, yaxud o Adəm kimi atalıq məqamında deyildi. Nə İbrahim kimi Xəlilullah76, nə də Muhəmməddən sonra ən böyük Ulul-əzm77 peyğəmbərlərdən deyildi. Bütün peyğəmbərlərə Allahın salavatı və salamı olsun.
NUH PEYĞƏMBƏR
u hun doğumu Adəmin vəfatından sonra olmuşdur. Onların arasında on əsr vaxt var idi. Əbu Umamə deyir ki, bir nəfər Peyğəmbərə dedi: "Ey Allahın elçisi! Adəm peyğəmbər idi?" Peyğəmbər dedi: "Bəli, onunla danışılırdı." Kişi dedi: "Onunla Nuh arasında nə qədər vaxt var idi?" Peyğəmbər dedi: "On əsr."78
Bu rəvayət Muslimin şərtinə uyğun olsa da Muslim onu öz kitabında rəvayət etməyib.
İbn Abbas deyir: "Adəm ilə Nuh arasında on əsr olub. Bu əsrlər zamanı hamı İslam dininə etiqad edirdi."79
Rəvayətdəki "əsr" sözünü adəti üzrə yüz il hesab etsək onların arasında min il vaxt var idi. İbn Abbas həmin vaxtı islamla əlaqələndirdiyi üçün, rəvayət bu vaxtın daha çox olmasını inkar etmir. Çünki rəvayətdə deyilən on əsrdən əlavə, onların qeyri islam dinində olduqları əsrlərin də olması ehtimal olunur. Amma Əbu Umamənin hədisi iki peyğəmbərin arasındakı vaxt fərqinin on əsr olduğunu konkretləşdirir. İbn Abbasın rəvayətindən isə onların İslam etiqadı ilə yaşadıqlarını başa düşürük.
Bu rəvayət əhli kitab tarixçilərinin: Qabil və övladları oda sitayiş edirdilər – iddialarını rədd edir. Daha doğrusunu Allah bilir.
Əgər hədisdə deyilən "əsr" (ərəb. qarn) sözü nəsil mənasında nəzərdə tutulursa bu o deməkdir ki, Adəm ilə Nuh arasında minlərlə il olub. Qurani-Kərimdə "əsr" sözü "nəsil" mənasında işlədilmişdir, misal olaraq: Biz Nuhdan sonra neçə–neçə nəsilləri məhv etdik. (əl-İsra: 17). Onlardan sonra başqa bir nəsil yaratdıq. (əl-Muminun: 31). Həmçinin onların arasında olan bir çox nəsilləri də... (əl-Furqan: 38). Halbuki Biz onlardan əvvəl neçə–neçə nəsilləri məhv etdik... (Məryəm: 74). Bu məna hədislərdə də işlədilmişdir. Peyğəmbər deyir: "Nəsillərin ən xeyirlisi mənim vaxtımda yaşayanlardır..."80 Nuhdan öncəki nəsillər uzun ömür yaşayırdılar. Buna görə Adəm ilə Nuh arasında minlərlə il olub. Daha doğrusunu Allah bilir.
Ümumilikdə isə Uca Allah Nuh peyğəmbəri insanlar bütlərə və tağutlara ibadət etdikdə göndərmişdi. İnsanlar azğınlaşıb küfr yoluna düşdükdə Uca Allah onu insanlara mərhəmət olaraq göndərdi. O, yer əhlinə göndərilən ilk peyğəmbər oldu. Qiyamət günü də insanlar ona belə müraciət edəcəklər.81
Dostları ilə paylaş: |