Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə317/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   313   314   315   316   317   318   319   320   ...   532
21. (Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” – dedi. (əl-Qasas: 18-21).

Uca Allah xəbər verir ki, Musa Misirdə qorxu içində idi. O, Firondan və əyan-əşrəfindən qorxurdu. Qorxurdu ki, yəhudiyə kömək etmək məqsədi ilə qibtinin qatilinin Musa olduğu bilinər, onun da yəhudilərdən olması barədə gümanları çoxalar. Bunun nəticəsi də çox ağır olar. Musa ertəsi gün bu hisslərlə «nigaranlıq içində», o tərəf, bu tərəfə baxa-baxa şəhərdə gəzirdi. Bu zaman dünən kömək etdiyi yəhudi onu görüb ondan imdad dilədi. İndi isə o başqa qibti ilə vuruşurdu. Musa onu bu pis hərəkətinə görə qınadı, çox mübahisə etdiyinə görə tənbeh etdi və dedi: «Sən, doğrudan da, açıq-aşkar bir azğınsan!»

Sonra Musa özünün və yəhudinin düşməni olan qibtinin dərsini vermək və yəhudini xilas etmək üçün qibti tərəfə getdi. O dedi: «“Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə (Misir torpağında) ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq (insanları islah) edənlərdən olmaq istəmirsən!”» Bəziləri deyirlər ki, bu sözləri Musanın dünən etdiklərini görən yəhudi demişdi. Musa onlara tərəf yaxınlaşdıqda o, elə zənn etdi ki, az öncə onu: «Sən, doğrudan da, açıq-aşkar bir azğınsan!» – sözləri ilə tənbeh etmiş Musa indi də onu cəzalandırmağa gəlir. Ona görə o Musaya dediklərini söylədi və dünən baş verən hadisənin üstünü açdı. Bunu eşidən qibti Fironun yanına getdi və onu Musaya qarşı təhrik etdi. Çoxları həmin ayə üçün bundan başqa məna verməyiblər. Amma bu sözləri qibtinin dediyi də ehtimal olunur. O, Musanın onun üzərinə gəldiyini görüb ondan qorxmuş, onun yəhudiyə canla-başla kömək etdiyinin şahidi olmuş, zənn edib və fərasətli davranıb bu sözləri demişdi: "Çox güman ki, dünən qətlə yetirilən qibtinin qatili də budur." Yaxud ola bilər ki, o yəhudinin Musanı köməyə çağırdığını eşidib bu əsasla belə fikir söyləyib. Daha doğrusunu Allah bilir.

Dünən qətlə yetirilən adamın qatilinin Musa olduğunu eşidən Firon, onun dalınca adam göndərdi. Amma onlardan öncə Musanın xeyirini istəyən bir nəfər ona mərhəmət edib daha qısa yolla çaparaq gəlib dedi: «“Ey Musa! Əyan-əşrəf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!”» Mən bunları xeyirxahlıq məqsədi ilə deyirəm.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin