Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə314/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   310   311   312   313   314   315   316   317   ...   532
«11. O, bacısına:» Musanın böyük bacısına «“Onun dalınca get!” – dedi.» ondan bir xəbər gətir. «O da hiss etdirmədən uzaqdan-uzağa (Musaya) göz qoydu.» Bacısı Musanı görür, amma özünü elə aparırdı ki, sanki heç onunla maraqlanmır. Ona görə ayənin sonunda belə deyilir: «onların əksəriyyəti bilməz!»

Musa Fironun evində qərar tutandan sonra onu südlə qidalandırmaq istədilər. Amma o, heç bir qadının döşünü götürmür, nə də başqa qida qəbul etmirdi. Onlar nə edəcəkləri barədə məşvərət etdilər. Bir daha uşağı yedizdirməyə çalışdılar. Uca Allah buyurur: «12. Bundan qabaq Biz ona (Musaya) süd analarını (özgə qadınların döşünü əmməyi) qadağan etmişdik.» Musanı mamaçalar və qadınlar ilə birlikdə bazara göndərdilər ki, bəlkə onun üçün münasib süd anası tapa bilsinlər. Onlar bazarda dayanıb, ətraflarında isə camaat toplaşmışdı. Bacısı bunu görüb özünü tanımazlığa vuraraq Belə dedi: “Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq (onunla yaxşı davranacaq) bir ailəni nişan verimmi?” İbn Abbas  deyir ki, bacısı bu sözləri deyəndə, onlar dedilər: "Sən nə bilirsən ki, onlar onun üçün xeyir istəyəcək, şəfqətli davranacaqlar." O dedi: "Onlar padşahı sevindirmək və ona xeyir vermək istəyirlər." Onlar qızın ardınca deyilən evə getdilər. Anası Musanı qucağına aldı və ona süd verdi. Uşaq onun döşünü qapıb sordu və yeməyə başladı. Ətrafdakılar bunu görüb çox sevindilər. Müjdəçi gedib bu haqda Asiyaya xəbər verdi. O qadını evinə çağırdı və onun yanında qalmasını təklif etdi. Ona qarşı xoş davranacağına söz verdi. Musanın anası imtina etdi və dedi: "Mənim evimdə ərim, uşaqlarım var. Əgər uşağı mənimlə göndərməsən bunun öhdəsindən gələ bilmərəm." Asiya uşağı onunla göndərdi və onun üçün maaş da təyin etdi. Ona əlavə xərclik, pal-paltar və hədiyyə də verirdi. Anası Musanı aparır və sonra Asiyanın evinə qaytarıb gətirirdi. Beləliklə Uca Allah Musanı və anasını bir-birinə qovuşdurdu.

Uca Allah buyurur: 13. Beləliklə, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, (Musanı) anasına qaytardıq. Lakin onların əksəriyyəti bilməz! Anasına onu geri qaytaracağımıza və peyğəmbər edəcəyimizə dair söz vermişdik. Budur onu sənə geri qaytardıq və bu onun peyğəmbərlik müjdəsinin bir nişanəsidir. Lakin onların əksəriyyəti bilməz!

Uca Allah Musa ilə danışan gecədə bütün bu olanları bir nemət olaraq ona xatırlatmışdı. Uca Allah buyurur: 37. Sənə (bundan əvvəl də) bir dəfə nemət bəxş etmişdik. 38. Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman. 39. (O zaman ki, Mən anana buyurmuşdum:)(Musanı) bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona da düşmən olan birisi (Firon) onu (sudan tapıb) götürsün”. (Ey Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. (Taha: 37-39). Musanı görən hər kəs onu sevirdi.

Sələflər (Ey Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə – ayəsi haqqında deyiblər: "Sənə və sənin üçün qurduğum işin, heç kəsin təxmin etmədiyi qəza-qədər səbəbi ilə səni yedizdirib, əyləndirib, ən gözəl qidaları və pal-paltarı nəsib etmişəm. Bütün bunlar mənim nəzarətim altında olub."

40. O zaman bacın gedib deyirdi: “Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?” Artıq gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri vurub öldürdün. Sonra Biz səni o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik. (Taha: 40). Sınaqlar haqqında öz məqamında, inşallah danışacağıq. Əsl ümid yeri və sığınacaq yalnız Allahadır.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin