«Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam.» Məni etdiyim dualarımın daim qəbula keçməsinə vərdiş elətdirmisən.
Onu belə dua etməyə təhrik edən səbəb budur. Demək o, İmranın qızı Məryəmə qəyyumluq edəndə hər dəfə onun yanına mehraba gəlir və orada qeyri mövsümi meyvələrin olduğunun şahidi olurdu. Bu, Allah dostlarının kəramətidir. Zəkəriyyə Allah təalanın meyvəni öz mövsümündən başqa bir mövsümdə bəndəsinə verdiyini görəndə ona da qoca vaxtında uşaq bəxş edəcəyini düşündü. «38. (O zaman) Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”» (Ali İmran: 38).
Uca Allah buyurur: «5. Mən özümdən sonra gələn qohum-əqrabamdan qorxuram. Zövcəm də ki, qısırdır...» (Məryəm: 5). O, özündən sonra qohumlarının İsrail oğullarını Allahın şəriətinə uyğun idarə etməyəcəklərindən ehtiyat edib, öz belindən gələn əməlisaleh və müttəqi bir oğlunun olmasını istəyib dedi: «5...Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et ki, 6. o həm mənə, həm də Yəqub nəslinə» onlara lütf edilmiş peyğəmbərliyə və İsrail oğullarının idarəçiliyinə «varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!”» Yəqubun nəslindən olan dədə-babası necə peyğəmbər olmuşdularsa, onu da onlar kimi peyğəmbərlik və vəhy ilə hörmətli et. Şiyə məzhəbinin iddia etdiyi kimi burada mal-dövlət varisliyindən söhbət getmir. Bu məsələdə İbn Cəririn fikri onların fikri ilə üst-üstə düşmüşdür. İbn Cərir bu fikri sələflərdən olan Əbu Salehdən rəvayət etmişdir.
Bu fikir bir neçə əsasla məqbul sayılmır:
Dostları ilə paylaş: |