Rəhman və Rəhim olan Allahın adı ilə


«Bu, hökmü verilmiş bir işdir.»



Yüklə 3,81 Mb.
səhifə497/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   493   494   495   496   497   498   499   500   ...   532
«Bu, hökmü verilmiş bir işdir.» Bu cümlə, Mələyin Məryəmlə söhbətinin yekun sözü ola bilər. Bu halda məna belə olur ki, bu, Allahın hökmünü verdiyi və mütləq baş verəcəyi bir əmridir. Muhəmməd ibn İshaqın ayə haqqında dediyi də bu mənadadır. İbn Cərir ət-Təbəri də bu rəyi doğru hesab etmiş və ondan başqa heç kəs bunu rəvayət etməmişdir. Daha doğrusunu Allah bilir.

Digər ehtimala görə «Bu, hökmü verilmiş bir işdir.» ayəsi, Cəbrailin ruh üfürməsi barədə kinayə ilə deyilmiş sözdür. Necə ki, Uca Allah başqa ayədə buyurur: «12. Həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük...» (ət-Təhrim: 12). Bir neçə sələf alimi deyir ki, Cəbrail onun libasının yaxasından üfürdü və üfürtüsü Məryəmin cinsiyyətindən bətninə getdi. Adi qadınlar necə hamilə qalırlarsa, o da dərhal hamilə qaldı. "Mələk onun ağızından üfürdü", yaxud "Onunla danışan ruh idi və ruh onun ağzından daxil oldu", və sairə bu kimi səslənən fikirlər, Quran ayəsinə ziddir. Bu ayənin məzmunundan göndərilən mələyin adi bir mələk olması anlaşılır. Həmin mələk Cəbrail idi. Mələk onun paltarının yaxasına üfürmüşdü, amma onun qadınlıq əzalarına yaxın durmamışdı. Üfürtü onun bədəninə daxil olmuşdu. Uca Allah buyurur: «ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük.» Bu göstərir ki, üfürtü birbaşa onun bədəninə daxil olmuşdu. Nə Ubeyy ibn Kəəbin dediyi kimi onun ağzına, nə də Suddinin bəzi səhabələrdən rəvayət etdiyi kimi onun sinəsinə daxil olmamışdı.

Ona görə Uca Allah buyurur: «22-Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.» Məryəm hamilə qalanda çox sıxıntı keçirtdi. Çünki insanların onun haqqında mənfi danışacaqlarını bilirdi.

Bəzi sələf alimləri deyirlər ki, Məryəmin üzərində hamiləliyin ilkin əlamətləri görünməyə başlayanda, birinci İsrail oğullarının abidlərindən olan Yusuf ibn Yəqib ən-Nəccar adlı xalası oğlu bunu hiss etdi. O, buna çox təəccüb etdi. Bir tərəfdən Məryəmin dindarlığına, paklığına və ibadətinə bələd idi, digər tərəfdən isə onun əri olmadığı halda hamilə olduğunu görürdü. Bir gün o Məryəmlə söhbət edərkən dedi: "Ey Məryəm! Toxumsuz əkin bitərmi?" Məryəm dedi: "Bəli. Elə ilk əkini kim yaratmışdır?" Yusuf dedi: "Susuz və yağışsız ağac bitərmi?" Məryəm dedi: "Bəli. İlk ağacı kim yaratmışdır?" Yusuf dedi: "Kişisiz uşaq ola bilərmi?" Məryəm dedi: "Bəli olar. Allah Adəmi kişi və qadınsız yaratmışdır". Yusuf dedi: "Sənin başına gələnləri mənə anlat". Məryəm dedi: "Allah mənə «45-... Öz tərəfindən bir kəlmə ilə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli)(Allaha) yaxın olanlardandır. 46. O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”.»" (Ali İmran: 45-46).

Zəkəriyyənin də eyni suallarla ona müraciət etməsi və Məryəmin həmin cavabları verməsi rəvayət olunur. Daha doğrusunu bilən Allahdır.

Məryəm digər qadınlar kimi uşağa doqquz ay hamilə qalmış və azad olmuşdur. Əgər başqa cür olsaydı, bu haqda bir məlumat verilərdi.

İbn Abbas  və İkrimə506 deyirlər ki, Məryəm səkkiz ay hamilə qalmışdı. İbn Abbasdan507  gələn başqa rəvayətdə isə Məryəmin hamilə qalıb və vaxtında azad olması deyilir. Bəziləri508 onun doqquz saat hamilə qaldığını deyirlər. Onlar dediklərini bu ayə ilə əsaslandırırlar: «22-Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. 23-Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi...» (Məryəm surəsi). Doğru rəy də budur ki, hər bir şeyin davamının öz vaxtında baş verməsi nəzərdə tutulur. Misal olaraq bu ayələrə nəzər salaq: «63. (Ey Rəsulum!) Məgər Allahın göydən yağmur endirdiyini və yer üzünün (onunla) yamyaşıl olduğunu görmürsənmi?...» (əl-Həcc: 63). (Bu ayədə yağışdan sonra yaşıl otların çıxması deyilir. Amma bunun dərhal olması başa düşülmür. Bunun üçün Allahın müəyyən etdiyi vaxtın keçməsi labüddür. Məryəmin hamiləliyi haqqında deyilən ayəni də belə başa düşmək daha doğrudur. (tərc.)) Digər ayədə deyilir: «14. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (Uca, nə qədər) Uludur!» (əl-Muminun: 14). Məlum olduğu qədər hamiləliyin hər dövrü arasında qırx gün vaxt keçir. Bu haqda Buxari və Muslimin "Səhih"ində hədis vardır.509


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   493   494   495   496   497   498   499   500   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin