13. (Ey Peyğəmbər!) Allah: “Dini doğru–dürüst tutun, onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər! (əş-Şura: 13). Qaf surəsində belə deyilir:
12. Onlardan əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (peyğəmbərləri) təkzib etmişdi.
13. Ad, Firon, Lut qardaşları;
14. Əykə əhli və Tübbə qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara vəd etdiyim gerçəkləşdi.(Qaf: 12-14). Əz-Zariyat surəsində belə deyilir:
46. Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar fasiqlər idilər. (əz-Zariyat: 46). Ən-Nəcm surəsində belə deyilir: