Şahlar həSƏNOĞLU


******                 ******                 ******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   6   7   8   9   10   11   12   13   ...   65
2016-2403

******                 ******                 ****** 
 
Nüşür  onu  qızların  yanında  düşürüb  qayıdanda  da  dilini 
farağat qoymadı. Natellagilə baxa-baxa irişib: 

Bu  qızların  hamısını  sənə  tapşırıb  gedirəm  əmoğlu, 
muğayat  ol  onlardan...  -dedi  və  elə  gözü  bəri  baxa-baxa da 
maşını döndərib getdi. 


 
65 
Orxan 
bardanını  dikəldib,  boy-buxununa  baxaraq  gülə-
gülə qızların topasına yanaşdı: 

Eşitdiniz də şofer nə dedi? 

Nə dedi ə, avara. 

Dedi bu qızların hamısını tapşırdım sənə. 

Boh o kimdi ə heylə... Ovçunun boz tulası! 

Nədi, səndən başqa qız yoxdu? Gərək sən dillənəsən? 

Boy, avarasan ə, mən bunların tayıyam? 
Orxanın  ellisi  bu  qız  şəhər  beynəlmiləl  orta  məktəbini 
bitirmişdi.  Tipik  şəhər  qızıydı,  özü  də  şəhərin  lap  mərkəzinin 
qızıydı.  Beş  ildi  Orxanla  bir  şöbədə,bir kursda oxuyurdular. 
Natellanın  qızılı  sarı  saçları  çiyinlərinə  tökülmüşdü,  qapqara 
dəyirmi  gözləri,  yupyumşaq  təbəssümü,  qaymaq  dodaqları 
vardı.  Nə  uca,  nə  gödək  deyildi,  nə  arıq,  nə  kök  deyildi. 
Ağappaq idi, yupyumşaq idi, barmaqları deyirdin bəs gerçəcik 
xanım  barmaqlarıdı.  Üzünə-gözünə  krem-pudra  vurmazdı, 
deyirdi 
baxıb güzgüyə görürəm üzüm kremdən də, pudradan da 
ağdı,  qırmızıdı,  bunlar  tay  da  korlayır  üzümü.  Doğrudan  da 
beləydi! Həm də çox dilli-dilavər, çox güləşdi Natella, incəydi, 
həlimdi,  qoçaqdı,  savadlıydı  həm  də!  Nəinki  öz  kurslarında, 
bütün institutda da  bir 
Natellaydı Natella və bu Natella da öz 
yerlisiydi  Orxanın.  Buna  görə  də  iki  yerli  arasına  girmək  heç 
kəsin  işi  deyildi,  özləri  bilərdilər.  Heç  kəs  qarışmazdı 
söhbətlərinə. Düzdü Fira o tərəfdə dodaqlarını büzüb rişxəndlə 
gülməkdəydi,  yəqin  Natellanın  "mən  bunların  tayıyam?"-
deməyi  yer  eləmişdi  ona.  Ziranı  dümsükləyib  xırdaca-xırdaca 
pıqqıldayırdı. Fira Fəridədi, Zira Zərifədi, hələ İraları da var - 
İradələri.  Özləri  belə  deyirlər  bir-birlərinə,  kurs  yoldaşları  da 
istər-istəməz beləcə ixtisarla çağırırlar çox vaxt onları. Natella 
elə Natelladı, ixtisarı yoxdu. 

Doğrudan hardaydın? 

Hələ  bir  görün medtexnikumun  qızları  üst-başımı  nə 
abıra salıblar! 


 
66 

Baho!..  Bu  nədi  ə,  belə,  elə  bil  pamidor  ağnağından 
çıxmısan! 

Canın üçün Natella, yolla getdiyim yerdə bir də gördüm 
içi  qızlarla  dolu  bir  maşın  gəlir,  əl  qaldırıb  istədim  mən  də 
minəm, başıma nə təhər yağdıdılar pamidoru, qozanı! Güc-bəla 
ilə qaçıb özümü verdim narlığa. Bunlar keçib gedəndən sonra 
yenə  qayıtdım  yola,  bir  az  getmiş  gördüm  iki  maşın  da  gəlir: 
dal-
qabaq.  Bunların  da  içi  dolu  qızlar.  Çalıb  oynaşırlar.  Ar 
bildim qaçam. Dedim tay  əl də qaldırmayıb dinməz-söyləməz 
öz  yolumla  gedəcəm.  Ta  niyə  vursunlar  məni?  Natella,  bir 
maşın məndən iki addım keçib, ikincisi mənə çathaçatda hər iki 
maşından  atəşə  başladılar,  özü  də  nə  başladılar!  Müsibət  idi, 
Natella! 
Natellanı  gülmək  aparmışdı,  dizinə-dizinə  çırpırdı, 
qayıdıb  Orxanın  çiyninə  vururdu.  Fira  elə  uğunmuşdu  nəfəsi 
içinə  gedib  bir  də  bəri  qayıtmırdı,  Zira  da  belinə-belinə 
yumruqlayırdı görsün bu yolla qaytarıb geri döndərə biləcəkmi 
Firanın nəfəsini, özünə gəlib ayıla biləcəkmi Fira? 

Məndən  ötüşüb  eşşək  arabasıyla  gələn  qoca  bir  kişini 
tutdul
ar atəşə,  eşşək hürkdü, araba qanacıdı, kişi tarapp dəydi 
yerə. Başladılar kişini yıxılmışına atəşləməyə! 

Vay üzünüz yansın qızlar! Bəs sən neylədin ə, fərasətsiz, 
elə əlini yanına salıb durdun? 

Neyləyəydim mən? Heç macal verdilər mənə? 

Vay, əlinə dönüm onların! Barı danışıb eləmə tay! Mən 
lap  əzəldən  demişəm,  batırassan  sən  rayonumuzun  adını!  Gül 
kimi  ad  qazanmışıq  dalaşıb-döyüşməkdə,  puçaqlaşmaqda! 
Utanım yerinə! 

Kaş orda olaydın Natella! 

Səfeh danışma ə, soxum boyunu yerə, özünü döydürüb 
hələ bir danışır da! 
Bu  vaxt  Rəfael  müəllim  onlara  yanaşdı.  Rəfael  müəllim 
gigiyena müəllimiydi, güləş üzrə hansı cəmiyyətinsə çempionu 
olmuşdu.  Şax  duruşu,  irəli  çıxmış  sinəsi,  çallaşmağa  yönəlik 


 
67 
cod  saçları  vardı.  Hədsiz  təşəxxüsünə  görə  oğlanlarda  ikrah 
doğursa da, boy-buxununa,  şəxsiyyətinə  görə  tələbə  qızlar 
arasında nüfuz sahibiydi. Natella üzünü Rəfael müəllimə tutdu: 
-  Buna bax
ın  Rəfael  müəllim,  mənim  bu  yerlimə, 
medtexnikumun qızları görün nə abıra salıb? ha-ha-ha! 

Yəqin sataşıb qızlara, onlar da pamidor atəşinə tutublar 
hə? 

Əşi,  sataşmaq  nədi,  fərasəti  var  bunun  adama 
sataşmağa? Korafəhimin biridir! 

Hə!..  Əlbəttə,  idmançı  degil,  idmançı  degil.  İdman 
füqurası yoxdu onda. Cürəti də yoxdu demək! 

Bilirsiniz necə olub, müəllim... 
Natella  əhvalatı  bir  azda  üstünə  qoyub  şişirdə-şişirdə 
Rəfael  müəllimə  danışdı.  O  danışdıqca  müəllimi  gülmək 
aparırdı.  

Çox  acınacaqlı  palajeniyədəymiş  doğrudan!  Barı  bir 
dalda-bucaq yoxdu özünü salasan? 

Yox, müəllim. Heç fikir məni aparmışdı, fikir qoyurdu 
qaçam gizlənəm? 

Nə fikirləşirdin adə, işin bu qızğın yerində? 

Fikirləşirdim ki, müəllim,kaş... Natella da burda, mənim 
yanımda olaydı! 

Neynirdin adə, Natellanı, atəş altına salmaq istəyirdün? 
Rəfael müəllimin bu sözə gülməyi tutdu. O qədər ürəkdən 
uğunub keçdi Natella əsəbiləşməyə başladı.  

Özü də bilirsiniz hansı paltarında, Rəfael müəllim? Bir 
ay əvvəl sizin çağırdığınız iclasa geyib gəlmişdi ey... ağ parusin 
kostyum! 
-  Ha-ha-
ha! Nə axmaq şey düşünmüsən, adə... Demirdin 
bəs nə abıra düşərdi kostyum? 
-E-e-h, ay mü
əllim,  hələ  istəyərdim  o  cərrahiyyədki 
padruqası var ey, Gülya, həmişə də ağ parusin don geyinən, o 
da yanında olaydı! 
-Ha-ha-ha!, ha-ha-ha!.. 


 
68 
Rəfael  müəllim  görünür  pamidor  atəşi  altına  düşmüş  bir 
cüt  parusin  paltarlı  qız  gözləri  önünə  gətirib  belə  uğunub 
gedirdi: 

Adə... lap mərdimazarmışsan sən... 
Natellaya deyəsən bərk acıq getdi müəllimin belə uğunub 
gülməyi. Yəqin indi bir iynəli söz deyib acılayacaqdı Orxanı. 

Müəllim, bəs görün mən nə fikirləşərdim bu vəziyyətdə! 
- Ha-ha-
ha, sən nə fikirləşərdin, qız? 

Fikirləşərdim  kaş  Rəfael  müəllim  də  bizim  yanımızda 
olaydı! 
Gözləmədiyi  bu  cavabdan  Rəfael  müəllim  alınıb  qızı 
yansıtmaq istədi: 
-
Yəni müəllimə görə vurmayaydılar sizi? 

Yox əşi, onlar nə bilir kim kimdi? Rəfael müəllim, siz 
nə təhərsə belə dim-dik durursunuz e-e! İdmançısınız də, belə 
şax durursunuz! Qısılardıq arxanızda bizə pamidor dəyməzdi! 

Deməli  müəllimi  verərdiniz  atəşin  qabağına?  Çox  sağ 
olun! Orxan atmaca atdı. 

Ə,  başı  xarab  orda  nə  müəllim,  nə  tələbə,  kim  kimədi 
orda?  Rəfael  müəllimin  həm  başı  namxuda,  çox  iridi,  həm 
gövdəsi  əyilib  qatlanan  deyil,  ondan  keçib  bizə  pamidor 
dəyməzdi.  Heç  siz  görmüsünüz  Rəfael  müəllimin  əyilib 
qatdandığını? Maşallah, elə bil sement stolbadı dayanıb... 
Rəfael  müəllim  pərt  olub  söylənə-söylənə  uzaqlaşdı. 
Na
tella  onun  ardınca  düşüb  dilini  çıxara-çıxara  oyun  göstər-
məyə  başladı.  Həm  də  yerişini,  duruşunu  Rəfael  müəllimə 
oxşatmağa  çalışırdı.  Uşaqlar  qırılıb  getmişdilər  gülməkdən 
Natellanın  xəbəri  yoxdu  ki,  Orxan  da  onun  ardınca  düşüb 
Natellanı  yamsılayır  və  ona  gülənlər  Natellaya  gülənlərdən 
daha  çoxdur.  Birdən  Rəfael  müəllimin  ayağı  altından  bir  quş 
pırr eləyib uçdu. Müəllim səndələyib geri qanacıdıqda ona tərəf 
dilini  çıxarıb  arxasınca  düşmüş  Natellanı  gördü.  Orxan 
müəllimin işi başa düşdüyünü görüb Natellanı boğazladı: 


 
69 

Mənə sataşırsan? Mənə dil çıxarırsan? Elə bilirsən tuta 
bilməyəcəm səni? Müəllim, icazə verin boğub öldürüm bunu!  
Rəfael müəllim əlbəttə anlayırdı məsələni. Orxan onu pis 
vəziyyətdən qurtarmaq üçün belə deyir. Bunu Natella da anladı, 
uğunub  yenə  nəfəsi  içinə  batmış  Fira  da,  onun  kürəklərinə 
dəyən  Zira da, hamı anladı.  Lakin heç özünü o yerə qoymadı 
müəllim: 

Şeytandır  adə,  qız  degil,  boğ  öldür  onu,  icazə  verirəm 
mən! 
Rəfael müəllim başını götürüb qaçdı. İndi Natella ilə Or-
xan  da  tələbələrin  yanına  qayıdırdı.  Natella  artıq  qadınlanırdı 
Orxana,  söykənə-söykənə  yeriyirdi.  Yaltaqlana-yaltaqlana 
danışırdı onunla. Amma heç başa düşə bilmirdi nə olub bu gün 
bu utancaq Orxana, dil-
dil  ötür  belə,  heç  söz  altında  qalmır? 
Hər vəziyyətdən çıxış yolu tapır? 
Artıq Firanın nəfəsi qayıdıb gəlmişdi geri və Zira da onun 
kürəklərinə döymək əziyyətindən qurtarmışdı. 

Bəs uşaqlar hardadı, bilmirsiniz? 

Bizi gözləyirlər. -Zərifə əlilə 200 metr o tərəfdə uca bir 
ot başına asılmış pambıq topasını göstərdi. O da nişanlarıdı. 
Natella,  Orxan,  Fira,  Zira  tələbələrdən  ayrılıb  nişangaha 
sarı  yönəldilər.  Elə  çatmağa  az  qalmış  bir-biri  ardınca  guya 
tapançadan  iki  atəş  açıldı.  Şampan  qapaqlarının  biri  gəlib 
Natellanın saçlarına ilişdi.  

Balam, bu nədi, atəşlə qarşılayarlar qonağı? 

Qonaqlara  bizim  canımız  qurban,  Natella  xanım, 
xüsusilə də yanlarında Fira adlı bir qızcığaz olanda!.. 
Tələbəçilik  başqa  aləmdi.  İçində  on-on  beş  kq  pambıq 
olan  bir  bardanı  büküb  yastılayıb  arx  içində  masa  kimi 
düzəldiblər. Özləri də arxın bir qırağında düzülüb, bir qırağını 
qızlar  üçün  altına  şəvəl-şüvəl  sərib,  fartuk  örtüb  hazırlayıblar. 
Süfrədə  hər  şey  var.  Adildi,  Sahibovdu,  Zahiddi.  Sahibov 
Firadan  ötrü  ölür.  Fira  da  hələ  bu  beş  ildə  ona  bir  cavab 
verməyibdi,  amma  əlini  də  üzməyib  tamam.  Sahibov  bir  dəfə 


 
70 
Zərifədən soruşub: "görən fikri nədi Firanın?" Zərifə gülüb belə 
cavab  vermişdi:  "Məsələ  aydındı  məncə.  Piscə  sən  burda, 
yanımda  dur,  bir  yaxşıca  tapmasam,  sən  burdasan  elə,  yenə 
qayıdaram  sənə!"  "Mən  ölüm  düz  deyirsən  Zira?"  "Axmaq 
olma ə, zarafat edirəm, qız sevir səni". Düz sözüydü Zərifənin, 
ancaq  sonra  belə  deyib  ümidləndirmişdi  Sahibovu,  ürəyini 
qırmaq istəməmişdi. 
Məclisin  şuru  -  Musa  burda  olmasa  da  yaxşı  keçəcəkdi 
məclis.  Natella  ha  burdaydı.  İndi  Rəfael  müəllimdən  də  bir 
qorxuları  olmayacaq:  Natella  onu  elə  qaçırmayıb  bir  də 
buralara  gələ.  Narahatlıq  axşam  qapan  yanında  boyunlarına 
verəcəkləri  töhmətdəndi  təkcə.  Natellanı  qardaşı  saat  11-ə 
işləyəndə  gətirib  çıxarıb,  ondan  bəri  də  yığdığı  heş  iki  kq 
olmaz, qoy bir heylə də bundan sonra yığsın. Amma çıxış yolu 
var, qızın kefi də ona  görə kökdü. Yığdığını tökəcək Orxanın 
bardanının başına axşam deyəcək ikimiz yığmışıq. Fira ilə Zira 
ikisi birlikdə çox yığsalar yığacaqlar on beş kq. Adil hardansa 
bir 20 kq-
lıq  bardan  tapıb  gətirib,  yiyəsi  çıxmasa  bu  gününü 
bununla  savacaq.  Sahibovla  Zahidə  məktəbli  uşaqlar  söz 
veriblər kiloqramı 10 qəpikdən onlara 20 kq pambıq satacaqlar. 
sözləri düz çıxıb gəlsələr Sahibovgili də bu ümidli edib. 
Hələlik,  axşam  deyildi,  qapanbaşı  deyildi,  pambıqlıqda 
bir növ 
kef məclisi qurulmuşdu və söz Sahibovdaydı. Sahibov 
da  Firaya  baxdıqca  kəkələyir,  danışığını  itirirdi. Natellanın  da 
səbri  lap  tükənən  yerdəydi.  İndicə  Sahibovu  tamadalıqdan 
düşürüb  özü  aparacaqdı  məclisi.  Nayılıq  edəcəkdi,  kimini 
sancacaq,  kimini  güldürəcəkdi.  Hər  halda  indi  o  da  deyəsən 
Orxan  sarıdan  qıpıq  olmuşdu,  çəkinib  ehtiyat  edirdi  deyəsən 
yerlisindən. Axı onun sataşmaq yeri həmişə Orxan olardı, o da 
hələ bu beş ildə qayıdıb bircə kərə üzünə ağ olmamışdı. Acısına 
da şirin deyib bircə dəfə də sancmamışdı Natellanı. Amma nəsə 
elə bil vergı verilib bu gün Orxana. 
 
 


 
71 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin