91
***** ****** ******
Orxan bardanı lapetdən yerə atanda gördü yenə dünənki
yerlərində kampaniya qurulubdu və oradan “vayy dəddə vayy”
deyən bir qız səsi ucaldı. Natellaydı bu, nidası da Orxanın yerə
saldığı bardanın iriliyinə görəydi. Lapet sürənə “sağ ol” deyib
dil a
ğız edib yola salan kimi kampaniyaya sarı yönəldi. Düz
saat üç idi. Hamı istirahətdəydi, bölük-bölük olub sahəyə
dağılışmışdılar. Yemək götürməyən əksəriyyət isə maşınlara
doluşub olacaqları yaxınlığında onlara xidmət edən yemək-
xanaya getmişdilər.
Halı yamanca pərişandı, unuda bilmirdi Sürəyyanı, onun
gah sərtlənib acılanan, gah mülayimləşib qayğıkeş olan gözəl
çöhrəsini, ilıq təbəssümünü, ney kimi incə səsini, oxuşunu,
kürəklərinə bağlayıb qoşaladığı sıçraşan saçlarını, gözlərində
gilələnən göz yaşlarını, son ucu da onun belə mərdliyini. Məst
kimi olmuşdu duyğularından, səyəlləklənə-səyəlləklənə yeriyir-
di. Içmək istəyirdi könlü. Guya bəs deyilmiş ona içində tuğyan
edən bu selli-fırtınalı duyğular. Içib, dumanlanmış başını daha
da dumanlandırmaq, bir ınıriyə çevirmək istəyirdi. Ya elə
keyidib başını, xilas olmaq istəyirdi bu duyğu qasırğasından
ınırıyındən. Bu baxırdı işin gedişinə, içkinin ona necə təsir
edəcəyinə.
Kampaniya elə dünənki heyətdəydi, təkcə İra artmışdı.
İranın qaşı-gözü sürmələnmiş, koppuş yanaqları bəsdi deyincə
kremlənib pudralanmış, sürtülmüşdü. Dırnaqlarının ucu caynaq
kimi irəli uzadılmışdı və onun Zahidə xoş gələn cəhətlərindən
biri də elə bu idi. Ümumiyyətlə Natellayla Zərifədən başqa
kremlənib pudralanmamış, dırnaqlarını uzatmamış yuxarı kurs
tələbəsi tapmaq institutda müşkül işdi. Söz düşəndə Natella
deyirdi: "Allah-t
aala özü xanım yaradıb məni, özü sığal çəkib,
ağlıq qırmızılıq verib mənə!"
-
Ə, o yekkə bardan mənölüm səninkiydi?
-
Yox, hamımızındı.
92
-
Sən Sahibovun canı sən gətirmisən onu?
-
Mən gətirmişəm Natella, niyə and verirsən?
-
Ə vallah oğulsan!..
Badələr dolub qırmızı şampanskiylə, süfrədə nə desən
var. əcəb məclisdi bu məclis! Amma içmək istəyir Orxan,
yemək istəmir. Özü də bərk içki!
-
Arağınız hanı bəs, Sahibov?
-
Araq nədi bu istidə?
-
Şampanski də bir kar eləməyəcək.
-
Noolub ə, yenə nə bərk qızarmısan? Lap Şotlandiyalıya
oxşayırsan! Qaşını-qabağını nə tökmüsən ə belə? Iki gündü
vallah, tamam ləvinini dəyişmisən. Sabah olanda çıxıb
gedirsən, günorta bir dolu bardanla qayıdıb gəlirsən. Heç
bilmirik özün y
ığırsan, özgəyə yığdırırsan, satın alırsan?
-
Onda bu nazik stıkanı lap silələmə doldu Sahibov!
-
Mən ölüm doldur alə, mənim də payımı tök mənölüm -
Zahid şirin gülə-gülə Sahibova üz vurdu.
-
Bu sənin silə stəkanın! Söz də sənindi!
-
Söz də?
-
Söz də!..
-
Onda bir hekayət danışacam sizə, bir olmuş əhvalat.
Ancaq qoyun hələ bu stəkanı içindəkindən xilas edim.
-
Xilas elə, can qərdəşüm!
Orxan stəkanlı bir su içən kimi içib dodaqlarını əlinin
arxasıyla silərək hekayətinə başladı:
-
Məni yəqin instituta qəbul zamanı görmüş olardınız.
-
Paho!.. Əcəb yaradılışdın onda!
-
Ə, mən ölüm yadımıza salıb ürəyimizi bulandırma!
-
Mən hələ onda təp-təzə geyinib bəzənmişdim səki.
Təsəvvür edin: indi o danışdığım vaxtda əynimdəki qalınçamla,
başımdakı qulaqlı papağım, ayağımdakı saldat sapoğumla məni
görsəydi necə ağzın burardı Natella! 286 nömrəli tibb arayışı
almaq üçün vərəm dispanserinə gedib rengenə düşməliydim.
Şəhərin, kəndlərin ali məktəblərə gedəsi uşaqları da arayış
93
almağa gəldiklərindən bərk basabas vardı. Məndən qabaqda lap
təsadüfən sarışın bir şəhər qızı dayanmışdı. Qızın əynində
sarımtıl rəngdə qabardin kostyum vardı. Qoşa qızılı hörükləri
topuğunaca sallanırdı...
-
Lap Natellanın hörükləri kimi.
-
Heyf çox tez kəsdidi!
-
Əşi, öz sözünüzü danışın, qoyun görək nə deyir bu!
-
Bəli, Natellanın hörükləri kimi. Qızın bu hörükləri,
əyninə şux yaraşan kostyumu, şax duruşu aparmışdı məni.
Toxunmağa da heyfim gəlirdi ona. Geridən gələn basabas mənə
çatıb dayanırdı. Ayağımı yerə dirəyib, əllərimi divara söykəyib
güclə saxlayırdım basabasın qabağını. Istəmirdim basırığa
düşüb inciyə qız. Birdən qız qayıdıb geri baxdı. Təəccübdən
gözləri böyüdü qızını: “Bu nədi ə belə? –dedi-bu iyul ayında
qalınca, qulaqlı papaq nədi, bu sapoq nədi? Bişmirsən istidən?
Hardan gəlmisən ə, bura?” “Kənddənəm”-dedim.
-
Hansı kənddənsən ə?
-
Üstü açıq kənddən! – yoldaşım dedi.
-
Mal otarırsan ə, nəyə gəlmisən bura?
-
Sən nəyə, mən də ona!
-
Yox bir! Instituta girəssən ə sən? Hansı instituta?
- Tibb institutuna!
-
Səndən oxuyan olar ə, bir sürüş bayıra!
Bunu deyib qız hirslə çiynimdən çəkdi. Mən gerini
saxlamışdım, irəlidən bir balaca çəkən olsa yıxılasıydım,
yıxıldım da. Mənim saxladığım basabas qızı götürüb qarşı
divara çırpdı. Bir kənara çəkilib maddım-maddım qıza tamaşa
edirdim. Onun sözləri öldürmüşdü məni, ruhumu sarsıtmışdı.
Amma yenə gözlərimi çəkə bilmirdim qızdan. Hələ 18 yaşım
vardı, yenicə-yenicə ayılıb başa düşürdüm. Kənd uşaqlarının
eləsi olur 18-19 yaşlarında da ayılmır hələ. Mən də belələrindən
idim. Anc
aq bu qız ayıltmışdı elə bil məni. Ömrümdə hələ bu
geyimdə, bu gözəllikdə qız görməmişdim. Alnında narınca-
narınca sızaqları vardı. Bu sızaqlar min dəfə də gözəlləşdirirdi
94
qızı, çünki qərinə yaşının əlamətləriydi. Di gəl bu dünya gözəli
bilib tamaşasına daldığım qız bir az əvvəl lağ edib, qaranlıq bir
aləmə atmışdı məni.
-
Ə, qanımızı qaraltın lap sən! – Natella ağzını-gözünü
burdu.
-
Doğrudan da heç yaxşı hekayət söyləmədin bizə.
-
İkinci dəfə deyin harada rast gəldin o qıza?
- Paho-o-
o! Ə, yoxsa iki gündən bəri belə dəyişməyin
ondandı? Deyirəm axı, nooolub bu Şotlandiyalıya!
-
İkinci dəfə mən ona qəbul zamanı, kimya imtahanında
rast gəldim. Biletimə baxdım gördüm suallarımın hamısını
əzbər bilirəm. Heç vərəqə yazmağı da artıq bildim, ərindim
yaz
mağa. Bekarçılıqdan cavab verməkdə olan uşaqların
cavablarını dinləyirdim. Bir də gördüm budu, haman o
dispanserdə gördüyüm qız çıxdı yazı taxtasına. Bir sualı elə-
belə danışdı, yarı düz, yarı səhv. Ikinci suala keçdi. Burda
dolaşdı qız. Bir reaksiyanı yazmalıqdı, di gəl bilmirdi yazacağı
tərkib H
2
SO
4
-dü, yoxsa H
2
CO
3
-dü H
2
-
ni taxtaya yazıb qayıdıb
bəri boylanırdı görsün yerdən bir kəs bilib işarə verərmi?
Amma yerdən də deyən yox idi, hamının başı qarışmışdı öz
suallarına cavab yazmağa. Ağbaş müəllim acıqlandı qıza: “Ay
qız, nə durmusan, vaxtımız gedir axı, yazsana!” Qız bilmirdi S
yazsın, ya C yazsın? Təbaşiri dolayısına tutub ağ bir ləkə saldı
taxtaya, guya yazırdı, qoca müəllim də görə bilməyib hesab
elədi bəlkə yazıbdı qız. Müəllim çeşməyini taxıb diqqətlə
baxaraq
oxuya bilmədi yazını: “Ay bala nədi o yazdığın, bir az
iri yazsana?” Qız indi daha iri bir ləkə yazdı taxtaya. Gözü də
elə bəridə, geri durdu ki, oxusun müəllim. Ləkənimi
oxuyacaqdı müəllim? Kişi lap əsəbiləşdi: “Ay qız oyun oynama
bizimlə! Yazırsan yaz, yazmırsan deynən bilmirəm!” Bu
vaxtaca yekə bir S hərfi yazıb qaldırdım göyə. Dərhal gördü
qız. Görüb də hirslə S hərfini taxtanın bir başından hərləyib
bütün eni boyda dolandırıb təbaşırı elə aşağı çəkdi ki, hərfin
qaytarmasına tay taxta sığmadı. “Ay müəllim iri demirsən? Bu
95
da iri!” Qızın bu hirsinə, hərəkətinə gözləri yaşarınca güldü
müəllimlər. Heç o biri sualını soruşmayıb qıza “5” qiymət
yazdılar. Desəniz kimdi o qız?
-
Bu ikincisi mən olmuşam! – Natella qıp-qırmızı oldu.
Bu əhvalat mənim başıma gəlib, ancaq bilməmişəm kim
göstərib o tərkibi. Kimsə vərəqə yazıb göstərdi, düz deyir!
-
Birinci qız da sən idin Natella!
-
Ola bilməz!
-
Canın üçün sən idin!
-
Demək qəlbinə dəymişəm!
-
Sözümün canı var, Natella. Ondan sonra da yüz dəfə
dəymisən qəlbimə, ancaq mən elə yenə də çox istəyirəm səni!
-
İstəyirəm nədi, ay Orxan, nə mənada? – Fəridə dedi.
-
Hər mənada!
-
Bir qardaş kimi istəyir Orxan məni!
-
Yox, Natella, qardaş sevgisi deyil bu.
-
Gecikmisən axı? – Fira uğunub getdi. Zira kürəklərinə
döyməyə başladı Firanın.
-
Gecikməmişəm. Mən sevirəm Natellanı, bütün ömrüm
boyu sevəcəyəm də! Bax, bu badıni də, mən öz qəlbimdən
alışan o oda görə içdim. Di sağ olun siz!..
Orxan gülümsünə-gülümsünə, keyfi kök halda məclisdən
durub getdi və o tərəfdə oturuşmuş rus sektorunun qızlarına
qoşulub onlarla kart oynamağa başladı.
Istirahət qurtarıb hamı yenidən isə başlayanda Adil gəlib
onu hamıdan xəlvət gizlin bir guşəyə çəkdi. Qaşları dartılmışdı
Adilin, üzündən zəhər yağırdı. Hələ bu günə kimi Orxan Adili
bu vəziyyətdə görməmişdi. Görən nə xəbər var Adildə? Niyə
bu ləvinə düşüb Adil? Lakin Adil səbr edə bilməyib özü açıldı:
-
Bilirsənmi, sən gedəndən sonra nə kökə düşdü Natella?
-
Nə kökə düşdü?
-
Hönkürüb ağladı. Güclə kiridə bilmişik. Yəqin hesab
elədi sataşırsan ona?
-
Belə sataşmaq olardı?
96
-
Gerçəyinmiş demək? Ağlını itirmisən nədir? Heç
bilirsən bu beş ildə o Elxanla nə hoqqalar çıxardıb? Beş ildi
yığılışmırlar küçələrdən! Hər oyun açıb Elxan onun başına!
-
Gözüm kordu? Niyə bilmirəm?
-
Bə, bilirsən niyə eşq elan edirsən ona? Alacaqsan indən
belə onu? Qurumsaq olacaqsan?
-
Nə danışırsan Adil, almaq nədi? Məni beləmi başa
düşürsən? Çox sağ ol!
-
Bə, sənin o nağılını necə başa düşək? Nə demək idi o?
-
Mən qəlbimdən keçəni dedim Adil, onun əsil qiymətini
anlatdım ona! Amma bilki, mənim ağlım birinci, duyğum
ikincidi!
-
Bax, Orxan, vicdanım haqqı, o qız səni ələ gətirib eləsə,
havax olur-
olsun, eşitsəm sən onu almısan, toyuna gəlib elə toy
gecəsi bu bıçaqla öldürəcəm səni!
Adilin gözləri hədəqədən çıxmışdı. Cibindən çıxardığı fin
bıçağının knopkasını basan kimi bıçaq şaraqqıltıyla açıldı.
Adilə bax! Gör kimmiş Adil. Bu dinməz-söyləməz Adil! Lakin
ol
duqca ağır, olduqca ağıllı Adil!
-
Mən səni qeyrətsiz görüncə, ölmüş görsəm yaxşıdır. Beş
ildi mən səninlə çörək kəsirəm. Bir günümüz ayrı keçməyib
institutda bir-
birimizdən. Hələ mən səni bu cür axmaqlayan
görməmişəm!
-
Yox, Adil, Natella yaxşı qızdı. Ancaq səhv eləyib, elə
birinci gündən səhv eləyib. O Elxanın rəis atasına,
pəhlivanlığına vuruldu. Amma o gərək biləydi ki, Mirzə
İbrahimov demişkən, indiki zəmanədə oğulun fərsizi pəhlivan
olar!
-
Səhv eləyib özünə, bizim işimiz deyil.
-
Hər halda onu ayıltmaq borcumuzdu.
-
Nəsə düz iş görmədin. Bəlkə Natella elə hesab eləyəcək
sən gerçəkdən sevirsən onu.
-
Natella beş il bundan qabaq hiss eləyib bunu. Ancaq bu
sevgi hüsn-
rəğbətdən o yana deyil. Bu hüsn-rəğbət isə, ona,
97
səndə də var. Düzünü boynuna al. Natella Elxanla nə pəstaha
çıxarıb öz işidi. Ancaq görmüsən Elxandan başqa bir kəsə
qadınlandığını, yaxıldığını, gəzdiyini? Biclik bilən deyil o! İlk
gündən Elxanı görüb vuruldu Elxana. Elxanı neçə dəfələrlə
küçədə başqa qızlarla görüb, atıb Elxanı, xəyanət edib Elxana?
Heç olmasa əvəz çıxmaq istəyib? Yox! Çünki, təmiz qızdı
Natella, saf qızdı. Həm də olduqca çox güzəştlərə gedir Elxana.
Onun da ayağı yer alır gəldikcə. İndi də anlayıb səhv etdiyini
ancaq gecdir. Bu səhvi düzəltmək olmaz. Ağlamağı da ona
görədi. Qaldı Natellayla mənim münasibətimə, o mənim nə
axtardığım deyil, nə görmək istədiyim deyil. Heç sən bilsən bu
saat mənim qəlbimdə nələr var, mənə bu sözləri deməzsən!
Bu söhbətdən sonra Adilin rəngi üstünə gəldi. Fin
bıçağını qatlayıb cibinə qoydu. Daha bu barədə heç biri bir
kəlmə danışmadı.
Dostları ilə paylaş: |