74
ağılda da! Onuna birdən söz verir, sonra onunu da birdən rədd
edirdi. Odlu-
atəşli məktublar gəlirdi Sevdaya. Təkcə Cəmilənin
yanında oxuyurdu Sevda bunları, təkcə Cəmiləyə oxutdururdu.
Sonra cırıb atırdılar, yandırırdılar. Sevdanın atası şəhərdə
hardasa
bir ida
rədə işləyirdi. Kənddən asılacaq işi yoxdu. Bir
gün Sevda da gözu yaşlı gəldi məktəbə. Direktor milis şöbəsinə
yazılı məlumat göndəribmiş, yoxlasınlar görək Sevdanın
atasının kənddə tikdirdiyi təzə evinin sənədləri varmı? Bir neçə
sənəd tapılmayıb, indi Sevdanın atasının işi məhkəmədədi.
Gedib direktora deyiblər Şəmil hər gecə Həmzə kişi gildədi,
səndən material yazırlar. Uşaqları bir gəzir, arvadları bir gedib
gəlirlər bazara-şəhərə.
Atası bir daha Sevdanı məktəbə buraxmayacaq bildirdi
qız aparıb şəhərdəki qohumları gildə qoyacaq, orda qurtarsın
orta məktəbi.
Bu əhvalatdan sonra hər şey gün kimi aydın oldu
Cəmiləyə. O tətilə gələn cavanların da bütün duyğu-düşün-
cələri, bütün puçluqları aydın oldu qıza. Demək mülahizə,
götür-
qoy birincidi bunlarda, ailə iqtisadiyyatı birincidi. Axı,
onlar hamısı gözəlcə bilir Həmzə kişi ilə kim qohum olsa,
dərhal işdən qovulub bayıra atılacaqdı oğlan atası, qohum-
əqrabası. Kim öz dolanışıq mənbəini kəsərdi bir qızdan ötəri?!
Sevda gedəndən sonra daha da yaxşı oxumağa başladı.
Qiymət vec deyildi ona, necə verirlər versinlər, öz biliyi
gərəkdi. Səlim müəllimin onu öyüb göylərə qaldıran tərifləri
gərəkdi. Bu təriflər onu Pedaqoji institutun dil-ədəbiyyat
şöbəsinə gətirdi.
Institu
tda oxuduğu elə ilk həftələrdə hər şey dəyişib başqa
cür oldu. Yenə diqqət mərkəzində dayandı Cəmilə. Gözəlliyi,
qoşa hörüklü uzun saçları, böyüdüyü mühitin onda aşıladığı
ağırlığı, öz içinə qapanmışlığı, az danışıb az gülməsi dərhal
cəlb etmişdi cavanları. Baxışlar ona dikiliydi, yönlər ona
tutuluydu, gizli duyğular ona axanıqlıydı və çox aydınca
duyurdu qız bunu. Lakin tələbə adlanan oğlan uşaqlarına qarşı
75
gizlin bir kin yanırdı qızın ürəyində, heç kəsi sayıb adam yerinə
qoymurdu, qoymayacaqdı. Bunları görəndə o kəndlərinə tətilə
gələn telli-toqqalılar gəlib dururdu gözləri önündə və dərincə
bir ikrah hissi baş qaldırırdı qəlbinin ən dərin guşələrində.
Indi pambıq yığa-yığa görürdü ki, günorta istirahətindən
qalxan yuxarı-aşağı kurs tələbələri bu tərəfə daşlanmaqdadırlar
və onları bu tərəfə axıdıb gətirən duyğu da gün kimi bəlliydi
qıza. Xeyri yoxdu fəqət, Cəmilədən bir xoş sifət görüb
umsuqlara düşə bilməyəcəklər onların heç biri; gözəlcə bələddi
onların bütün ruhuna, iç aləmlərinə Cəmilə. Puçdu onların
ru
hları, iç aləmləri!..
Hər yerdə qaçıb aralaşırdı onlardan, od kimi yığırdı, od
kimi işləyirdi. Artıq saat altının yarısında bardanı pambıqla
basıla-basıla doldurulub gözələnmişdi. O, dolu fartuqları
bardan yanına gətirən kimi Vahidlə Rəşid yüyürüb gəlib
pa
mbığını bardana doldururdular. O biri qızlar dilə tutub
bardanlarını lapetə apartdıqları halda Cəmilə onda görürdü
bardanı lapetə qaldırılıb, üstü səliqə ilə yazılıb, rahat bir küncə
qoyulubdu.
Fəqət bir kəsə bir qılığı, bir rəğbət hissi, bir göz
dolandırıb gülümsəməsi yoxdu Cəmilənin!
Dostları ilə paylaş: